Məhkəmə qərarları › İş №3(5-103)-1474/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1474/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1474/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X3 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, məhkum olunmamış, Daşkəsən rayonu, Bayan Ə/D, Bayan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsi nömrəsiz evdə kirayədə yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 mart 2026-cı il tarixdə saat 22:50-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və DİN-nin 102 xidmətinə zəng edərək Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 02 mart 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətində olduğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X7 izahatında göstərdi ki, 02 mart 2026-cı il tarixdə X6 DİN-nin 102 xidmətinə zəng edərək Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Əsgərov X1 rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və orada onun sərxoş olması müəyyən olunmuşdur. Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsində olan zaman Şəxs növbətçi hissənin iş rejimini təxminən 15-20 dəqiqə pozmuş, daha sonra DİN-nin 102 xidmətinə zəng edərək Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Həmçinin əməliyyat qrupu onun olduğu kafeyə gedərkən onlara qarşı da nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra Şəxs nizamintizama dəvət olunsa da həmin şəxs polis əməkdaşlarına heç bir əhəmiyyət verməyərək onlara əl-qol ataraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, inzibati binada xuliqanlıq edərək əlindəki alışqanla köynəyini yandırmaq istəmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə edərək məhkəmədən Şəxs etdiyə əməllərə görə cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X2 mənzilində kirayədə qalır. Ev sahibi Çingiz Tağıyev onun saatını, gümüş bilərziyini, ayaqqabısını və s. mallarını evdən oğurlamışdır. Oğurluq ilə bağlı video-görüntü onda vardır. xx.xx.2026-cı il tarixdə polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. Şöbəyə getməmişdən əvvəl bir bakal pivə içmişdir. Polis əməkdaşları ona X4 döydüyü üçün şöbəyə dəvət olunduğunu bildirmişlər. O, bildirmişdir ki, X4 döyməmişdir. Oğurluq ilə bağlı video-görüntünü polis əməkdaşlarına təqdim etsə də, polis əməkdaşları həmin videoya baxmamışlar. Onu 31-ci polis şöbəsinə gətirərək qandallamış və MSY-nə salaraq orada döymüşlər. Barəsində protokol tərtib olunmuş və protokolla tanış olmağa imkan verməyərək həmin protokolu imzalatmışlar. Şöbənin həyətinə çıxan zaman polis əməkdaşlarının onu döyməsi ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Özünü yandırmaq istəmiş lakin, polis əməkdaşları buna imkan verməmişlər. Bildirmişdir ki, X4 döyməmiş, polis əməkdaşlarını söyməmiş, arendaya taksi sürərək uşaqlarına baxır. Hazırda bədəni üzərində xəsarətlərin olmasını və qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin növbətçi köməkçisi X8 izahatında göstərdi ki, 02 mart 2026-cı il tarixdə X6 DİN-nin 102 xidmətinə zəng edərək Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Dərhal hadisə yerinə əməliyyat qrupu göndərilmiş və Əsgərov X1 RPİ-nin 31ci Polis Şöbəsinə gətirilmişdir. Şöbədə Şəxs sərxoş olması müəyyən olunmuşdur. Şəxs şöbədə olan zaman növbətçi hissənin iş rejimini təxminən 15-20 dəqiqə pozmuş, daha sonra DİN-nin 102 xidmətinə zəng edərək Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Şöbədə olan zaman Şəxs özünü pis hiss etdiyini bildirdiyi üçün onu şöbənin həyətinə hava alması üçün və siqaret çəkməsi üçün buraxmışlar. Bu zaman Şəxs DİN-nin 102 xidmətinə zəng edərək Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş və buna görə də onu MSY-nə aparmışlar. Sonra Şəxs maykasını əynindən çıxardaraq maykasını və MSY-ni yandırmaq istəmişdir. Həmin şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, əksinə həmin şəxs özünü müxtəlif yerlərə vuraraq xəsarət almağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X5 izahatında göstərdi ki, 02 mart 2026-cı il tarixdə saat 18 radələrində X6 DİN-nin 102 xidmətinə zəng edərək Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Dərhal hadisə yerinə gedərək Şəxs Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinə gətirmək istəmişlər. Həmin şəxs onlara tabe olmamış, nalayiq ifadələr işlətmiş, daha sonra onu 31-ci polis şöbəsinə gətirmişlər. Orada onun sərxoş olması müəyyən olunmuşdur. Əsgərov X1 RPİ-nin 31-ci Polis Şöbəsində olan zaman növbətçi hissənin iş rejimini təxminən 15-20 dəqiqə pozmuş, daha sonra DİN-nin 102 xidmətinə zəng edərək Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Şəxs özünü pis hiss etdiyini bildirdiyi üçün hava alması və siqaret çəkməsi üçün onu şöbənin həyətinə buraxmışlar. Bu zaman Şəxs DİN-nin 102 xidmətinə zəng edərək Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və buna görə də onu MSY-nə aparmışlar. Sonra Şəxs maykasını əynindən çıxardaraq maykasını və MSY-ni yandırmaq istəmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur, lakin İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri var. Belə ki, İXM-nin 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə –beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki əməldə isə Şəxs tərəfindən hər hansı internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirilməklə əxlaqsız ifadələr səsləndirilməmiş, təhqirlər edilməmişdir. O, barəsində olan şikayətlə əlaqədar 31-ci polis şöbəsinə getməkdən imtina etməklə polisin qanuni tələbinə qəsdən tabe olmamış, daha sonra 31-ci polis şöbəsinin inzibati binasında iş fəaliyyətini pozmuş, polis əməkdaşlarına nalayiq ifadələr səsləndirmiş, qeyd olunan əməlləri sərxoş vəziyyətdə törətmişdir. Ona görə də məhkəmə şəxsin barəsində yalnız İXM-nin 535.1-ci maddəsi üzrə işə baxılmasını düzgün hesab edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Şəxs həmin tarixdə DİN-nin 102 xidmətinə zəng edərək Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli raportdan görünür ki, 02 mart 2026-cı il tarixdə X6 DİN-nin 102 xidmətinə zəng edərək Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Əsgərov X1 RPİ-nin 31-ci Polis Şöbəsinə gətirilmiş və orada onun sərxoş olması müəyyən olunmuşdur. Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsində olan zaman Şəxs növbətçi hissənin iş rejimini təxminən 15-20 dəqiqə pozmuş, daha sonra DİN-nin 102 xidmətinə zəng edərək Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Sonra Şəxs nizam-intizama dəvət olunsa da həmin şəxs heç bir əhəmiyyət verməyərək polis əməkdaşlarına əl-qol ataraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, inzibati binada xuliqanlıq edərək polis şöbəsini yandırmaq istəmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli aktlardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə sərxoş vəziyyətdə Suraxanı RPİ-nin 31-ci PŞ-də növbətçi hissənin iş rejimini 15- 20 dəqiqə pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, şahidlərin izahatları, inzibati xəta haqqında protokol, raport, akt və iş materialında olan digər sənədlər mötəbər sübut növü qismində qiymətləndirilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə icraata xitam verilməli, İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən olunmuşdur. Şəxs İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb Şəxs ilə əlaqədar olan sübutları nəzərdən keçirib bu nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə əməlində inzibati xəta tərkibi olmadığından həmin hissədə inzibati məsuliyyətdən azad olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan № 1/2372 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 02 mart 2026-cı il tarixdən, saat 22:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 02 mart 2026cı il tarixdən, saat 22:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-31, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından həmin maddə üzrə inzibati məsuliyyətdən azad edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 02 mart 2026cı il tarixdən, saat 22:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs döyülməsi ilə bağlı verdiyi məlumat Suraxanı Rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar