Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-379/2026 20.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan(FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin 20 fevral 2026-cı il tarixli, e31041/2025-16-27 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 fevral 2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə 20 fevral 2026-ci il tarixli, MN2328143 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1993/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-605/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 1332/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1993/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-605/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1332/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Borcluya könüllü icra ilə bağlı məktublar göndərilmiş və xəbərdarlıqlar edilmişdir. Həmçinin borclu ilə dəfələrlə söhbətlət aparılıb, 1000 manata yaxın məbləğdə ödəniş etmişdir. Protokol əsaslıdır və Şəxs barəsində inzibati tənbeh verilməsini xahiş edirəm. Məhkəmə iclasında iştirak edən barəsində icraaat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ümumi borcu 4583 manat, Zərərçəkmiş şəxs2 6000 manat və Zərərçəkmiş şəxs3 isə 6900 manat qalıb. İcra məmuru zəng vurduqdan 10-15 gün sonra Zərərçəkmiş şəxs3 400 manat, Zərərçəkmiş şəxs2 isə 550 manat pul göndərmiş lakin, Zərərçəkmiş şəxs1 ödəniş edə bilməmişdir. Çünki dəfələrlə Aslan müəllimdən Zərərçəkmiş şəxs1 hesabını istəmiş lakin ona verməyiblər. Axtarışda olduğunu biləndən sonra icra şöbəsinə getmişdir. Qətnamələrdən xəbəri olmamışdır. 4 ay əvvəl Tural bəylə bağlı çıxarılan qətnamədən xəbər tutmuş amma ona ödəniş edə bilməmişdir çünki hesabı onda olmamışdır. Nailə xanımla bağlı çıxarılan qətnamədən xəbərim olmuş və keçən il 1000 manat ödəniş etmişdir. İşləri zəif olduğu üçün ödənişlər edə bilməmiş, işlər fevralmart aylarında başlayacaq və ödənişlər edəcəkdir. Bu gün 1100 manatı ödəmişdir. Avqust ayına qədər bütün borclarını ödəyəcəyini nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, 2023-cü ildə İlyasla müqavilə bağlamışlar. İş başladıqdan 3 həftə sonra dayandı və o məhkəməyə müraciət etməli olmuşdur. Şəxsin bütün məhkəmələrdən xəbəri olub, qətnamədən xəbərinin olmaması inandırıcı deyil. Hal-hazırda Şəxs ona 4583 manat borcunun olduğunu və heç bir ödəniş olunmadığını nəzərər alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında bildirmişdir ki, 2022-ci ildə İlyasla müqavilə bağlamışıq, lakin işi çox yubatdı və o məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi çıxdı, ən sonuncu dəfə keçən ilin may ayında ödəniş olunmuşdur. İlyasın ona 6917 manat borcu olduğunu, 500 manatı keçən il ödəniş etmiş və 500 manat da bu gün ödəniş etmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, İlyasla 2023-cü ildən öncə də bu məsələlər qabarmamışdan öncə söhbətlər etmişik amma heç bir xeyri olmadığından məhkəməyə müraciət etməli olmuşdur. İcra məmuru Aslan bəy onu tapdı gətirdi və 1000 manat ödəniş etdi ondan sonra yenə yoxa çıxdı. Uzun vaxt keçdi yenidən tapdıq onu və 120 manat ödəniş etdi bir neçə ay sonra yenidən 130 manat ödəniş etdi yoxa çıxdı və sonda bu gün tapılıb və yenə 500 manat ödəniş edib. Pulun borclu tərəfindən tam ödənilməsini və onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 605/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış 20 may 2022-ci il tarixli müqavilə ləğv edilmiş, 6867,20 manat məbləğində pul "xxxx" MMC-dən Zərərçəkmiş şəxs2 xeyrinə tutulmuş və ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi "xxxx" MMC-dən Zərərçəkmiş şəxs2 xeyrinə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X5 xx.xx.2023cü il tarixdə icraatında daxil olmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 605/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzə icraata başlamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli qərarlardan görünür ki, borclu xx.xx.1992-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 4500 manat məbləğində pul vəsaiti və ödənilmiş 83 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-dən Zərərçəkmiş şəxs1 xeyrinə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X5 xx.xx.2023cü il tarixdə icraatında daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzə icraata başlamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1332/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 6507 manat məbləğində zərərin əvəzi və 330,31 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 6837,31 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən Zərərçəkmiş şəxs3 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi "xxxx" MMC-dən Zərərçəkmiş şəxs3 xeyrinə tutulması və xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi Zərərçəkmiş şəxs3, 25 manat hissəsi isə "xxxx" MMC-dən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2025-ci il tarixdə icraatında daxil olmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 1332/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzə icraata başlamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsidir. (Hornsbi Yunanistana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar) Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən, o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X4 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı, zərəri qismən ödəməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(5-102)-379/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-379/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver