Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-60/2026 19.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xx.xx.2026-cı il tarixdə X2 tərəfindən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsinə dair şikayət daxil olmuşdur. X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 tərəfindən verilmiş şikayətdə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol hüquqi nəticə etibarilə inzibati məsuliyyət yaradan yekun akt deyil, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün prosessual sənəd xarakteri daşıyır və yalnız səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilən qərar inzibati məsuliyyətin tətbiqi ilə bağlı hüquq və vəzifələr yaradır, bu baxımdan, inzibati xəta haqqında protokolun müstəqil qaydada məhkəmə nəzarətinə çıxarılması inzibati icraatın məntiqinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş mərhələli baxılma mexanizminə ziddir, belə ki, qanunverici şikayət və protest hüququnu yalnız inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarlarla məhdudlaşdırmış, protokola münasibətdə isə belə hüquqi imkanı nəzərdə tutmamışdır ki, bu da təqdim olunmuş şikayətin mahiyyəti üzrə baxılmasını hüquqi cəhətdən mümkünsüz edir. Həmçinin məhkəmə müəyyən edir ki, şikayətə inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın surəti əlavə edilməmiş, yalnız inzibati tənbehin tətbiq edilməsi barədə bildiriş təqdim olunmuşdur; halbuki inzibati xəta haqqında iş üzrə qərarın mövcudluğu və məzmunu şikayətin predmetinin müəyyən edilməsi və onun qanunauyğunluğunun yoxlanılması üçün zəruri şərt olmaqla, qərarın surəti olmadan məhkəmənin şikayətə mahiyyəti üzrə baxması mümkün deyildir. Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan aktlar siyahısına aid olmamasını və inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamasını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə izah edir ki, şikayətdəki nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətdəki nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-60/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-60/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver