Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1100/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bildiyini qeyd edərək izahatında göstərmişdir ki, o, bir ədəd 30 (otuz) manat dəyəri olan kərə yağı götürmüşdür və həmin mağazaya bir dəfə girmişdir. O düşünür ki, mağazadan 470 (dörd yüz yetmiş) manat dəyərində mal çıxartmaq mümkün deyil. Pulu yox idi, kərə yağını almağa imkanı yox idi. O, yeni işə düzəldiyini və zərərçəkmişin dediyi məbləği qaytara bilməyəcəyini, lakin götürdüyü qədər, yəni 30 manat qaytara biləcəyini bildirmişdir. O, barəsində inzibati həbs cəzasının verilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə iclas katibi məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ilə telefon vasitəsilə əlaqə saxlamış, X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona 478 (dörd yüz yetmiş səkkiz) manat dəyərində ziyan vurulduğunu və şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: inzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli, AZA ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 20:45-də inzibati qaydada tutulmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 işlədiyi marketdən məhsul oğurlamış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır; X4 tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində verilən xx.xx.2026cı il tarixli ərizəsindən görünür ki, o, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində yerləşən “Oba-Əmircan4” marketdə market administratoru vəzifəsində çalışır. xx.xx.2026-cı il tarixdə saat 10 radələrində marketin fəaliyyəti zamanı marketdə olan məhsulları sayarkən mağazanın fəaliyyəti zamanı naməlum şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən ümumilikdə 478.63 manat dəyərində müxtəlif məhsulların oğurlandığını aşkar etmişdir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, tutulduğu bir gün müddət təyin olunmuş inzibati həbs müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə həbs növündə inzibati tənbeh saxlanılmalı, həbsetmənin əvvəli 17 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Şəxs 15 fevral 2026-cı il tarixdən 16 fevral 2026-cı il tarixədək tutulduğu bir gün müddət ona təyin olunmuş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün müddətinə həbs növündə inzibati tənbeh saxlanılsın. İnzibati həbsdə saxlamanın əvvəli «17» fevral 2026-cı il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-103)-1100/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1100/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver