Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1455/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi X2, xx.xx.1989-cu ildə Biləsuvar rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ağalı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2026-cı il tarixli, 1707 nömrəli rəyin nəticəsinə əsasən narkotik vasitə istifadə etdiyi müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2026-cı il tarixdə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi X3 protokola uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında səmimi olaraq əməlini etiraf etdiyini, özünün dənizçi olduğunu, burada 1 dəfə istifadə etmiş doluğunu, xaricdə olarkən ilk dəfə istifadə etmiş olduğunu, əməlindən səmimi peşman olduğunu, bildirərək, cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs narkotik maddə qəbul etməsinə dair Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Ülvi Abbaszadə tərəfindən tərtib edilmiş raport əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Suraxanı RPİ-nin 30-cu PŞ-nə göndərilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon Prokuroruna və maraqlı tərəflərə göndərilməsi və material saxlanması üçün Suraxanı RPİ 30-cu PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2026-cı il tarixli 1707 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan AZA seriyalı 00002 saylı, 28 fevral 2026-cı il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs 28 fevral 2026-cı il tarixində, saat 18:30-da tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlindən səmimi peşman olmasını olmasını yüngülləşdirən hal hesab edir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Bundan əlavə İXM-nin 34-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata qeydiyyata götürülməlidir. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(5-103)-1455/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1455/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver