Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1714/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 iştirakları ilə, 13 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş 10 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə Məmmədov X5 rayonu, Əmircan qəsəbəsi, 87 saylı məktəbin qarşısında Al marketdə satıcı işləyən X1 100 manat pulunu ələ keçirərək oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, X3 xx.xx.2026-cı il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə işlədiyi «Al» maketin iş fəaliyyəti zamanı bir nəfər müştəri qismində ona yaxınlaşaraq 100 manat pulu xırdalamaq üçün ona vermişdir. Lakin yadından çıxaraq həmin şəxsin verdiyi 100 manat əksinasla birlikdə iki ədəd 50 manatlıq əksinası həmin müştəriyə bilmədən vermiş, sonuncu isə həmin pulu dələduzluq yolu ilə ələ keçirərək oradan uzaqlaşmışdır. Həmin şəxs özü Suraxanı RPİ-nin PPX xidmətinin əməkdaşlarına yaxınlaşaraq etdiyi əməli könüllü olaraq etiraf etmiş və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinə getmişdir. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Bu əməlinə görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Şəxs törətdiyi inzibati xəta ilə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmiş və barışıq əldə etməmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan maddə üzrə özünü tam təqsirli bilərək izahatında bildirmişdir ki, əməlini etiraf edir, satıcının onun pulunu xırdalayan zaman əlavə 100 manat qaytardığını bilmiş, lakin bacısı xəstə olduğu üçün dərman almağa pula ehtiyacı olmuş və buna görə də hadisə yerindən pulu götürdükdən sonra uzaqlaşmışdır. Bildirmişdir ki, atası İİ qrup əlildir, anası xəstəxanada doğum evində, özü isə günəmuzd fəhlə işləyir. Fəhlə işləyərək ailəsini dolandırır və xəstə bacısının iki azyaşlı övladına baxır. Bacısının əri hazırda həbsdədir. Bildirmişdir ki, ziyanı hissə-hissə ödəmək imkanı vardır. Sonda Şəxs məhkəmədən daimi yaşayış yeri olmasını, günəmuzd fəhlə işləyərək ailəsini dolandırmasını, əməlindən peşman olmasını və könüllü olaraq özünün polisə təslim olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan ərizədən görünür ki, X3 xx.xx.2026-cı il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə işlədiyi «Al» maketin iş fəaliyyəti zamanı bir nəfər müştəri qismində ona yaxınlaşaraq 100 manat pulu xırdalamaq üçün ona vermiş, lakin yadından çıxaraq həmin şəxsin verdiyi 100 manat əksinasla birlikdə iki ədəd 50 manatlıq əksinası həmin müştəriyə bilmədən vermiş, müştəri isə həmin pulu dələduzluq yolu ilə ələ keçirərək oradan uzaqlaşmışdır. Həmin şəxsin müəyyən olunub məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan raportdan görünür ki, vətəndaş zəng edərək satıcı işlədiyi mağazaya müştəri qismində yaxınlaşan şəxsin tütün məmulatı almaq üçün 100 manat təqdim etməsi, vətəndaş qalıq qaytara bilməyəcəyini dedikdə daha sonra həmin şəxsin satıcıya 100 manatı 2 ədəd 50 manat etməsini deməsi, pulu uzatması daha sonra geri çəkməsi nəticəsində 100 manatı aldığını zənn etməsi həmin şəxsə 2 ədəd 50 manat vəsait verməsini, bundan sonra dərhal səhv etdiyini anlaması ancaq şəxsin çıxıb getdiyini bildirmişdir. İş materiallarında olan X1 izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə işlədiyi «Al» maketin iş fəaliyyəti zamanı bir nəfər müştəri qismində ona yaxınlaşaraq 100 manat pulu xırdalamaq ücün vermişdir. Lakin yadından çıxaraq həmin şəxsin verdiyi 100 manat əksinasla birlikdə iki 50 manatlıq əksinası həmin müştəriyə bilmədən vermiş, sonuncu isə həmin pulu dələduzluq yolu ilə ələ keçirərək oradan uzaqlaşmışdır. İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri İXM-nin 227-ci maddəsi ilə olan işlərə baxmaq səlahiyyətinə malikdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şəxs təqsiri özünün tam etirafı, zərərçəkmiş şəxsin iş materialında olan izahatı, protokol tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və iş materialında olan digər sənədlərlə kifayət qədər sübuta yetirildiyinə görə o, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-nin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İXM-nin 28.4-cü maddəsinə əsasən ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: İXM-nin 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, əlilliyi olan uşaqlara; İXM-nin 28.4.2-ci maddəsinə əsasən hamilə qadınlara; İXM-nin 28.4.3-cü maddəsinə əsasən himayəsində üç yaşınadək uşağı olan qadınlara; İXM-nin 28.4.4-cü maddəsinə əsasən üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə; İXM-nin 28.4.5-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadın və kişilərə; İXM-nin 28.4.6-cı maddəsinə əsasən hərbi qulluqçulara. İXM-nin 28.4-cü maddəsində qeyd olunan istisna hallar Şəxs aid edilmir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və İXM-nin 32.2-ci maddəsinə əsasən könüllü olaraq inzibati xəta törətməsi barədə polis orqanına məlumat verməsi onun məsuliyyətini yüngülləşdirən hallar hesab olunur. Məhkəmə tərəfindən İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Lakin hazırki iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmədiyindən və barışıq olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi mümkün deyil. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslə barışığın olmamasını, dəymiş ziyanın ödənilməməsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını, ilk dəfə bu cür inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156-1.1-ci maddəsinə görə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Bununla əlaqədar Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 28, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(5-103)-1714/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1714/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver