Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-77/2026 23.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 Bakı şəhəri DYPİ nin polis kapitanı X1 tərəfindən mənim barəmdə xx.xx.2025-ci il tarixli, TP-7538604 saylı Yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarla AR İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin tələblərini pozulmasında günahkar bilərək AR İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq məni 100 (bir yüz) manat məbləğində cərimə etmişdir. İlk olaraq bildirmək istəyir ki, yazılmış cərimə ilə razı deyildir. Bələ ki, cərimə tərtib edilən zaman AR İnzibati Xətalar Məcəlləsinin maddələrinin tələbləri poşulmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi "Nissan Sunny" minik markalı, 90 - PS 948 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində hərəkətdə olduğu zaman Bakı şəhərində keçirilən Formula-1 yarışı zamanı yolda yaranmış tıxacı idarə edən BDYPİ-nin əməkdaşın göstərişinə tabe olaraq o və xeyli sayda digər vətəndaşlar tərəfindən idarə edilən avtomobillər avtobuslar üçün ayrılmış xətt üzrə hərəkət etmişlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş yolda yalnız BDYPİ-nin əməkdaşın göstərişi nəticəsində hərəkət etmişdir. Bundan 7 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə +**********44 mobil nömrədən zəng gəldi. Zəng edən şəxs BDYPİ-nin əməkdaşı olduğunu bildirdi və xx.xx.2025-ci il tarixdə tərəfindən yol qaydalarını pozduğunu, məsələni həll etmək üçün BDYPİ-nə dəvət etdi. Məsələni araşdırandan sonra tərəfindən heç bir qaydanı pozmadığını, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində hərəkətdə olduğum zaman həmin vaxt Bakı şəhərində keçirilən Formula-1 yarışı zamanı yolda yaranmış tıxacı idarə edən BDYPİ-nin əməkdaşın göstərişinə tabe olaraq digər nəqliyyat vasitəsilərinin sahibləri kimi avtobus xəttinə çıxdığını bildirmişdir. BDYPİ-nin əməkdaşından həmin vaxt aparılan video göröntulərə birdə baxmağa və məsələni tam araşdırmağı xahiş etmişdir. Ancaq dəlillərini qəbul etməyən əməkdaş məsələni yerində həll etməyi yenədə təklif etdi. Qanun pozuntusu etmədiyinə əmin olaraq buna etiraz edəndən sonra heç bir araşıdırma aparmayan və video göruntüyə baxmayan polis əməkdaşı barəsində İXP7437478 saylı protokolun tərtib etdi. Tərəfindən barəsində tərtib edilən İXP7437478 saylı protokolu asan.pay vasitəsi ilə araşdıran zaman protokola heç bir video və foto əlavə edilmədiyini müəyən etmişdir. Bundan sonra tərəfindən bu qərardan asan.pay vasitəsi ilə şikayət vermişdir. Ancaq bu günə qədər heç bir araşdırma aparılmayıb, tələb etdiyi video və foto görüntüləri təqdim edilməyib, şikayətinə cavab verilməyib. Məsələni yerində araşdırmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə şəxsən BDYPİ-nə müraciət etdərək video və foto görüntülərin təqdim edilməsi, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində hərəkətdə olduğu zaman həmin vaxt Bakı şəhərində keçirilən Formula-1 yarışı zamanı yolda yaranmış tıxacı idarə edən BDYPİ-nin əməkdaşın göstərişinə tabe olaraq avtobus xəttinə çıxdığını, məsələni yerində araşdırmağını xahiş etmişdir. Ancaq heç araşıdmanın apaılmasından imtina edilərək ona Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 barəsdə TP-7538604 saylı Yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarla 100 (bir yüz) manat cərimə edilməsi qərarı verildi. Bununla bağlı tərəfindən xx.xx.2025-ci il tarixli, TP-7538604 saylı Yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə məhkəməyə şikayət verilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)- 3023/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə həmin qərardan şikayət verməmiş və yenidən adına xx.xx.2026-cı il tarixdə İXP7437478 saylı protokol tərtib edərək yenə 100 manat cərimə etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, istifadəsində olan "Nissan Sunny" minik markalı, 90 - PS - 948 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki baxış müddəti xx.xx.2026-cı il tarixdə bitdiyi səbəbindən məcbur olaraq barəsində xx.xx.2026-cı il tarixli İXP7437478 saylı Yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında yazılan qərarın cəriməsini, yəni 90 (doxsan) manat vəsaiti xx.xx.2026-cı il tarixdə ödəmişdir. Həmin cəriməni ödəməsəydi, avtonəqliyyat vasitəsini texniki baxışdan keçirə bilməyəcəkdi. Bildiyiniz kimi, avtonəqliyyat vasitəsinin üzərində olan cərimələr ödənilmədiyi halda, DİN BDYPİ-nin əməkdaşları avtonəqliyyat vasitəsini texiki baxışdan keçirmirlər. Yuxarıda qeyd etdiyi kimi, cərimə ilə razı deyildir. Hesab edir ki, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində hərəkətdə olduğu zaman yolda yaranmış tıxacı idarə edən BDYPİ-nin əməkdaşının göstərişinə tabe olaraq avtobus xəttinə çıxdığı video müşahidəyə baxan zaman bəlli olacaqdır. Ancaq Bakı şəhəri DYPİ-nin əməkdaşı məsələni protokolsuz həll etməyəni, video və foto görüntüləri təqdim etməkdən imtina etməsi həqiqətin müəyyən edilməsinə mane olaraq hüquqlarını kobud formada pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində qeyd olunub ki, Bu Məcəllənin 327.1- 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq "İCMAL" informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Bu maddədə konkret olaraq qeyd olunub ki, hansı Məcəllənin hansı maddələri foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilər və aşkar edildikdən sonra onlara cərimə yazıla bilər. Ancaq onun halında heç bir foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiməşdir və informasiya sisteminə göndərilməmişdir. Bundan başqa həmin məcəllənin 38.6-cı maddəsində qeyd olunub ki, Bu Məcəllənin inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi, inzibati xəta hadisəsinin baş verdiyini subut edən foto və ya video materiallar əlavə olunmadığı məsələsinin heç araşdırmayan polis əməkdaşı ümumiyyətlə inzibati məsuliyyətə cəlb müddəti ötürmüşdür. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-1 ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Eyni məcəllənin 129.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Qeyd olunanı nəzərə alaraq və İXM-nin 128-137-ci maddələri nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP7437478 saylı Yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi, 2 (iki) bal cərimənin silinməsi və ödənilmiş 90 (doxsan) manat vəsaitin geri qaytarılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət verən şəxsin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-3023/2025 saylı qərarı ilə qismən təmin edilmiş və işə yenidən baxılması üçün Azərbyacan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Əlavə olaraq, ləğv edilməsi xahiş edilən xx.xx.2026-cı il tarixli İXP7437478 saylı yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Göstərilən hallar isə, yəni şikayət verilmiş qərar barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması və şikayət verilən qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(5-102)-77/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-77/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver