Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-306/2026 05.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Lerik rayonu, Cəngəmiran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Lerik rayonu, Cəngəmiran ərazi dairəsi, Cəngəmiran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:15 radələrində Şəxs idarə etdiyi Mersedes Benz C200 CDİ minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə hərəkətdə olub, sonrada hərəkət istiqamətinin sol hissəsi ilə köməkçi yol ilə yoluna davam etmək istəyən zaman avtomobilin sol xəbərdar edici işıq siqanlını yandıraraq avtomobili sola doğru idarə etdikdə arxadan əks hərəkət zolağı ilə ötmə əməliyyatı edən X1 hərəkəti üçün təhlükə yaratmış, Elvin Abbasov idarə etdiyi Yamaha FZS 150 markalı, 99-H- 194 dövlət qeydiyyat nişanlı motosiklet ilə Şəxs idarə etdiyi Mersedes Benz markalı avtomobilin sol arxa hissəsinə çırpılmış, qəza zamanı Elvin Abbasov motosikletdən yıxılaraq İİ, İİİ barmaqları nahiyyəsində ilkin çapıq toxumaları kəsilmiş yara yerləri, sağ baldır nahiyəsində qançır və üzərində sıyrıq, qeyd olmuş xəsarətlərdən kəsilmiş yaralar kəsici kənarlı əşyanın (əşyaların) olabilsin avtomobilin işıq şüşələrinin, digər xəsarətlər isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni sürücü qismində idarə etdiyi motosikletlə hərəkətdə olarkən minik markalı avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərlər və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri alması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, hadisə, onun öz zolağında hərəkət etdiyi zaman təxminən 50 metr qalmış dönmə işığı yandırmışdır. Yan güzgüyə baxıb dönmə əməliyyatını edən zaman motosiklet əks istiqamətdən ötmə əməliyyatını edən zaman onu vurmuşdur. Motosiklet idarə edən şəxs xəsarət almışdır. O, maşını saxlayıb düşərək həmin şəxsə kömək edib və 103, 102 zəng-mərkəzinə məlumat vermişdir. Motosikleti idarə edən şəxs ondan şikayətçi deyil. Onun işi sürücülükdür və o məhkəmədən sürücülük hüququnu məhdudlaşdırılmamasını xahiş edir. Səlahiyyətli orqanın nümayəndəsinə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ciil tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan məlum olur ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunması üçün barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYPŞ- nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 876 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X1 bədənində aşağıdakı qrup xəsarətlər müəyyən edilmişdir: sağ əl, sağ əlin İİ-İİİ barmaqları nahiyələrində ilkin çapıq toxumaları kəsilmiş yara yerləri, sağ baldır nahiyəsində qançır və üzərində sıyrıq. Qeyd olunan xəsarətlərdən kəsilmiş yaralar kəsici kənarlı əşyanın (əşyaların), ola bilsin avtomobilin işıq şüşələrinin, digər xəsarətlər isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni sürücü qismində idarə etdiyi motosikletlə hərəkətdə olarkən minik markalı avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; X1 almış olduğu xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsi inandırıcı deyildir; sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, Şəxs avtomobil idarə edən zaman ayıq vəziyyətdə olmuşdur; X2 tərəfindən verilən xx.xx.2026-cı il tarixli iltizamdan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı 99CA501 nömrəli avtomobilin sürücüsü Şəxs məhkəmə prosesində icbari sığortadan ziyanı tam ödənərsə heç bir tələbi yoxdur; iş materiallarına avtomobil və mopedə dair fotomateriallar əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-103)-306/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-306/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver