Məhkəmə qərarları › İş №3(5-102)-323/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-323/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-323/2026 25.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 qizi uzun müddətdir ki, hər gün (həftənin 5 günü) ünvan 1 ünvanından Sabail rayonu istiqamətində hərəkət edir. Gediş-gəliş etdiyi marşrut Filarmoniyadan üzü aşağı Neftçilər prospektinə enən döngəni əhatə edir. Qeyd etmək istəyir ki, sözügedən ərazi uzun illərdir hərəkətin intensiv və qeyri-nizamlı olduğu bir yol sahəsidir. Əksər günlərdə həmin ərazidə yol polisi əməkdaşları hərəkəti tənzimləyir, tənzimləmədikləri hallarda isə həmin döngədə fiziki olaraq mövcud olurlar və mövcud yolnəqliyyat vəziyyətini müşahidə edirlər. Məlum olduğu kimi, bu yol sahəsində aşağıdan yuxarı qalxan nəqliyyat vasitələrinə yuxarıdan aşağı enən nəqliyyat vasitələri yol verməlidir. Lakin illərdir ki, bu qaydaya əksər sürücülər tərəfindən əməl edilmir və bu hal yol polisi əməkdaşlarının gözü qarşısında baş verir. Buna baxmayaraq, indiyədək bu qayda davamlı və sistemli şəkildə tətbiq edilməmiş, sürücülərə qarşı hər hansı inzibati tədbir görülməmişdir. Nəticədə həmin ərazidə faktiki olaraq xaotik və özbaşına hərəkət formalaşmışdır. xx.xx.2026 tarixində, dörd ildən artıqdır ki, hər gün istifadə etdiyi bu yol sahəsində yol polisi əməkdaşı X5 tərəfindən inzibati cərimə tətbiq edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, mənə tətbiq edilən inzibati cərimə ilə bağlı pozuntunu təsdiq edən hər hansı video və ya foto sübut tərəfinə təqdim edilməmişdir. Məlum olduğu kimi, yol hərəkəti qaydalarının pozulmasına dair inzibati tənbeh tədbirləri tətbiq edilərkən, pozuntu faktı obyektiv sübutlarla - o cümlədən video görüntülərlə əsaslandırılmalıdır. Lakin bu halda heç bir video material təqdim edilmədən və göstərilmədən cərimə tətbiq olunmuşdur ki, bu da qərarın şəffaflığına və qanuniliyinə ciddi şübhə yaradır. Bu hal bir daha onu göstərir ki, barəsində tərtib olunmuş inzibati xəta protokolu (Protokol nömresi İXP7759995) (Qeranin nömresi TP7781421) yetərli sübut bazasına əsaslanmadan hazırlanmış və yalnız subyektiv yanaşma əsasında rəsmiləşdirilmişdir. Hesab edir ki, video və ya digər texniki sübutlar olmadan tətbiq edilən cərimə qanunun tələblərinə uyğun hesab edilə bilməz və bu amil protokolun ləğvi üçün ayrıca əsasdır. Bildirmək istəyir ki, həmin gün mən yol-nəqliyyat etdirmişdir. Əsas etirazı cərimənin tətbiq edilmə faktına deyil, seçici və qeyri-ardıcıl tətbiqinədir. Əgər bu yol sahəsində qayda bu qədər ciddi hadisəsi yaratmamışam, hərəkətim digər sürücülər üçün təhlükə törətməmişdir. Mən keçdikdən sonra qarşı tərəfdən gələn nəqliyyat vasitəsi də şəkildə pozuntu hesab edilirsə, o zaman bu nauda niyə illardir hər gün tətbiq olunmur? Bu hal vətəndaşlarda haqlı olaraq ədalətsizlik və etimadsızlıq yaradır. Hesab edirəm ki, yol hərəkəti qaydalarına nəzarət davamlı, şəffaf və hamıya eyni şəkildə tətbiq olunmalıdır. Əks halda, uzun müddət göz yumulan qaydaların qəfil şəkildə cərimə predmetinə çevrilməsi vətəndaşların maddi vəziyyəti ilə manipulyasiya kimi qəbul olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tətbiq edilmiş inzibati cərimənin obyektiv və ədalətli şəkildə yenidən araşdırılmasını, habelə sözügedən yol sahəsində hərəkətin düzgün təşkili ilə bağlı müvafiq tədbirlərin görülməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək göstərmişdir ki, Filarmoniyadan üzü aşağı Neftçilər prospektinə enən yol ilə neçə ildir ki hərəkət edir, lakin heç vaxt qayda pozuntusu etməmişdir. Həmin yolda demək olar ki, polislər olur və olmayanda isə xaos olur. Həmin yoldan aşağı düşəndə polis əməkdaşı saxlamış və aşağıdan yuxarı qalxanı gözləmədiyi üçün qayda pozuntusuna yol vermişdir. Əgər qayda pozuntusuna yol versəydi, yuxarıdakı polis onu saxlayar, düşməyinə icazə verməzdi. Aşağıdan gələn maşınlar üçün hər zaman yol açıq olur, kimisə gözləməyə ehtiyac olmur. Göstərilənlərə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X2 xx.xx.2026-cı il tarixdə, saat 16:27-də 20 Səbail rayonu, Niyazi küçəsi ərazisində “Mercedes Benz GLC 300 4 Matic minik” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan videogörüntüdən görünür ki, “Mercedes Benz GLC 300 4 Matic minik” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, videogörüntüdən və izahatdan görünür ki, X2 yolayrıcını keçmə qaydalarını pozmamışdır. Bu səbəbdən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X1 verdiyi şikayət təmin edilməli və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar