Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-51/2026 22.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə, ona Bakı şəhəri X7 İdarəsindən zəng olunaraq cərimə olunmağına görə İdarəyə dəvət olunduğunu, əməkdaşa cərimənin sms vasitəsilə göndərməsini xahiş etdikdə o cəriməni qərarsız formada göndərmişdir. Azneft dairəsində avtobus zolağına keçmək üçün orada dayanan polis əməkdaşı göstəriş verdiyini və onun göstərişi əsasında həmin qadağan olunmuş zolağa daxil olduğunu, həmçinin o axşam saat 22:00-dan sonra həmin zolağa daxil olduğunu nəzərə alaraq Bakı şəhəri X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatəti daxil olmamış, şikayətçi ilə telefon vasitəsi ilə əlaqə saxlanıldıqda onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şikayət əsassızdır, əgər şikayətçinin də qeyd etdiyi kimi polisin göstərişi əsasında avtobus zolağına zolağın başlandığı yerdən daxil olmasına icazə vardır. Şikayətçi isə zolağın orta hissəsindən daxil olmuşdur. Həmçinin qeyd olunur ki, saat 22:00-dan sonra həmin zolağa daxil olmuşdur lakin videolardan da göründüyü kimi saat 12:59-da inzibati xəta törədilmişdir. Odur ki, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini sizdən xahiş edirəm. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tətqiq edilmiş vieoyazıdan görünür ki, X4 tərəfindən idarə olunan **-FG-*** dövlət qeydiyyat nişanlı Mercedes E270 CDİ Mini markalı nəqliyyat vasitəsi ilə Səbail Rayonu, Zərifə Əliyev prospektində hərəkətdə olarkən zolağı heç bir göstəriş olmadan dəyişərək avtobus zolağına daxil olaraq hərəkət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir. Şikayətçi şikayətində qeyd etmişdir ki, avtobus zolağına polis əməkdaşının göstərişi əsasında daxil olmuşdur və hadisə axşam saat 22:00-dan sonra baş vermişdir. Məhkəmə bu arqumentləri aşağıdakı əsaslarla əsassız hesab edir. İş materiallarına əlavə edilmiş video-görüntülərdən inzibati xətanın saat 12:59-da törədildiyi aydın görünür ki, bu da avtobus zolağından istifadəyə icazə verilən vaxtla uyğun gəlmir və video materiallarda və digər sübutlarda polis əməkdaşının hər hansı göstəriş verməsi faktı təsdiq olunmur. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin izahatında qeyd edildiyi kimi, polis əməkdaşının göstərişi olsa belə, avtobus zolağına yalnız zolağın başlandığı hissədən daxil olmağa icazə verilir. Şikayətçinin isə zolağın orta hissəsindən avtobus zolağına daxil olduğu video materialdan görünür. Odur ki, şikayətçinin göstərdiyi dəlillər sübutlarla təkzib edilir və inzibati məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Bakı şəhəri X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X1 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və iş materiallar ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 şikayəti təmin edilmədən, Bakı şəhəri X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-51/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-51/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver