Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1077/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhəri, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR, Naxçıvan şəhəri, Dəmirçi kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində 13 fevral 2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis mayoru X1 bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə Binə qəsəbəsi Südçülük sovxozu ərazisində narkotik vasitədən istifadə etmiş, bu barədə müvafiq ekspert rəyi verilmişdir. Şəxs tərəfindən narkotik vasitədən istifadə etməsi faktı eyni zamanda onun özü tərəfindən də etiraf edilmişdir. Odur ki, məhkəmədən şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, heç bir narkotik vasitədən istifadə etməmişdir. Onun belində “qrija” var, bu səbəbdən ağrıkəsici vasitələr qəbul edir. İstifadə etdiyi 12B dərmanıdır. Onu polis bölməsində aparmışlar, test nümunəsi götürmüşlər, analiz cavabı müsbət çıxmışdır. Bu səbəbdən polis bölməsində 1 dəfə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs İXM-in 206-cı mаddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Sənan Süleymanlının raportundan görünür ki, xx.xx.2026-cı il tarixdə Suraxanı RPl-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Hüseynəliyev İnal vətəndaş Şəxs barəsində tərtib etdiyi raport HK-1/463 sayda qeydiyyata alınaraq icraatına qəbul edilmiş və tərəfindən araşdırılması davam etdirilmişdir. Məlum olmuşdur ki, Suraxanı RPl-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Hüseynəliyev İnal xx.xx.2026-cı il tarixində inzibati ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmətdə olarkən ünvan 1 ünvanın yaxınlığında özünü şübhəli aparan bir nəfərə yaxınlaşaraq özünü təqdim etmiş, həmin şəxs burda nə etməsi, və şəxsiyyəti ilə bağlı sorğu-sual olunduqda həmin şəxs suallara dolğun və hərtərəfli cavab verə bilmədiyindən onu narkotik vasitənin təsirində olması şübəsi yarandığından onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişdir. Araşdırma zamanı Şəxs narkoloji test yoxlanışı zamanı sidiyindən metamfetamin aşkar edilmişdir. Beləliklə aparılan təhqiqat araşdırması zamanı vətəndaş Şəxs narkotik vasitədən istifadə etməsi faktı təsdiq olunsada, lakin (MET+) sidikdən aşkar edildiyindən onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi yoxdur. Toplanmış material üzrə xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 1161 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, halhazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Belə olan halda məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmuşdur. Belə ki, həmin maddəyə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müəyyən edərkən onun narkotik vasitənin yalnız istehlakında təqsirli bilindiyini, buna baxmayaraq ekspert rəyinə əsasən heç bir narkoloji xəstəliyinin olmadığını, həmçinin onun yaşını və səhhətini nəzərə alaraq, Şəxs təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 300 manat məbləğində inzibati cərimə edilməsi nəticəsinə gəlir. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı mаddəsi ilə təqsirli bilinib, bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №3(5-103)-1077/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1077/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver