Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-369/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 19 fevral 2026-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2026-cı il tarixli məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 29 dekabr 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, protokol və ona əlavə edilmiş sənədlər inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarına əsasən,..... hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində qeyd edilən inzibati xəta hərəkətlə törədilən inzibati xətadır. Hərəkətlə törədilən inzibati xətalar barədə işin baxılma yeri, həmin xətanın törədildiyi yer olmalıdır. Qanunvericiliyə əsasən, inzibati xəta hadisəsinin baş verdiyi yer məhkəmənin hüququ və səlahiyyəti ilə müəyyən olunur. Qeyd edilən inzibati xətanın törədilməsi yeri "Tovuz-Şəmkir yolu" olaraq qeyd olunsa da, iş materiallarından görünür ki, inzibati xəta hadisəsi Səbail rayon ərazsində baş verməyib. Həmin maddəyə əsasən, inzibati xətanın törədildiyi yer müvafiq hüquqi çərçivədə müəyyən olunmalı və işin baxılacağı məhkəmə yeri təyin edilməlidir. Lakin, təqdim olunan inzibati xəta haqqında protokolda xətanın törədilmə yeri "Tovuz-Şəmkir yolu" kimi qeyri-dəqiq göstərilmişdir. Bu hal, həmin inzibati xətanın aidiyyətinin hüquqi qiymətləndirilməsində ciddi uyğunsuzluğa və çətinliklərə yol açır. İnzibati xətaların qiymətləndirilməsində, ən vacib hüquqi prinsiplərdən biri həmin xətanın törədildiyi yerin və işin aidiyyətinin düzgün müəyyənləşdirilməsidir. Bu, həm inzibati xəta haqqında işin hansı məhkəməyə verilməsi ilə bağlı hüquqi aidiyyəti, həm də müvafiq hüquqi prosedurların düzgün tətbiqini təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin hazırlığı zamanı protokol və ona əlavə olunan materiallar səlahiyyətli şəxslər tərəfindən düzgün tərtib edilməli, lazımi məlumatlar tam və dəqiq şəkildə göstərilməlidir. Lakin, inzibati orqan tərəfindən hazırlanan protokolda və ona əlavə edilən sənədlərdə hadisənin yeri və digər əhəmiyyətli hallar qeyri-dəqiq göstərilmişdir. Xüsusilə, hadisənin baş verdiyi yerin ümumi şəkildə "Tovuz-Şəmkir yolu" olaraq göstərilməsi, hüquqi baxımdan inzibati xətanın hansı ərazidə törədildiyinin dəqiq müəyyənləşdirilməməsi hazırda işin aidiyyətinin də müəyyən edilməsində çətinlik yaradır Məhkəmə bir daha qeyd edir ki, inzibati xəta hərəkətlə törədilibsə hadisənin konkret olaraq hansı ərazidə baş verdiyinin dəqiq müəyyənləşdirilməsi mütləqdir. Əgər bu məlumat qeyri-dəqiq təqdim olunarsa bu hal hüquqi aidiyyətin düzgün təyin edilməsinə mane olur. Bu cür qeyri-dəqiq məlumat, hadisənin törədildiyi konkret ərazinin və onun müvafiq hüquqi səlahiyyətlərə tabe olan məhkəmənin müəyyənləşdirilməsinə əngəl törədir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından inzibati xəta hadisəninin törədilmə yerinin dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 29 dekabr 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında 29 dekabr 2026-cı il tarixli, EP ******* nömrəli protokol və onlara əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(5-102)-369/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-369/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver