Məhkəmə qərarları › İş №3(5-103)-19/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-19/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-19/2026 07.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X1 iştirakları ilə, Şəxs – xx.xx.1986-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkumluğu olmuş, Cəlilabad rayonu, Cəlilabad şəhəri, X8 küçəsi, ev 109 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən müayinədən keçirilərkən Mərkəzin 56 saylı ekspert rəyinə əsasən narkotik vasitə istifadəçisi olduğu müəyyən olunmuşdur. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində İXM-nin 206-cı maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilmiş və Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X4 məhkəmədə protokola uyğun izahat verərək bildirdi ki, əməkdaşlar ərazidə xidmətdə olan vaxt bu şəxsi qaynı ilə birlikdə “Ford Fusion” markalı maşında görmüşlər, şübhəli şəxs kimi onlara yaxınlaşmaq istəmişlər. Bu şəxsin qaynı özünün idarə etdiyi maşınla polis əməkdaşlarının maşınına 2-3 dəfə vurmuş sonra da uzaqlaşmışdır. Bu şəxsi də orada saxlayıblar, Polis bölməsinə gətirdikdən sonra müayinədən keçirilmişdir və onun da narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Hazırda digər şəxs axtarışdadır, şəxsiyyəti müəyyən edilib, saxlanılacaq. Əgər bu şəxs azadlığa buraxılarsa, digər şəxsin saxlanılması üçün aparılmış əməliyyatlar hədər olacaq. Digər şəxsin maşınında narkotik olmasından şübhələnir, çünki o, polis maşınını görən kimi qaçmış, dövlətin maşınını da vuraraq xəsarət yetirmişdir. Hazırda dövlət maşını vurulduğu üçün rəhbərlik qarşısında cavab verməlidirlər. Şəxsin daha əvvəl məhkumluğunun olmasını da nəzərə alaraq barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında bildirdi ki, daha əvvəl narkotik vasitəyə görə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmışdır. O, həbsdən çıxdıqdan sonra 3-4 dəfə narkotik qəbul edib, azyaşlı övladlarının olmasını nəzərə alaraq bağışlanmasını xahiş etdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 07 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün qərarın surəti Suraxanı RPİ-nin 32-ci PŞ-nin aidiyyatı əməkdaşına verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndəriməsi, qərarın surəti maraqlı tərəfə göndərilməsi və qərarla razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilməsi, material saxlanılması üçün Suraxanı RPİ-nin 32-ci PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5 - X3 xx.xx.2026-cı il tarixli 56 nömrəli ekspert rəyinə əsasən vətəndaş Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər RNM-da (F11x2) dianozu ilə dispanser qeydiyyatadır. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan AZA seriyalı 001244 saylı, 06 yanvar 2026-cı il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs xx.xx.2026-cı il tarixdən, saat 22:00dan tutulmuşdur. İş materiallarında olan narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 30 nömrəli, xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Şəxs narkotik maddələrin istifadə etməsi faktı müəyyən olunmuşdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 ay 10 gün, yəni 40 (qırx) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən, saat 22:00-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar