Məhkəmə qərarları › İş №3(5-103)-1847/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1847/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1847/2026 12.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X16 və zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx xxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, ev ustası işləyən, məhkum olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 noyabr 2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı ünvanda qeyri-rəsmi yaşadığı X7 döyərək dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 15 dekabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 30-cu polis şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də Şəxs barəsində 12 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X18 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X1 Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə ərizə ilə müraciət edib, həmin tarixdə qeyri-rəsmi münasibətdə olduğu Şəxs Fizuli oğlu tərəfindən döyülməsi barədə müraciət etmişdir. X3 Süleyman Fizuli oğlunun onu döyməsi ilə bağlı 1 gündə 2-3 dəfə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxsin burnunun dünən baş vermiş hadisə zamanı sınması ilə bağlı şöbədə Şəxs barəsində əlavə araşdırma aparılır. Tərəflərin aralarında olan mübahisələrlə bağlı bir neçə dəfə barışıq olmuşdur. Qeyd olunan xüsusat vətəndaş X5 ərizə və izahatı, həmçinin iş materialına əlavə edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 870 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 15 dekabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti icra edilməsi üçün ona həvalə edilmişdir. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında 12 mart 2026-cı il tarixdə protokol tərtib edilmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, X10 ilə qeyri-rəsmi bir yerdə yaşayır və 1 övladları var, lakin Əfsan ondan əvvəl başqa şəxslə rəsmi nikahda olmuş və həmin evlilikdə 3 övladı vardır. O, Əfsanə və övladları ilə birlikdə ona məxsus evdə yaşayırlar. X10 istəyir ki, o evdə otursun dostları ilə görüşüb danışmasın. Aralarında dəfələrlə mübahisə buna görə olmuş və bir neçə dəfə dözə bilməyib zərərçəkmiş şəxsi əlləri ilə vuraraq döymüşdür. Zərərçəkmiş şəxs söyüş söydüyü üçün onu hər dəfə döymüşdür. Dünənki gün yemək yediyi zaman zərərçəkmiş şəxs yemək yediyi qabı qabağından götürdüyü üçün əsəbləşərək yumruqla zərərçəkmiş şəxsin üz nahiyyəsindən vurmuşdur. 24 noyabr 2025-ci il tarixli hadisəni də özü törətmişdir. Həmin vaxt evdə özləri və uşaqları olmuş, başqa şəxs olmamış, mübahisələrinə qonşular gəlməmişdir. Bildirmişdir ki, zərərçəkmiş şəxslə bir yerdə yaşamaq istəmir və onun evdən getməsini istəyir. Sonda Şəxs zərərçəkmiş şəxsin evdən çıxıb getmədiyinə görə ona qarşı qəzəbli olduğunu, buna görə də vurduğuna görə peşman olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirdi ki, X13 ilə hazırda qeyri-rəsmi bir evdə yəni sonuncunun evində yaşayırlar. Həmin evlilikdən 1 övladları var. Daha öncəki evliliyindən 3 övladı var onlarla birlikdə yaşayır. Əvvəllər aralarındakı münasibət yaxşı olmuş, lakin son 3-4 aydır ki, davamlı mübahisələri olmuşdur. Mübahisəyə səbəb Süleymanın indiki ətrafının (dostlarının) pis olmasıdır. Hadisə günü yəni 24 noyabr 2025-ci il tarixdə Süleyman gecə yarısı dostunun xəstə olmasını bildirərək onun yanına gedəcəyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və mübahisə zamanı Süleyman onun qızını təhqir etmişdir. Süleyman dostu Samir adlı şəxsə qoşularaq narkotik istifadə etdiyi üçün Süleymanı dostundan uzaqlaşdırmaq istəmişdir. Süleyman onu dünənki gün yumruqla vurub burnunu sındırmış və bununla bağlı barəsində şöbədə əlavə araşdırma aparılır. Bundan əvvəl də Süleyman onun burnunu bir dəfə vuraraq sındırmışdır. Həmin hadisə ilə bağlı polisə şikayət etsə də sonradan heç bir xəbər çıxmamışdır. Şəxs etdiyi hərəkətlərdən bezdiyini, barışmaq fikrinin olmadığını və onun həbs olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında yaşayan vətəndaş X5 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə, m-pay vasitəsi ilə kredit götürmək istəməsini, bu səbəblə 150 (bir yüz əlli) manat pul köçürməsi, lakin aldadılması barədə daxil olan müraciəti Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin «cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabında» HK-1/3511 sayda raportla qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında yaşayan vətəndaş X1 Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə ərizə ilə müraciət edib, həmin tarixdə qeyri-rəsmi münasibətdə olduğu Şəxs Fizuli oğlu tərəfindən döyülməsi barədə qeyd etmişdir. Təhqiqat araşdırması zamanı ünvan 4 ünvanında yaşayan vətəndaş X10 izahatında, X13 ilə 2018-ci il tarixdən qeyrirəsmi münasibətdə bir evdə yaşamalarını, bu münasibətdən bir övladlarının olmasını, Süleymanın ailəsinə baxmamasını, həmin tarixdə yaşadıqları evdə olarkən Süleymanla aralarında yaranmış mübahisə zamanı Süleymanın onu döyərək bədən xəsarəti yetirməsini qeyd etmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X5 qeyri-rəsmi münasibətdə X13 ilə aralarında yaranmış ailə məişət zəmnində mübahisə zamanı, sonuncunun onu döyərək qəsdən fiziki ağrı yetirməklə “sağ qulaqarxası nahiyənin və sağ qulaq sırğalığının, sağ çənə şaxəsinin yumuşaq toxumasını qançırları” xəsarəti və həmin xəsarətin bərk küt əşyanın təsirindən törənməsi, alınma müddətinin xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərək “sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün, “dərəcəsi təyin edilməyən” bədən xəsarəti yetirmişdir. Bu xüsusat məhkəmə-tibbi ekspertizasının Suraxanı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli “870” saylı müvafiq ekspert rəyində, vətəndaş X5 ərizə və izahatında öz təsdiqini tapmışdır. Göründüyü kimi, konkret halda X8 əməlində cinayət tərkibi yaranmasa da onun əməli Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş «döymə və ya fiziki ağrı yetirmə» növündə inzibati xəta kimi qiymətləndirilməlidir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 870 saylı rəyində göstərilmişdir ki, vətəndaş X6 ilkin olaraq sağ qulaqarxası nahiyənin və sağ qulaq sırğalığının, sağ çənə şaxəsinin yumşaq toxumasının qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamış, əksinə zərərçəkmiş şəxs X2 Kasiyevdən şikayətçi olmasını və onun həbs olunması məhkəmədən xahiş etmişdir. Həmçinin hadisənin baş verdiyi gündən hazırki günədək Şəxs tərəfindən barışığa cəhd olunmayaraq davamlı mübahisələr olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatları, məhkəmə tibbi ekspertizasının rəyi, inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş digər sənədlərlə Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 12 mart 2026-cı il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 12 mart 2026-cı il tarixdən, saat 02:00-dan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Çünki şəxs dəfələrlə zərərçəkmiş şəxs X7 döymüş, ona xəsarətlər yetirmiş və hazırda zərərçəkmiş şəxs X9 yetirdiyi xəsarətlə bağlı barəsində polis şöbəsində ayrıca araşdırma gedir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati hüquqpozma törətdikdən sonra qanunvericiliyin humanist yanaşmasından istifadə etməyərək barışığa cəhd etməmiş, əməlindən peşiman olmamışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması, Şəxs inzibati cərimə olunması gələcəkdə növbəti münaqişələrin baş verməsinə şərait yaradacaq, zərərçəkmiş şəxs bir evdə yaşadıqlarından ona qarşı qanunsuz hərəkətlərin davam edəcəyindən və bunun gələcəkdə daha ağır nəticələrə səbəb olacağından narahatdır. Ona görə də Şəxs azadlıqda olması zərərçəkmiş şəxs üçün hazırki vəziyyətdə təhlükəlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 12 mart 2026-cı il tarixdən, saat 02:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar