Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-99/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 23 yanvar 2026-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 15 yanvar 2026-cı il tarixli, 47/2-1116/26 nömrəli məktubu ilə Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokola əsasən Mitsubishi L200 minik markalı, 77AK290 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (hüquqi ünvanı ünvan 1 olan) Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialı tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının nümayəndəsi X2 tərəfindən məhkəməyə ünvanlanmış məlumatda bildirmişdir ki, məhkəməyə təqdim olunmuş sənədlərdən də məlum olur ki, bildiriş Salyan OYL LLC ƏŞ-ti tərəfindən qəbul edilməmiş və qarşı tərəf də (inzibati orqan) bu bildirişin müvafiq məsul şəxsə təqdim olunması ilə əlaqədar hər hansı bir çatdırılma və ya hansı şəxsə təqdim edilməsi ilə bağlı təsdiqedici sənədi mövcud deyildir. Buradan belə məlum olur ki ƏŞ-i tərəfindən həmin bildiriş hüquqi cəhətdən qəbul edilmədiyindən bu inzibati xəta və ya sürücünün təqdim edilməsi ilə bağlı hərəkətləri bildirişi təqdim edən inzibati orqanın səhvindən həyata keçirə (sürücünün təyini barədə məlumatı DYP-nə təqdim edilməsi) bilməmişdir. Daha bir ciddi məsələ (səhv) ondan ibarətdir ki, inzibati orqan hansısa səbəblərdən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən inzibati xəta aşkar etdiyinə baxmayaraq Məhkəməyə təqdim etdiyi inzibati xətanı başqa maddə altında yəni həmin Məcəllənin 339.1 maddəsi ilə (tamamilə fərqli inzibati xətadır-texniki baxış, etibarnaməsiz idarəetmə və sair,) təqdim etmişdir ki, bu da çox ciddi İnzibati prosessual hüquq pozuntusudur. Protokol həmin məcəllənin 347-ci maddəsi ilə tərtib olunaraq təqdim edilməli (bu düzgün olardı) olsaydı da belə, hətta onu da yuxarıda qeyd etdiyi kimi, sürücünün təyin edilməsi ilə bağlı İnzibati Orqanın bildirişi müvafiq qaydada çatdırılması (daşıma fəaliyyətini həyata keçirən poçt işçisi və ya kuryer və sair,) və ya ƏŞ-in səlahiyyətli işçisinə (asisstentə və ya ümumi şöbəyə) təqdim edilməsi barədə təsdiqedici sənədi mövcud deyildir. Yuxarıdakıları nəzərə alaraq Məhkəmədən kifayət qədər qüsurlarla və demək olar ki inzibati prosessual pozuntularla təqdim olunmuş inzibati protokol etibarsız hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının nümayəndəsi X2 bildirmişdir ki, ölkəyə gətirilən bütün maşın və texnikalar müvəqqəti idxal sistemi əsasında fəaliyyət göstərir və gömrük rəsmiləşdirilməsi aparılmadığı üçün etibarnamə ilə idarə olunur. Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş inzibati protokol və materiallardan görünür ki, “Salyan OYL Limited Əməliyyat Şirkəti”nə məxsus “Mitsubishi L200” markalı minik avtomobilinin sürücüsü tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin inzibati orqan həmin maddə üzrə inzibati xəta aşkar etdiyini göstərməsinə baxmayaraq, işi məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqdim etmişdir. Halbuki 339.1-ci maddə tamamilə fərqli hüquqpozmanı nəzərdə tutur. Bu hal ciddi inzibatiprosessual hüquq pozuntusu kimi qiymətləndirilir. X6 Məcəlləsinin 347-ci maddəsinə uyğun olaraq tərtib edilərək təqdim olunsaydı belə, yenə də sürücünün müəyyən edilməsi ilə bağlı inzibati orqanın bildirişinin qanunvericiliyə uyğun qaydada çatdırıldığını təsdiq edən sənəd mövcud deyildir. Bildirişin daşıma fəaliyyətini həyata keçirən poçt işçisi, kuryer və ya digər səlahiyyətli şəxs vasitəsilə, yaxud Əməliyyat Şirkətinin səlahiyyətli əməkdaşına təqdim olunmasına dair hər hansı təsdiqedici sübut təqdim edilməmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq, inzibati protokolun etibarsız hesab edilərək ləğv olunmasını və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş edir. Kayman Adalarının "xxxx" Şirkəti törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, videogörüntünün, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Kayman Adalarının Şəxsaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş; -DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. -xx.xx.2025-ci il tarixli sorğu məktubundan görünür ki, Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının mülkiyyətində (istifadəsində) olan Mitsubishi L200 minik markalı, 77AK290 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs Salyan- Şirvan şossesi 12-ci km Kərimbəyli kənd yolu, Şirvan istiqamətində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini etmişdir. Törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu qeyd edilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Sorğuya əlavə edilmiş xüsusi texniki vasitə ilə əldə edilmiş görüntüdən aydın olur ki, hərəkətdə olan 77AK290 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsidir. Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan “Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməsi” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin Vİ-İ hissəsinə əsasən bu Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini (hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının) dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin Vİ-İİ hissəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün zəruri olan sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin qanunun 27-cu maddəsinin Xİİİ hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Məhkəmə hesab edir ki, inzibati iş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq mötəbər, əlaqəli və yol verilən sübutlar olmaqla, hüquqi şəxsin təqsirini kifayət qədər təsdiq edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan 77AK290 dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı nəqliyyat vasitəsi Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının istifadəsindədir və həmin nəqliyyat vasitəsi başqa şəxsə etibarnamə əsasında verilmiş, lakin qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar dövlət qeydiyyatından keçirilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin Xİİİ hissəsinin imperativ tələbinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, o cümlədən etibarnamə əsasında başqa şəxsə verildikdə, həmin nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanında təkrar dövlət qeydiyyatından keçirilməlidir. Bu norma iperativ xarakter daşıyır və icrası məcburidir. Eyni zamanda həmin Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsinə əsasən hüquqi şəxslər nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana təqdim etməli və bu məlumatlar dəyişdikdə üç gün ərzində yeniləməlidirlər. Qanunun bu tələbi nəqliyyat vasitəsinin faktiki istifadəçisi barədə məlumatların dövlət informasiya sistemində əks olunmasını təmin etməyə yönəlmişdir. DİN-in DYP Web portalından çıxarışdan müəyyən edilir ki, hüquqi şəxs tərəfindən istifadəsi həvalə olunan şəxsə dair məlumatlar müvafiq informasiya sistemində doldurulmamış, sürücünün şəxsiyyətini və idarəetmə hüququnu müəyyən etməyə imkan verən məlumatlar qeyd edilməmişdir. Bu hal hüquqi şəxsin üzərinə düşən məlumatlandırma və qeydiyyat öhdəliyinin yerinə yetirilmədiyini təsdiq edir. Məhkəmə hüquqi şəxsin inzibati orqan tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi nəqliyyat vasitəsini idarə edən sürücünün yol hərəkəti qaydalarını pozmasına görə məsuliyyəti nəzərdə tutur və həmin maddə üzrə məsuliyyət fiziki şəxsə şamil edilir. Hazırkı iş üzrə isə hüquqi şəxsə münasibətdə məsuliyyət onun nəqliyyat vasitəsini başqa şəxsə verərkən təkrar dövlət qeydiyyatını təmin etməməsi ilə bağlı yaranmışdır ki, bu da birbaşa olaraq Məcəllənin 339.1-ci maddəsinin dispozisiyasına uyğun gəlir. Bu səbəbdən inzibati orqan tərəfindən hüquqi şəxsin əməlinin 339.1-ci maddə ilə tövsif edilməsi düzgün hüquqi qiymətləndirmədir. Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də o həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialına tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir. Göründüyü kimi qanunvericilik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən törədilməsi sübuta yetirilən inzibati xəta əməlinə görə tətbiq ediləcək inzibati tənbeh növünü və onun miqdarını konkret müəyyən etmişdir. Belə olan halda Kayman Adalarının Şəxsaycan Respublikasındakı Filialının barəsində qeyd edilən maddədə göstərilən həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Kayman Adalarının "xxxx" Şirkəti Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(5-102)-99/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-99/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver