Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-103)-1457/2026 02.03.2026 BAKI ŞƏHƏRI SURAXANI RAYON MƏHKƏMƏSI Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, R X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlunun iştirakları ilə, ##.##.1996-cı il tarixdə Saatlı rayonu, Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlunun barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu Suraxanı rayonu, Hövsan qəsəbəsində narkotik vasitə istifadəsi ilə məşğul olduğuna görə saxlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, R X1 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, ##.##.2026-cı il tarixdə axşam saatlarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğluna polis əməkdaşları yaxınlaşıb sənədini təqdim etməyini xahiş etmişdilər. Onun üstündə şəxsiyyət vəsiqəsi olmadığına görə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına gətirilmişdir. Narkotik vasitəsinin istifadəçisi olduğunda şübhəli bilindiyi üçün analizi götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu bildirdi ki, özünü təqsirli bilir. Narkotik vasitəni mütəmadi istifadə etmir, lakin həmin gün “nəşə” istifadə etmişdir. Bir daha istifadə etməyəcəyini və mümkün qədər yüngül cəzanın verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: inzibati qaydada tutma haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu ##.##.2026-cı il tarixdə saat 00:50-də inzibati qaydada tutulmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlunun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsindən ötrü Suraxanı RPİ-nin 30-cu PŞ-nin aidiyyatı əməkdaşa həvalə edilməsi qərara alınmışdır; ##.##.2026-cı il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında */**** nömrəli protokolda görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlunun sidiyində MET(+) və THC(+) aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ##.##.2026-cı il tarixli, **** nömrəli rəydən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu fiziki şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlunun səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmanqulu oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-103)-1457/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1457/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver