Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-81/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə 08 yanvar 2026-cı il tarixli, 00100-00132/26 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmmasına baxmayaraq Şəxs QSC-nin və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən, işə Şəxs QSC-nin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də “X5 ” QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan 08 yanvar 2026-cı il tarixli, 00100-00132/26 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, , “Yaşıl dəhliz” iştirakçısı olan AZ1095, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti., ev 93, mənzil 27 ünvanında qeydiyyatda olan Şəxs QSC tərəfindən İran İslam Respublikasından 99AK971/99AK972 və 99AN689/99AN690 qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə gələn, Bakı Baş Gömrük İdarəsində **********5008 sorğu nömrəli və **********4977 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən yüklərin rəsmiləşdirmə prosesinin davam etdirilməsinə baxmayaraq nəqliyyat vasitələrindəki yüklərin sahibkar tərəfindən özbaşına boşaldılması və nəqliyyat vasitələrinin VAİS üzərindən boşalmaları barədə qeydiyyatı təsdiq edilmədiyindən nəqliyyat vasitələrinin sərhəd gömrük orqanından keçərək ölkəni tərk etmələri mümkün olmamışdır. Qeyd edilən faktla bağlı Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmışdır. İş materiallarında olan 3-33-1100/029/041499 nömrəli raportdan görünür ki, “Yaşıl dəhliz” iştirakçısı olan AZ1095, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti., ev 93, mənzil 27 ünvanında qeydiyyatda olan Şəxs QSC tərəfindən İran İslam Respublikasından 99AK971/99AK972 və 99AN689/99AN690 qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə gələn, Bakı Baş Gömrük İdarəsində **********5008 sorğu nömrəli və **********4977 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən yüklərin rəsmiləşdirmə prosesinin davam etdirilməsinə baxmayayaraq nəqliyyat vasitələrindəki yüklərin sahibkar tərəfindən özbaşına boşaldılması və nəqliyyat vasitələrinin VAİS üzərindən boşalmaları barədə qeydiyyatı təsdiq edilmədiyindən nəqliyyat vasitələrinin sərhəd gömrük orqanından keçərək ölkəni tərk etmələri mümkün olmamışdır. İş materiallarında olan, "X5 " QSC-nin nümayəndəsi X2 izahatından görünür ki, 99AK971/99AK972 və 99AN689/99AN690 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitələrində olan mallar ilə bağlı sənədləşmə prosesi uzun çəkdiyi üçün onlara bildirilmişdir ki, həmin mallar anbara aparılıb orada boşaldılsın. Şəxs QSC-nin anbarı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 5 ünvanında yerləşir. Bu səbəbdən də mallar qeyd olunan nəqliyyat vasitələrindən sürücülər və zavodun işçiləri tərəfindən boşaldılmışdır. "xxxx" MMC-nin bəyannaməçisi olan Əliyev Elvinə gömrük orqanının əməkdaşı tərəfindən deyilib ki, rəsmiləşdirmə prosesi uzun çəkəcək bu səbəbdən də nəqliyyat vasitələrində olan yükləri anbara boşaltsınlar. Əliyev Elvin də 99AK971/99AK972 və 99AN689/99AN690 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitələrinin sürücülərinə bildirib ki, mallar anbara aparılaraq orada boşaldılacaq. Malların anbara boşaldılmasını deyən gömrük əməkdaşının kim olduğunu bilmir. Rəsmiləşdirmə prosesinin yekunlaşma üzrə olduğunu düşünürdük, həmçinin Əliyev Elvinə adını bilmədiyi gömrük əməkdaşı tərəfindən malların boşaldıla biləcəyi deyildiyi üçün mallar nəqliyyat vasitəsindən boşaldımışdır. Həmin nəqliyyat vasitələrində olan yüklər “pəstah” yükləri olduğu üçün onlar açıq şəraitdə gəlir və bu səbəbdən də, nəqliyyat vasitələrinin yük yerlərinə plomb vurulmayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, mallar dövlət mülkiyyətinə keçirilənədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs QSC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, araşdırma zamanı "X5" QSC tərəfindən gömrük nəzarəti altında olan malların gömrük orqanının icazəsi olmadan 99AK971/99AK972 və 99AN689/99AN690 qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə gələn, Bakı Baş Gömrük İdarəsində **********5008 sorğu nömrəli və **********4977 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən yüklər rəsmiləşdirmə prosesinin davam etdirilməsinə baxmayaraq nəqliyyat vasitələrindəki yüklər sahibkar tərəfindən özbaşına boşaldılmışdır. Nəticədə, "X5" QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/029/041499 saylı raport, “X1 Sistemi” informasiya resursundan çıxarış və Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı və işdə olan digər sənədlər ilə təsdiq edilir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs QSC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi ünvanı , Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti., ev 93, mənzil 27 olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400,00 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(5-102)-81/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-81/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver