Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-331/2026 27.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayonu 33-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 oğlunun iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Agcabədi rayonu, Yeni Qaradolaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləyən, orta təhsilli, Agcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB tərəfindən Şəxs barəsində 27 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 33-cü PB-nin polis sahə inspektoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgə əmlakını taladığına görə İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-ci PB-nin polis sahə rəisi X5 izahat verərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 18:31 radələrində ünvan 2 ünvanında X4 DİNin 102 xidmətinə və eləcə də ərizə ilə Suraxanı RPİ-in 33-cü PŞ-nə müraciət edərək aldadılıb 100 manat pulunun ələ keçirildiyini bildirmişdir. X4 izahat verərək bidirmişdir ki, xx.xx.2026-cı il tarixdə Suraxanı rayonu, Y.Günəşli qəsəbəsində yerləşən “AZ Petrol”” yanacaq doldurma məntəqəsində özünə məxsus ağ rəngli **-OC-*** dövlət qeydiyyat nişanlı “TESLA” markalı nəqliyyat vasitəsini şarj edərkən, bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq 100 manat nagd pul istəməsi və həmin məbləği sonradan onun kart hesabına göndərəcəyini bildirmiş və o, həmin məbləği vermiş və öz kart hesab nömrəsini bildirmişdir, həmin şəxs özünə məxsus mobil telefonundakı tətbiq vasitəsilə həmin məbləği onun kart hesabına göndərdiyiniə dair qəbzi ona göstərmişdir. Lakin təxminən 15-20 saniyə sonra o öz tətbiqinə baxdıqdan sonra ona heç bir ödəniş olunmadığını anlamış və dərhal həmin şəxsin getdiyi istiqamətə qaçaraq getmiş və həmin şəxsin ağ rəngli nömrəsini görmədiyi Çin istehsalı olan “BYD” markalı nəqliyyat vasitəsinə sürücü qismində əyləşərək oradan uzaqlaşdığını görmüşdür. Hadisə saat 18:20-18:30 radələrində baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında törətmiş olduğu əməlindən peşman olduğunu, əslində bu hadisə texniki səhv olduğunu baş verdiyini, pulun köçürülməməsi barədə onun xəbəri olmadığını, lakin hal-hazırda hadisənin baş verdiyindən peşman olduğunu, bunula bağlı zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödədiyini bildirərək, inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Bu barədə həm şifahi, həmçinin yazılı şəkildə bildirmişdir Odur ki, onun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Valeh Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası sahə inspektoruna həvalə edilmişdir. Bakı şəhəri Suraxanı Rayonu 33-cü Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:31 Suraxanı rayonu, Y.Günəşli qəsəbəsində yerləşən “AZ Petrol”” yanacaq doldurma məntəqəsində X1 xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgə əmlakını taladığına görə İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti müəyyən edilənədək edilənədək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə barəsində icraat işi açılmış və icraata qəbul edilmişdir; X4 tərəfindən təqdim edilmiş 27 yanvar 2026-cı il tarixli ərizəsindən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X3 dəymiş maddi zərər olan 100 manat ödənilmiş, X2 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(5-103)-331/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-331/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver