Məhkəmə qərarları › İş №3(5-102)-324/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-324/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-102)-324/2026 17.03.2026 BAKI ŞƏHƏRI SƏBAIL RAYON MƏHKƏMƏSI Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*/*-İ-****/**** saylı ( ##.##.2025-ci il tarixli, MN *******) saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*/*-İ-****/**** saylı (##.##.2025-ci il tarixli, MN ******* saylı) inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki,X1 və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Mərkəzinin direkoru vəzifəsində çalışıram. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndilə işdən azad olunan və Müfəttişliyə bu barədə məndən şikayət yazan, həmin Mərkəzdə İstehsalat Təlim ustası vəzifəsində işləyən Mehtiyeva İlhamiyyə Murad qızı dəfələrlə tələbələrə hədə-qorxu gələrək, şantaj, pul, bahalı hədiyyələr tələb etmiş, öz peşəsinə və tədris etdiyi dərsə laqeyd yanaşmış, tələbələrə yalnız eyni mövzuda dərs keçmiş, lakin imtahan zamanı onlardan rüşvət tələb edərək qiymət yazmış, pul və hədiyyə verməyə maddi imkanı çatmayanları isə müxtəlif yollarla şantaj etmişdir. Bunu onun bütün tələbələri öz ərizə və məhkəmədəki şahid ifadələrində təsdiq etmişlər. İlhamiyə Mehtiyeva dəfələrlə töhmət almasına baxmayaraq, yenə də öz qanunsuz əməllərinə davam etmişdir. Dəfələrlə ##.##.2023-cü ildə ona nizamintizam qaydalarını pozduğuna görə ona xəbərdarlıq edilmiş, ##.##.2023-cü ildə ******** nömrəli “Avtomobil mühərrikinin yığıcısı” ixtisası üzrə təhsil alan X2 tərəfindən vurulması və təhqir olunması ilə bağlı tələbənin valideyni tərəfindən mərkəz rəhbərliyinə müraciət olunmuş və bu barədə araşdırma aparılmış, nəticədə İhamiyyə Mehtiyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Az müddət keçmədə verilmiş şiddətli töhmətdən narazı qalan İ.Mehtyeva ##.##.2023-cü ildə şifahi olaraq sonuncu xəbədarlıq almışdır. 2024-2025-ci tədris illəri ərzində İ.Mehtiyeva tərəfindən tələbələrdən qeyri-qanuni şəkildə pul yığmaq prosesi müşahidə olunmuşdur və tələbələr üzərində hədə-qorxu ilə təsir göstərilmişdir. Nəhayət bu vəziyyətin daha da gərginləşməsilə bağlı 62401924№-li qrup tələbəsi X3 yazılı müraciət edərək tələbələrdən pul və dəyərli əşyalar alınması barədə məlumat vermişdir. Bu məsələ ilə bağlı araşdırma məqsədilə ##.##.2025-ci il tarixini: Həmkarlar İttifaqı Komitəsinin və Pedaqoji Şuranın iştirakı ilə iclas keçirilmişdir. İ.Mehtiyevanm keçiriləcək iclasdan xəbəri olmuş, lakin, bilərəkdən iclasdan bir gün əvvəl gecə saatlarında qəflətən xəstə olduğunu qeyd edərək ##.##.2025-dən ##.##.2025-ci il tarixə qədər isə xəstəlik vərəqəsi açdırmışdır. ##.##.2025-ci il tarixdə 36 gün müddətində məzuniyyət ərizəsi üçün müraciət etmiş, ##.##.2025-ci il tarixdə işinə xitam verilişdir. Əvvəllər dəfələrlə güzəşt etməyimə baxmayaraq, yenə öz qanunsuz əməllərindən əl rəlvməmiş, məni və Mərkəzdə çalışan rəğbətli və təcrübəli digər 4 müəllimi məhkəməyə vermişdir. Bu barədə Səbail rayon məhkəməsində müəllimlərin xeyrinə hökmlər çıxarılmışdır və şikayətə əlavə olunmuşdur. O cümlədən İlhamiyyə Mehtiyeva məni onu qanunsuz işdən çıxarmağı ilə bağlı mülki qaydada Səbail rayon məhkəməsinə vermiş və işə baxan hakim Şahin Abdullayev xeyrimə Qətnamə qəbul etmişdir. Habelə, İlhamiyyə Mehtiyeva tərəfindən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına da müvafiq məzmunlu şikayət ünvanlanmışdır. Sözügedən şikayətə baxılması məqsədilə keçirilməsi nəzərdə tutulan iclas barədə Həmkarlar İttifaqı əvvəlcədən məlumatlandırılmış, eyni zamanda İlhamiyyə Mehtiyevanm əmək funksiyasını kobud şəkildə pozmasını təsdiq edən sənədlər aidiyyəti üzrə təqdim edilmişdir. Bununla yanaşı, İlhamiyyə Mehtiyeva tərəfindən Həmkarlar İttifaqına təqdim edilmiş şikayətdə əmək müqaviləsinə guya xəstəlik dövründə xitam verildiyiyi iddia edilmiş, lakin aparılmış argşdırma nəticəsində qeyd olunan iddiaların hüquqi və faktiki əsaslara malik olmadığı müəyyən edilmişdir. Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı tərəfindən sözügedən müraciətin şər və böhtan xarakterli olduğu rəsmi qaydada təsdiq edilmiş, habelə İlhamiyyə Mehtiyevanm əmək funksiyasını kobud şəkildə pozması faktları ilə bağlı ona müvafiıq xəbərdarlıq edildiyi sənədlərlə təsbit olunmuşdur.Qeyd edilən sənədlər bu müraciətə əlavə olunur. Bundan narazı qalan İlhamiyyə Mehtiyeva X5nə şikayət edərək. ƏM-nin “2-ci maddəsinin “e” bəndinin (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənfeyinə ciddi xələl gətirməsi tələblərinin pozulduğunu və guya onun xəbəri olmadan işdən çıxarılmasın, qeyd etmişdir. Bu barədə olan imzalanmış Akt da mövcuddur və şikayətə əlavə olunmuşdur. Əlavə olaraq bildirilir ki, müvafiq sənədlər ## ###### 2025-ci iltarixində ƏMAS infcrmasiya sisteminə yerləşdirilmişdir. ## ###### 2025-ci il tarixində “Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquq: səxs tərəfindən Əmək Müfəttişliyi Xidmətinin elektron poçt ünvanına və inzibati binasına rəsmi qaydada məktub ünvanlanmışdır. Həmin məktuba məhkəmə qərarları və digər sübutedici sənədlər əlavə edilmiş, İ.M.Mehtiyevanın əmək funksiyasının kobud şəkildə pozulması faktlarını təsdiq edən məhkəmə qərarları Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmişdir Lakin göstərilən məktuba Əmək Müfəttişliyi Xidməti tərəfindən hər hansı rəsmi cavab təqdim edilməmişdir. Eyni zamanda, məsələ ilə bağlı dəfələrlə telefon əlaqəsi yaratmağa cəhd göstərilsə də, əlaqə təmin olunmamışdır. ## ###### 2026-cı il tarixində Əmək Müfəttişliyi Xidmətinin inzibati binasına şəxsən müraciət edilmişdir. Müraciət zamanı inzibati xəta haqqında protokol üzrə şikayətverilməsi üçün nəzərdə tutulmuş müddətin keçdiyi bildirilsə də, bu hal protokolun əslinin poçt vasitəsilə müraciət edən şəxsin yaşayış ünvanına göndərilməsində yaranmış gecikmə ilə əlaqələndirilmişdir. Protokolun əsli ## ###### 2026-cı il tarixində təqdim edilmişdir.Bununla yanaşı. Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən şikayətlə müraciət etmək hüququnun mhcud olduğu, habelə mövcud məsələnin yenidən araşdırılması üçün müvafiq müraciət edilməsinin mümkün olduğu bildirilmişdir. Eyni zamanda qeyd edilir ki, şikayət ərizəsində cavab məktubunun Mərkəzin hüquqi ünvanına göndərildiyi göstərilsə də, faktiki olaraq cavab məktubu etibarnamə verilmiş səxser yaşayış ünvanına göndərilmiş, cavab məktubunda isə 10 günlük şikayət müddətinin ötürüldüyü əsas kimi göstərilmişdir. X4 Xidmətində inzibati xəta haqqında tərtib edilmiş protokolun yenidən müzakirə edilməsi və ya təkrar baxılmasıimkanının mövcud olmadığı bildirilmişdir. Bununla bağlı da X5 MN 1871657 № ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən guya İnzibati Xətalar Məcəlləsinin maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi iddiası ilə barəsində 1700 manat məbləğindəinzibati cərimə tətbiq edilmişdir. Lakin qeyd edilən qərarla razılaşmaqmümkün deyildir, çünki işdən çıxarılan şəxs bu barədə əvvəlcədən kifayət qədər məlumatlandırılmışdır, bu barədə AKT tərtib edilmişdir. Əmək Məcəlləsinin 192.6-cı maddəsinin tələblərini pozmamışdır. İ.Mehtiyevanm bu şikayətləri bəhanə və intriqadan başqa bir şey deyil. Fəaliyyətim ərzində belə inzibati xəta tərkibi mövcud olmamışdır. Bu halda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Əlavə olaraq bildirir ki, qərar rəsmi qaydada ## ###### 2026- cı il tarixində təqdim edildiyindən, qanunla müəyyən edilmiş müddət çərçivəsində ##.##.2026-cı il tarixədək həmin qərardan şikayət vermək hüququ vardır. Qərarın ##.##.2026-cı il tarixdə təqdim edilməsini təsdiq edən poçt sənədini ərizəyə əlavə edir. Bu səbəbdən, şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*/*-İ-****/**** saylı (##.##.2025-ci il tarixli, MN *******) saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) şikayətdə qeyd edilənlərə uyğun izahat verərək Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli MN******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında əlavə olaraq bidirmişdir ki, Mehtiyeva İlhamiyyə Murad qızı 6 nömrəi Bakı Peşə məktəbində işləyərkən dəfələrlə tələbələrə hədə-qorxu gələrək, pul, bahalı hədiyyələr tələb etmiş, öz peşəsinə və tədris etdiyi dərsə etinasız yanaşmış, tələbələrə yalnız eyni mövzuda dərs keçmiş, lakin imtahanda onlardan rüşvət tələb edərək qiymət yazmış, pul və hədiyyə verməyə imkanı çatmayanları isə müxtəlif yollarla şantaj etmişdir. Bu məsələ ilə bağlı araşdırma məqsədilə ##.##.2025-ci il tarixində Həmkarlar İttifaqı Komitəsinin və Pedaqoji Şuranın iştirakı ilə iclas keçirilmişdir. İ.Mehtiyevanın keçiriləcək iclasdan xəbəri olmuş, lakin, bilərəkdən iclasdan bir gün əvvəl gecə saatlarında qəflətən xəstə olduğunu qeyd edərək ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixə qədər isə xəstəlik vərəqəsi açdırmışdır. ##.##.2025-ci il tarixində 36 gün müddətində məzuniyyət ərizəsi üçün müraciət etmiş, ##.##.2025-ci il tarixində isə işinə xitam verilişdir. Əvvəllər dəfələrlə güzəşt etməsinə baxmayaraq, yenə öz qanunsuz əməllərindən əl çəkməmiş, onu və Mərkəzdə çalışan rəğbətli və təcrübəli digər dörd müəllimi məhkəməyə vermişdir. Bu barədə Səbail rayon məhkəməsində müəllimlərin xeyrinə hökmlər çıxarılmışdır və şikayətə əlavə olunmuşdur. O cümlədən İlhamiyyə Mehtiyeva onu qanunsuz işdən çıxarmağınla bağlı mülki qaydada Səbail rayon məhkəməsinə vermiş və işə baxan hakim Şahin Abdullayev onun xeyrinə Qətnamə qəbul etmişdir. Həmin qətnamədən narazı qalan İlhamiyyə Mehtiyeva apellyasiya şikayəti vermiş, hal-hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovun icraatındadır. İlhamiyyə Mehtiyeva X5nə şikayət edərək, AR ƏM-nin 72-ci maddəsinin “e” bəndinin (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənfeyinə ciddi xələl gətirməsi tələblərinin pozulduğunu və guya onun xəbəri olmadan işdən çıxarılmasını qeyd etmişdir. Araşdırılma ilə bağlı bütün sənədlər ## ###### 2025-ci il tarixində ƏMAS informasiya sisteminə yerləşdirilmişdir. ## ###### 2025-ci il tarixində “Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs tərəfindən Əmək Müfəttişliyi Xidmətinin elektron poçt ünvanına və inzibati binasına rəsmi qaydada məktub ünvanlanmışdır. Həmin məktuba məhkəmə qərarları və digər sübutedici sənədlər əlavə edilmiş, İ.M. Mehtiyevanm əmək funksiyasının kobud şəkildə pozulması faktlarını təsdiq edən məhkəmə qərarları Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmişdir. Lakin göstərilən məktuba Əmək Müfəttişliyi Xidməti tərəfindən hər hansı rəsmi cavab təqdim edilməmişdir. Eyni zamanda, məsələ ilə bağlı dəfələrlə telefon əlaqəsi yaratmağa cəhd göstərilsə də, əlaqə təmin olunmamışdır. İlhamiyyə Mehtiyeva qanunsuz olaraq işdən çıxarılmayıb və Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş inzibati protokol tamamilə əsassızdır və xitam olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndə məhkəmə iclasına gəlməmiş, onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, işçi ilə bağlanmış əmək müqaviləsində istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmrinin (sərəncam, qərar) məzmununda aşağıdakı məlumatlar göstərilir. müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın və ya qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı, soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı və əmək müqaviləsinin ləğv edilməsinin əsası, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək mıqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materialları ilə müəyyən olunur ki, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Mehdiyeva İlhamiyyə Mirad qızının əmək müqaviləsinə xitam verilərkən əmək qanunverciliyi ilə nəzərdə tutulmuş tələblərə düzgün riayət olunmuş və bunun nəticəsində qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*/*-İ-****/**** saylı (##.##.2025-ci il tarixli, MN *******) saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi də qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*/*-İ-****/**** saylı (##.##.2025ci il tarixli, MN *******) saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar