Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-93/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail rayon Polis İdarəsi Dövlət X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC (**********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC (**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Dövlət X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsi Dövlət X1 nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək Şəxs MMC barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etdi. Şəxs MMC məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və məhkəmə iclasının Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirərək məhkəməyə barələrində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola yazılı etiraz ünvanlamışlar. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə materiallardan görünür ki, protokol xx.xx.2025 tarixdə, məhkəməyə göndərilmə qərardadı xx.xx.2025 tarixdə tərtib edilmiş, lakin baxılması üçün məhkəməyə xx.xx.2026 tarixdə, yəni 4 ay sonra göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 103.1 maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə göndərilir. Açıq-aşkardır ki, protokolu tərtib edən orqan kobud pozuntuya yol vermiş, qanunun aydın tələbini tapdamışdır. İkincisi, iş üzrə materiallarda (orqanın göndərdiyi materialların 8-ci səhifəsində) orqan tərəfindən müəssisəyə xx.xx.2025 tarixdə baş verən xətaya görə xətanı törədən sürücünün müəyyən edilməsi üçün sorğu göndərildiyi öz əksini tapır. Lakin həmin sorğunun həqiqətən də müəssisəyə çatdırılmasına dair hər hansı sübut mövcud deyildir. Bu səbəblə də sorğunun verildiyini birtərəfli surətdə iddia edən orqanın iddiası əsassızdır. Müəssisəyə dəfələrlə AYNA və digər DYP qurumlarından bu cür sorğular daxil olmuş və aidiyyəti üzrə cavablandırılmışdır, lakin sözügedən sorğu müəssisəyə çatdırılmamışdır. Odur ki, sorğunun mövcudluğundan məlumatsızdırlar. Üçüncüsü, ikinci arqumentdə qeyd edildiyi kimi, iş üzrə materiallarda orqan tərəfindən müəssisəyə sorğu göndərilməsi və sorğunun cavablandırılmamasının irəli sürülməsi onu təsdiq edir ki, məntiqi və qanuni ardıcıllıq orqan tərəfindən İXM 339.1 maddəsi ilə deyil, 347-ci (nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddə ilə protokol tərtib edilməsini tələb edirdi. Qeyd edilənlər göstərir ki, iş üzrə materiallarda orqan tərəfindən tərtib edilmiş protokolla protokolun tərtib edilməsinə əsas olan hallar uzlaşmır. Belə ki, İXM 339.1 maddə tamam başqa hallar üzrə nəzərdə tutulmuşdur, məzmunundan da göründüyü kimi, orada nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməməsi, qeydiyyatdan nəqliyyat vasitəsinin mülki müqavilə əsasında başqa şəxsə verilməsi halında təkrar qeydiyyatının aparılmaması nəzərdə tutulur. Qeyd edilənlərə əsasən, barələrində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səbail Rayon Dövlət X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “TOYOTA HİLUX MİNİK” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan Şəxs MMC tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni notarial qaydada təsdiq edilmiş etibarnamə) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi və onun kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də qeydiyyat), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, Şəxs MMCnin (**********) hüquqi ünvanı ünvan 1 məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Səbail Rayon Dövlət X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il il tarixdə saat 16:24-də istiifadəsində olan “TOYOTA HİLUX MİNİK” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı t vasitəsini sahibləri-Şəxs MMC tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni notarial qaydada təsdiq edilmiş etibarnamə) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə başqa şəxsə verdikdən sonra onun təkrar qeydiyyatdan keçirilməməsi qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Səbail Rayon Dövlət X2 tərəfindən Şəxs MMC-yə ünvanlanan bildirişdən görünür ki, sonuncunun mülkiyyətində TOYOTA HİLUX MİNİK” markalı, **-PC-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Ələt-Astara-İran yolu 49 km ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi müəyyən olunmuşdur. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumatların (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) sorğunun rəsmi qaydada alındığı vaxdan 05 (beş) gün müddətində verilməsi xahiş olunmuş, əks halda İXM-nin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması qeyd olunmuşdur. Məhkəmə Şəxs MMC-in etirazını əsaslandırdığı arqumentlərə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aid olduğundan səlahiyyətli orqan tərəfindən protokolun məhkəməyə göndərilməsi zamanı müddət buraxılmamışdır. Etirazda göstərilmiş digər arqumentə cavab olaraq məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən əmələ düzgün hüquqi qiymət verilmiş və inzibati xəta haqqında protokol İXM-in 347-ci maddəsi ilə deyil, düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən: 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddə. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128, 130, 339.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(5-102)-93/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-93/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver