Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-103)-1702/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızı, İnzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək EQ 33285237 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət (iddia ərizəsi) ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; İnzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi və iddia ərizəsi ilə müraciət edilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Bundan başqa, mübahisələndirilən qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Şikayətçi məhkəməyə müraciətində də, qərarın ona rəsmi qaydada verildiyi tarixi göstərməmiş, bu barədə sənəd əlavə etməmiş, şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılması ilə əlaqədar vəsatətlə məhkəməyə müraciət etməmiş, bu hal iş materialları ilə də müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərardan şikayətin vaxtında verilmədiyini, üzrlü səbəbdən buraxıldığı halda buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin olmadığını, bununla da, təqdim edilmiş materialların natamam olduğunu, işə baxılarkən tamamlamaq mümkün olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayətin onu tərtib etmiş şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və şikayətçiyə inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət (iddia ərizəsi) və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Şikayət vermiş şəxsə qeyd edilən natamamlıq aradan qaldırıldıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya aidiyyəti məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan apelyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(5-103)-1702/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(5-103)-1702/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver