Məhkəmə qərarları › İş №3(5-102)-796/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-796/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(5-102)-796/2026 12.03.2026 BAKI ŞƏHƏRI SƏBAIL RAYON MƏHKƏMƏSI Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əliyeva Göyçək İlqar qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ34293413 və EQ******** saylı qərarlarından Qərardan şikayət verən orqan (şəxs) şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ34293413 və EQ******** saylı qərarlarından Qərardan şikayət verən orqan (şəxs) şikayəti məhkəməyə daxil olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətində iki qərarın ləğv olunması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ34293413 və EQ******** saylı qərarlarından Qərardan şikayət verən orqan (şəxs) şikayəti ona geri qaytarılmalıdır. Belə ki, hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## #### 2025-ci il tarixli, 239-VIIQD nörməli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 129.1.3-cü maddəsində dəyişiklik edilmiş, Məcəlləyə yeni 129.1.3-1-ci maddə əlavə olunmuş və həmin dəyişikliklər ## ###### 2025-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan dəyişikliklərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü və 129.1.3-1-ci maddələri aşağıdakı redaksiyalarda verilmişdir: “129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) yaşayış ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 2, mənzil 68-dir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş X1 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş materiallar Qərardan şikayət verən orqan (şəxs) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ34293413 və EQ******** saylı saylı qərarlarından Qərardan şikayət verən orqan (şəxs) şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞIYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar