Məhkəmə qərarları › İş №3(5-102)-703/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-703/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-703/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, X4 inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİM: X5 şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2026-cı il tarixində avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində, 20150 nömrəli parklanma zonasından sonra yerləşən yol hissəsində saxladığını, həmin ərazidə dayanma və durmanı qadağan edən yol nişanı mövcud olmadığını, Yol-Patrul Xidmətinin əməkdaşı tərəfindən avtomobilin şəkli çəkildiyini və ona İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi tətbiq edilərək 80 manat cərimə yazılmışdır. Polis əməkdaşı parklanma zonasını birinci hərəkət zolağı, avtomobilin saxlanıldığı hissəni isə ikinci hərəkət zolağı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununa əsasən, hərəkət zolağı nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yol hissəsidir. Parklanma zonası isə hərəkət üçün deyil, saxlanma üçün ayrılmış sahədir və hərəkət zolağı hesab edilə bilməz. xx.xx.2026-cı il tarixdə İXM-nin 346.4-cü maddəsi ilə bağlı barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-97)-1016/2026 nömrəli qərardadı ilə X4 inzibati xəta haqqında qərardan verdiyi şikayət Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, X5 şikayətində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarın ləğv olunmasını deyil, xx.xx.2026-cı il tarixdə barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayət verdiyi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar X2 barəsində qəbul edilmişdir. Belə olan halda X4 həmin qərarı mübahisələndirmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə verilən şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməlidir. Şikayətdə şikayətçinin hansı inzibati xəta haqqında qərardan, hansı əsaslarla və konkret olaraq hansı tələblə məhkəməyə müraciət etdiyi aydın şəkildə göstərilməlidir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd olumuşdur ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Qeyd olunan Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Yuxarıda qeyd olunan Qərarları nəzərə alan məhkəmə hesab edir ki, hazırda şikayətin qaytarılması ilə bağlı məsələ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinin tələbi nəzərə alınmaqla həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, şikayət verən şəxsə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati tənbeh vermə haqqında qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən məhkəməyə müraciət edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X7 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar