Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-303/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 10 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş cinayət təqibi üzrə icraata başlanmanın rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərara əsasən xx.xx.2026-cı il tarixdə saat 18 radələrində sürücü Şəxs idarə etdiyi “SP-2025” markalı mopedlə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu ilə sağ zolaqla mərkəz istiqamətində hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyinə görə qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan sürücü X1 "xxxx" MMCyə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi 6 saylı marşrut xətti üzrə BMC markalı **-JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusun arxa hissəsindən vuraraq toqquşmuş və toqquşma nəticəsində sürücü Ayaz Əliyev az ağır bədən xəsarəti almasına və zərərçəkmiş şəxs Ayaz Həziyevə maddi zərər vurulmasına səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi faktı üzrə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, məhkəmə-tibbi ekspertizanın 43 nömrəli, xx.xx.2026-cı il tarixli rəyindən görünür ki, Şəxs almış olduğu xəsarətlər-burun sümüyünün açıq yerdəyişmiş sınığı, burunun şişkinliyi və yəhəri və sağ yan çəpərinin əzilmiş yarası ilə müşayiət olunan burunun küt travması, üst dodağın mərkəzinə yaxın sağ yarısının sıyrığı, selikli qişasının mərkəzinin, alt dodağın selikli qişasının mərkəzinin, dodaq haşiyəsinin və çənənin mərkəzinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2026-cı il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin hərəkətsiz (dayanmış) vəziyyətdə olan avtobusla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Bundan əlavə, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxs inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət həmin Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş digər şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi hallarında tətbiq edilir. Təqdim edilmiş materiallardan isə hadisə nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsdən başqa zərər çəkmiş şəxsin mövcudluğu müəyyən edilmir. Bu səbəbdən iş materialları üzrə düzgün hüquqi qiymətin verilməsi və qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılması üçün materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Hazırki işdən isə görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:00 radələrində törətdiyi yol nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli bədən xəsarətinin dəyməsi barədə sübut aşkar edilməmiş, bununla bağlı (hər hansı şəxsə yüngül bədən xəsarəti yetirilməsi) iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş 10 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material tamamlanması üçün Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 10 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(5-102)-303/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-303/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver