Məhkəmə qərarları › İş №3(5-102)-361/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-361/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-102)-361/2026 19.03.2026 BAKI ŞƏHƏRI SƏBAIL RAYON MƏHKƏMƏSI Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ## ###### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 153900.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xaricі valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 153900.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi və vəkili İsgəndərov Eltac Firudin oğlunun məhkəməyə ünvanladığı ərizədə gömrük bəyannaməsinin düzəliş edilmiş formasının məhkəməyə təqdim olunduğunu, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir Əvvəlki məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, xaricə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq məhsul alınmışdır. Lakin gömrük sənədləşdirilməsi zamanı gömrük orqanının əməkdaşının yol verdiyi texniki səhv nəticəsində müqavilə nömrəsi gömrük bəyannaməsində səhv qeyd edilmişdir. O, mübahisə predmeti olan malın faktiki olaraq ölkəyə idxal edildiyini və həmin malın dəyərinin tam həcmdə ödənildiyini qeyd etmişdir. Malın idxalının gömrük qanunvericiliyinin tələblərinə uyğun həyata keçirildiyi, yaranmış vəziyyətin isə gömrük orqanının əməkdaşının texniki səhvi nəticəsində baş verdiyi izah edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, X3 Technology Co., LTD şirkəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında bağlanılmış və tərəflərin bank hesablaşmaları “xxxx” ASC-nin AZ90AZFİ40160US1005288507002 nömrəli hesab üzərindəndir. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli ** nömrəli köçürmə ərizəsindən görünür ki, 153900.00 ABŞ dolları məbləğ Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən alıcı X3 Technology Co., LTD şirkətinə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli , 01241000097525 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, X3 Technology Co., LTD şirkəti tərəfindən müqavilə üzrə müəyyən edilən 153900.00 ABŞ dolları dəyərində olan mallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx”-a Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən ünvanlanmış müraciətdən görünür ki, ************** nömrəli YGB üzrə bağlı olan 49.900 ABŞ dolları məbləğində ödəniş ##.##.2024-cü il tarixdə tərəfimizə geri qaytarılmışdır. Bu səbəbdən qeyd olunan bəyannamənin azad edilməsini, ************* nömrəli YGB üzrə 64.200 ABŞ dolları məbləğinin ayrılmasını, ************** nömrəli YGB üzrə qalıq olan 16.000 ABŞ dolları məbləğin yuxarıda qeyd olunan 64.200 ABŞ dolları məbləğindən əlaqələndirilməsini və qalan 48.200 ABŞ dolları məbləğin isə ************** nömrəli YGB-yə bağlanması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanış müraciətdən görünür ki, ##.##.2024-cü il tarixli, ************** nömrəli gömrük bəyannaməsində texniki səhv nəticəsində müqavilə nömrəsi düzgün qeyd edilməmişdir. Belə ki, gömrük bəyannaməsinin 4011-ci sahəsində müavilə nömrəsi səhv olaraq “XHJ2312000” göstərilmiş, lakin faktiki olaraq güzgün müqavilə nömrəsi “XHJ2311099” olmalıdır. Sözügedən uyğunsuzluq yalnız texniki xarakterli səhv ilə bağlıdır və əməliyyatın mahiyyətinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, texniki səhvin aradan qaldırılması və müvafiq gömrük bəyannaməsində müavilə nömrəsinin düzəliş edilməsi məsələsinə baxılması və bu istiqamətdə köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru nümayəndə1 tərəfindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş ərizədən görünür ki, 01241000097525 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kodu üzrə göndərən şirkət ilə bağlanmış müqavilənin nömrəsi səhv göstərildiyindən cəmiyyət ilə bank arasında problem yaranmışdır. Bu səbəbdən müqavilənin nömrəsinin “XHJ2311099” olaraq düzəldilməsi xahiş edilmişdir. Düzəliş edilmiş ##.##.2024-cü il tarixli, 01241000097525 sorğu nömrəli gömrük bəyannaməsi düzəliş edilmiş formada məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri, habelə iş materiallarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə X3 Technology Co., LTD şirkəti arasında müqavilə bağlanılmış, həmin müqavilə əsasında proforma-fakturalar tərtib edilmiş və mallar müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq idxal edilmişdir. İş materialları ilə, həmçinin, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməməsi və ya ödənilmiş valyuta vəsaitinin qanunla müəyyən edilmiş müddətlərdə xaricdən geri qaytarılmaması halları təsdiq olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, ##.##.2024-cü il tarixli, 01241000097525 sorğu nömrəli gömrük bəyannaməsində müqaviləyə dair rekvizitlərin səhv göstərilməsi texniki xarakterli olmuş, sonradan aradan qaldırılmışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi müəyyən edilmədiyindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində həmin inzibati xətanın tərkibi mövcud hesab edilmir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər mövcuddursa hüquqi şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən protokolda göstərilən 153900.00 ABŞ dolları məbləğində pulun qarşılığında mallar pulun köçürülməsindən sonra 2 il müddətində ölkəyə gətirilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar