Məhkəmə qərarları › İş №3(5-102)-53/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-53/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-53/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 29 dekabr 2025-ci il tarixli 00100-04041/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Baş İdarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olan 3-33-1100/012/036560 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə (**********9078 saylı xx.xx.2024-cü il tarixli) ümumilikdə 11830.62 ABŞ Dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba hesabına köçürülməsi təmin edilməmişdir. Gömrük xidmətinin “X1 Sistemi” informasiya sisteminə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN **********) tərəfindən **********9078 saylı, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsait müvəkkil bank hesabına köçürülmüşdür. Qalıq məbləğ olan 35661.78 Rusiya Rublu xx.xx.2024-cü il tarixli məzənnəyə uyğun olaraq milli valyutaya nisbətdə 666.8 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X3 protokolu müdafiə edərək bildirmişdir ki, 11830 dollar malın dəyəridir. Sonradan bir qismi qaytarılmış, 35661 Rubl məbləğ qalıq olaraq qalmışdır. Sistemə baxdıqda hazırda məbləğ sıfır olaraq görünür. Lakin protokol tərtib edilən zaman həmin məbləğ qalıq olaraq qalmışdır. Protokol 29 dejkabr 2025-c il tarixdə tərtib edilmiş, qalıq məbləğ isə 26 yanvar 2026-cı il tarixdə gəlmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 öz izahatında bildirmişdir ki, malı satanda dəyəri təxminən 11500 dollar olmuşdur. Qarşı tərəfdən 15000 dollar pul götürülmüşdür. Lakin bank formasında köçürülmə mümkün olmadığı üçün bir neçə gün ərzində Rusiyadan nağd formada ölkəyə daxil olmuşdur. Həmin müddətdə məzənnə dəyişdiyi üçün fərq yaranmışdır. Qarşı tərəf borcunu tam olaraq ödəmiş sayıldı, lakin məzənnə fərqi olduğu üçün ölkəyə daxil olmuş məbləğ tam şəkildə sayılmamışdır. Göstərilənlərə əsasən icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında Şəxs MMC-nin direktoru Nümayəndə1 öz izahatında bildirmişdir ki, pul xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə gəlmişdir. Mal 11830 dollara satılmış, 14537 dollar ölkəyə daxil olmuşdur. Pulun köçürülməsi bankdan alınan çıxarışla təsdiq edilir. Göstərilənlərə əsasən icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin rəis müavini Kamran Mədədovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, "xxxx" MMC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3- 33-1100/2-007019/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq və 3-33-1100/2- 007417/2024 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş "xxxx" MMC ünvanına göndərilmişdir. Lakin "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. İş materiallarında olan bildirişdən görünür ki, Şəxs MMC tərəfindən 10 gün müddətində ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesablarına köçürülməsinin təmin edilməsi tələb olunmuşdur. İş materiallarında olan konsiqnasiya əməliyyatları üzrə xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü ilədək olan hesabatdan görünür ki, 11830.62 ABŞ Dolları məbləğin bank ödənişi həyata keçirilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsi təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 483-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 666.8 (altı yüz altmış altı manat səksən qəpik) məbləğinin 50 (əlli) faizi həddində, 333 (üç yüz otuz üç) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar