Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-67/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati tənbeh tətbiq edilən şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin 17 dekabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin 17 dekabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona qarşı Bakı şəhər Baş X6 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, TP-7714362 nömrəli “İnzibati xəta haqqında qərar” qəbul edilmişdir. Həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrinə əsasən barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə və 3 bal tətbiq olunmuşdur. Yazıb bildirir ki, qeyd olunan qərarla razı deyil, çünki qərar faktiki hallara, sübutlara və inzibati icraatın tələblərinə zidd olaraq qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində, saat təxminən 13:05 radələrində Bakı şəhəri, X1 Əliyeva küçələrinin kəsişməsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən 28 May küçəsi istiqamətinə hərəkət edərkən yol-hərəkəti qaydalarına tam riayət etmişdir. Yolayrıcında yerləşən “Yol ver (STOP)” nişanının tələblərini yerinə yetirmiş, dayanmış və digər nəqliyyat vasitələrinə yol vermişdir. 28 May küçəsindən Dilarə Əliyeva küçəsinə dönmək istəyən nəqliyyat vasitələrinə yol vermişdir. Dilarə Əliyeva küçəsi istiqamətindən gələn digər nəqliyyat vasitəsi dönmə nöqtəsindən təxminən 15–20 metr məsafədə olmuş, faktiki olaraq manevrə başlamaq imkanında deyildi. Onun hərəkəti həmin nəqliyyat vasitəsinin trayektoriyasına ümumiyyətlə müdaxilə etməmiş, onun üstünlüyünü pozmamış və nəinki əyləcdən istifadə etməsinə, hətta hərəkət zamanı sabit sürətini azaltmamışdır. Beləliklə, nə yol nişanının tələbi, nə də yolayrıcından keçid qaydaları pozulmamışdır. Qərarın qəbul edilməsi zamanı Dilarə Əliyeva küçəsində dayanmış polis əməkdaşının kamerasının görüntülərinə istinad edilmişdir. Lakin həmin görüntülər polis əməkdaşının dayandığı nöqtədən aşağı rakursdan və Dilarə Əliyeva küçəsindən hərəkət edən dönmə manevr nöqtəsindən məsafədə olan avtomobilin arxa tərəfindən çəkildiyi üçün yolayrıcının real vəziyyətini obyektiv əks etdirmir. Şəxsi kamera Dilarə Əliyeva küçəsi istiqamətindən gələn nəqliyyat vasitəsinin real məsafəsini, manevrə hazır olub-olmamasını düzgün göstərmir. Polis əməkdaşının dayanma mövqeyi yolayrıcının tam panoramasını əhatə etmədiyi üçün hadisənin obyektiv qiymətləndirilməsi həmin polis əməkdaşı tərəfindən mümkün deyil. O, xx.xx.2025-ci il tarixində Bakı şəhər Baş X6 İdarəsinə yazılı şikayətlə müraciət etmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında qərarla bağlı cavab məktubu ona yalnız çox sayda şikayətdən sonra xx.xx.2026-cı il tarixində təqdim edilmişdir. xx.xx.2025-ci il tarixində yazılı şikayət müraciətindən sonra ona sadəcə xx.xx.2025-ci il tarixində formal bildiriş göndərilmişdir ki, bu bildirişdə xx.xx.2025-ci il tarixində Bakı şəhər BDYPİ-yə yaxınlaşması qeyd edilmişdir, bu da faktiki olaraq mənasızdır. Hesab edir ki, qərar qanusuz və əsassızdır. Göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin 17 dekabr 2025ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə videogörüntü təqdim edərək, barəsində inzibati tənbeh tətbiq edilən şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrinin tələblərini pozduğunu və bu səbəbdən şikayətin əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin 17 dekabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, təqdim edilmiş videogörüntüyə baxaraq və proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 17 dekabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 07 dekabr 2025-ci il tarixində, saat 13:11-də Bakı şəhəri, Kövkəb Səfərəliyeva-Dilarə Əliyeva ərazisində “Toyota Corolla MİNİK” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş və tərəflərin iştirakları ilə baxış keçirilmiş videogörüntüdən görünür ki, X4 07 dekabr 2025-ci il tarixində, saat 13:11-də Bakı şəhəri, Kövkəb Səfərəliyeva-Dilarə Əliyeva ərazisində “Toyota Corolla MİNİK” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sözügedən küçələrin kəsişməsində hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələrinə yol vermədən hərəkətini davam etdirməklə yolayrıcı keçmə qaydasını pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. 85-ci maddəsinin 2-ci bəndinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radiocihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda; Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2 Bakı şəhəri, Kövkəb Səfərəliyeva-Dilarə Əliyeva ərazisində “Toyota Corolla MİNİK” markalı 77BJ-755 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin 17 dekabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin 17 dekabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin 17 dekabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(5-102)-67/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-67/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver