Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-8/2026 27.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Rspublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 491.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Rspublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 491.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 29 dekabr 2025-ci il tarixli 01400-10557/25 EP № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Araşdırma zamanı müəyyən olunmuşdur ki, Gürcüstan Respublikası, Tbilisi şəhərində qeydiyyatda olan “RMS ROPEWAY MAİNTENANCE SYSTEMS” şirkətindən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) şirkətinə **********2589 saylı qısa idxal bəyannaməsi əsasında idxal olunan 2 ədəd “çarxlar və şkiflər” yükü Xaçmaz Gömrük İdarəsinə təyinat almasına baxmayaraq qömrük rəsmiləşdirilməsi həyata keçirilmədən xx.xx.2025-ci il tarixində idxalatçı şirkət tərəfindən “Ford Transit” markalı, EB016BA qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən Qusar rayonu ərazisində yerləşən X8 ərazisində boşaldılması həyata kecirilimişdir. **********2589 saylı qısa idxal bəyannaməsi əsasında idxal olunan 2 ədəd “çarxlar və şkiflər” yükünə X8 ərazisində baxış keçirilmiş və yükün həmin ərazidə olması müəyyən edilmişdir. İs üçün əhəmiyyətini nəzərə alıb, mütəxəssisin təyin edilməsi barədə qərardad tərtib olunmuş və qiymətləndirmənin aparılması Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin mütəxəssislərinə həvalə olunmuşdur. Azərekspertiza Birliyinin xx.xx.2025-ci il tarixli 072/25-X saylı mütəxəssis rəyinə əsasən üzərində X3 Systems, MAX50T0” yazıları olan, 60smx25sm ölçülü “çarxlar və şkiflər" metal avadanlığının xx.xx.2025-ci il tarixə orta bazar qiyməti 3300,00 (üç min üç yüz) manat müəyyən edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə və barəsində protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Rspublikasındakı filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndələr məhkəmə iclasına gəlməmiş. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 492.1-ci və 491.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 dekabr 2025-ci il tarixli raportdan görünür ki, Gürcüstan Respublikası, Tbilisi şəhərində qeydiyyatda olan “RMS ROPEWAY MAİNTENANCE SYSTEMS” şirkətindən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) şirkətinə **********2589 saylı qısa idxal bəyannaməsi əsasında idxal olunan 2 ədəd “çarxlar və şkiflər” yükü Xaçmaz Gömrük İdarəsinə təyinat almasına baxmayaraq qömrük rəsmiləşdirilməsi həyata keçirilmədən xx.xx.2025-ci il tarixində idxalatçı şirkət tərəfindən “Ford Transit” markalı, EB016BA qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən Qusar rayonu ərazisində yerləşən X8 ərazisində boşaldılması həyata kecirilimişdir. **********2589 saylı qısa idxal bəyannaməsi əsasında idxal olunan 2 ədəd “çarxlar və şkiflər” yükünə X7 ərazisində baxış keçirilmiş və yükün həmin ərazidə olması müəyyən edilmişdir. İş materiallarında olan sürücü vəzifəsində işləyən X6 17 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə verdiyi izahatdan görünür ki, xarici ölkələrə yükdaşıma xidməti ilə məşğuldur. O, Şəxs (VÖEN: **********) şirkətinə **********2589 saylı qısa idxal bəyannaməsi əsasında idxal olunan 2 ədəd “çarxlar və şkiflər” yükü Xaçmaz Gömrük İdarəsinə təyinat almasına baxmayaraq qömrük rəsmiləşdirilməsi həyata keçirilmədən həmin şirkətin nümayəndəsi onunla əlaqə saxlayaraq malları birbaşa X4 ərazisinə gətirməsini bildirmişdir. X9 malları X5 boşaldalaraq oranı tərk etmişdir. İş materiallarında olan Şəxs şirkətində gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən X2 17 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə verdiyi izahatdan görünür ki, “Ford Transit” markalı, EB016BAmömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş gömrük təminat vasitəsi olan plombun məhz elə yük boşaldılan zaman şirkətin nümayəndələri tərəfindən qırıldığını, sürücünün sadəcə şirkətin sifarişi əsasında yükün daşınmasını həyata keçirdiyini, Şəxs şirkəti olaraq gömrük təminat vasitəsi olan plompun qırılmasının qanunla qadağan olduğunu bildiklərini, məsuliyyətlərini dərk etdiklərini, əlavə olaraq Şəxs şirkəti olaraq idxal olunan yükün gömrük rəsmiləşdirilməsinin aparılmalı, daha sonra boşaldılmalı olduğunu bildiklərini, sezonun açılması ilə əlaqədar olaraq qeyd olunan qurğunun tez bir müddət ərzində gətirilməsi vacib olduğundan məhz bununla əlaqədar idxal olunan yükün gömrük rəsmiləşdirilməsi aparılmadan, gömrük bəyannaməsi tərtib olunmadan gömrük nəzarəti altında olan yükün Şəxs şirkətinin səlahiyyətli nümayəndələri tərəfindən boşaldılmasının həyata keçirildiyini, “DOPPELMAYR SEİLBAHNEN GMBH" şirkəti olaraq törətdikləri əməli basa düşdüklərini, bu əməlin qanunla müvafiq məsuliyyət yaratdığını dərk etdiklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Azərekspertiza Birliyi”nin 072/25-X saylı ekspertiza rəyinə əsasən, 02 ədəd “çarxlar və şkiflərin 12 dekabr 2025-ci il tarixinə orta bazar qiyməti 3300 (üç min üç yüz manat) təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə -fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan olan Şəxs şirkətinə **********2589 saylı qısa idxal bəyannaməsi əsasında idxal olunan 2 ədəd “çarxlar və şkiflər” yükü Xaçmaz Gömrük İdarəsinə təyinat almasına baxmayaraq qömrük rəsmiləşdirilməsi həyata keçirilmədən xx.xx.2025-ci il tarixində idxalatçı şirkət tərəfindən “Ford Transit” markalı, EB016BA qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən Qusar rayonu ərazisində yerləşən X8 ərazisində boşaldılması həyata kecirilimişdir. **********2589 saylı qısa idxal bəyannaməsi əsasında idxal olunan 2 ədəd “çarxlar və şkiflər” yükünə X8 ərazisində baxış keçirilmiş və yükün həmin ərazidə olması müəyyən edilmişdir və nəticədə Şəxs şirkəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1-ci və 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs şirkəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 491.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu, 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 491.1-ci maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(5-102)-8/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-8/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver