Məhkəmə qərarları › İş №3(5-103)-184/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-184/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-184/2026 22.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə rəisi, X1, Şəxs – xx.xx.1985-cı ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 qeydiyyatda olub və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı RPİ-nin 31-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla müəyyən edilir ki, Bakı şəhəri, Əmican qəsəbəsi, Zeynal Zeynalov küçəsi, döncə 5, ev 6c ünvnanıda qeydiyyatda olan və yaşayan xx.xx.1985-ci il təvəllüdlü Şəxs “Facebook” sosial şəbəkəsində dövlət əleyhinə çıxışları edərək, rəhbər şəxslərini təhqir etmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Azər İsmayılov tərəfindən tərtib edilmiş raporta əsasən 22.01 2025-ci il tarixdə saat təxminən 15:00-da radələrində Bakı şəhəri, Əmican qəsəbəsi, Zeynal Zeynalov küçəsi, döncə 5, ev 6c ünvnanında qeydiyyatda olan və yaşayan xx.xx.1985-ci il təvəllüdlü Şəxs “Facebook” sosial şəbəkəsində dövlət əleyhinə çıxışları edərək, rəhbər şəxslərini təhqir etdiyi üçün 31-ci PŞ-nə dəvət edilmişdir. Protokol tərtib edilərkən, Şəxs verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanıda yaşayır. 31-ci Polis Bölməsinə “Facebook” sosial şəbəkəsində rəy olaraq yazdığı fikirlərə görə çağırılmış, rəis müavini ona sosial şəbəkədə yazdığı rəyi göstərmiş, haqqında şikayətin olduğunu bildirmiş, şikayəti kim tərəfindən verildiyi bildirmədi. Sosial şəbəkədə yazdığı rəyi Mehriban Əliyeva haqqında idi. Verilən suallara cavab olaraq bildirmişdir ki, vəzifədən və kimliyindən asılı olmayaraq hər kəs ondan qazandığı nitqi və yazını alır. Haqq və düzlərini çatdırılmaqla, kimsə işinə qarışa bilməz. Şəxsin sosial şəbəkəsində öz şəxsi fikir və söz azadlığı hüququ var. Necə ki, o kimsənin sosial şəbəkəsində paylaşımlarına və düşüncələrinə qarışmır, kimsə də onun şəxsi fikirlərinə qarışmasın. Məhkəmə iclasında iştirak edən Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə rəisi, X2 izahat verərək bildirdi ki, 22 yanvar 2026-cı ildə polisə daxil olan məlumata əsasən, xanımın “Facebook” sosial şəbəkəsində rəhbər heyəti qadına yaraşmayan nalayiq ifadələrlə təhqir etməsi və bunu yaymasıdır. Bununla bağlı Şəxs yaxınlaşdılar ki, ondan şikayət var. Şəxs da özü dördə işləmiş yaxınlaşdı. Adlar çəkdi ki, bunlardandır şikayət, dedi ki, “yaxınlaşarsınız, rəhbərliklə görüşərsiniz”. Rəhbərlik də öz otağında qəbul etdi. Polis Bölməsinə dəvət etmişlər, şəxs özü gəlib. Bildirib ki, uşaq gəlir, “yemək bişirib, gələcəm”. Özü gəldi, rəis müavini onu qəbul elədi. Soruşuldu ki, “niyə yazmısan?”, cavab olaraq demişdir ki, “yaxşı edirəm”. Ona paylaşımı silməsini, atasının xalq rəssamı olduğunu, özünün tanınmış ailədən olduğu deyilsə də, “silmirəm, yaxşı edirəm” demişdir. Buna görə də barəsində 388-1.1-ci maddəsi ilə protokol tərtib edilib. Burada etdiyi hərəkətləri rəisin otağında da etmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 388-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, 14 yaşında bir oğlu var, tək anadır, övladını tək böyüdür, aliment illərlə verilmir, atası qaçıb gedib, ölkəyə giriş-çıxış qadağası var. Naxçıvanda axtarışdadır, 12000 manatdan çox borcu yığılıb, ancaq “siz düşmüşünüz bir rəyin üstünə”. Bəli, fikir azadlığı var, rəssamdır, sənədşünas-ekspert, yaradıcı insandır. Öz şəxsi fikridir, kimisə sevmək məcburiyyətində deyildir. Kiçik hərflərlə yazmış, bəlkə o onu şəxsiyyət hesab etmir. O, heç bir şəxsiyyəti təhqir etməmiş, onun təhqir etdikləri deməli onun üçün vəzifəsindən, kimliyindən asılı olmayaraq şəxsiyyət deyil. Rəy ona məxsusdur. Onların etdiyinə az cavabdır, “sizin evinizə kamera qoyub, intim videonuzu çəksə, xoşunuza gələr”. Haqsızlığa göz yummur. Bəlkə, Mehmanın vəkili kimi buradadır. Mehmanı şəxsən tanımır. Sosial şəbəkədən tanıyır. Yazdıqlarından peşman deyildir, fikrini bildirmişdir. Qanunsuz proses gedir, ona bildiriş gəlməyib, polis maşınla gətirib. Evində kamera var, onu məcbur gətiriblər. Məhkəmə inzibati xəta haqqında materialı, proses iştirakçılarının izahatlarını və iş materiallarına əlavə edilmiş “Facebook” sosial şəbəkəsində yerləşdiyi şərhin çıxarışı nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə, Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağın olması yüngülləşdirən hal olaraq müəyyən edir, iş üzrə məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (ay) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar