Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1791/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X1 iştirakları ilə, xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında müvəqqəti yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının icrası ilə bağlı 11 mart 2026-cı il tarixdə məcburi icra tədbirləri zamanı Şəxs qeyri-qanuni hərəkətlər etmiş, polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 11 mart 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X2 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə polis əməkdaşları məcburi icra tədbirləri zamanı baş verə biləcək neqativ hadisələrin qarşısının alınması məqsədi ilə ünvan 4 ünvanında qeyri-yaşayış binasının qarşısında xidmət aparmağa başlamışlar. Polis əməkdaşları Şəxs yaxınlaşmış, ona hüquq və vəzifələrini izah etmişlər. Buna baxmayaraq Lalə xanım xidməti vəzifələrini icra edən polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs xəbərdarlıq olunmasına baxmayaraq o, əməllərini davam etdirməyə başlamışdır. Sonra Şəxs polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilmiş və barəsində protokol tərtib olunmuşdur. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərk izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə polis əməkdaşları yaşadığı ünvan 4 ünvanına gəlmişlər. Polis əməkdaşları ona yaxınlaşmış, hüquq və vəzifələrini izah etmişlər. Polis əməkdaşları Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin icra olunması üçün ona yaşadığı ünvandan çıxmasını bildirmişlər. O, polis əməkdaşlarına məcburi köçkün olduğunu bildirərək rəsmi sənəd tələb etmiş, həmçinin çıxdıqdan sonra hansı ünvanda yaşayacağını soruşmuşdur. Ona polis əməkdaşları tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq o, yaşadığı evdən çıxmamışdır. Buna görə də polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirmiş və barəsində protokol tərtib olunmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli məktublardan görünür ki, Suraxanı rayon İcra Şöbəsi tərəfindən adiyyəti qurumlara və tərəflərə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-106/2021 saylı icra sənədinin xx.xx.2026-cı il tarixdə saat 10:00-da icra olunacağı ilə bağlı məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 11:00-dan etibarən 5652 saylı avtopatrul ilə məcburi icra tədbirləri zamanı baş verə biləcək neqativ hadisələrin qarşısının alınması məqsədi ilə ünvan 4 ünvanında qeyriyaşayış binasının qarşısında xidmət aparmağa başlamışlar. İcra nümayəndəsi onları qeyd olunan ünvana dəvət etmişlər. Polis əməkdaşları Şəxs yaxınlaşmış, ona hüquq və vəzifələrini izah etmişlər. Buna baxmayaraq xanım polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs xəbərdarlıq olunmasına baxmayaraq o, əməllərini davam etdirməyə başlamışdır. Sonra Şəxs polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nə təhvil verilmişdir. İş materiallarında olan polis əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra sənədində qeyd olunan ünvan 6 ünvanında olmuşlar. Ünvanda olarkən borclu Şəxs dövlət adından çıxarılan qərarın icrasına mane olmuşdur. Polis əməkdaşlarını təhqir etmiş və müqavimət göstərmişdir. İcra məmurlarının və polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmiş, bununla bağlı akt tərtib olunmuş və qeyd olunan akt imzalarla təsdiq olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Hazırki iş üzrə Şəxs tərəfindən törədilmiş inzibati xətalar müxtəlif vaxtlarda törədilsə də həmin işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan hər iki protokola bir icraatda baxılması məqsədəuyğundur. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə protokol tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş, akt, raport və digər sənədlərlə Şəxs qeyd olunan inzibati xətaları törətməsi kifayət qədər sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs yaşının 60-dan çox olması və orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olması məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Müəyyən olunmuşdur ki, Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir və yaşı 60-dan çoxdur. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə Şəxs ilk dəfə bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını, yaşının 60-dan çox olması, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh növü əvəzinə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini daha məqsədəuyğun hesab edir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Polis haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanuna əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Həmin Qanunun 8-ci maddəsinə əsasən Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Məhkəmə işin hallarını və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etmək olmaz. Belə ki, onun yaşı 60-dan çoxdur və orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir. Qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1ci maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halların olması və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun barəsində cərimə növündə inzibati tənbeh təbiq edilməsi daha ədalətli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(5-103)-1791/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1791/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver