Məhkəmə qərarları › İş №3(5-103)-37/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-37/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-37/2026 09.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.2000-ci ildə Dəvəçi rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 yanvar 2026-cı il tarixli protokola əsasən Şəxs həmin tarixdə saat 07.30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X4 izahatında protokola uyğun izahat verərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, yük maşını sürür, avtomobili idarə edən zaman yol patrul xidmətinin gəldiyini görüb avtomobili saxlamışdır. Daha əvvəl isə onları görməmişdir. Yük maşınlarının hərəkəti üçün qadağan edilmiş vaxtdan cəmi 13 dəqiqə gecikərək magistralda olmuşdur. Həmçinin bildirdi ki, o, həmin vaxt marixuana istifadə etməmişdir. Ola bilsin ki, nə vaxtsa toyda, məclisdə istifadə etmişdir. O, hadisə vaxtı polis əməkdaşlarını görmüş və saxlamışdır. Ondan əvvəl isə nə onların saxla əmrini eşitməmiş, nə də ki, görməmişdir. O, təxminən 500 metr məsafədən polis əməkdaşlarını görmüş və saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən BBPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru, polis mayoru X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan tarixdə saat 07.30 radələrində H.Əliyev prospektində yük maşınlarının hərəkəti həmin vaxtda qadağan olunmasına baxmayaraq, bununla bağlı tələbi pozmuş, daha sonra bir neçə yol patrul xidməti əməkdaşlarının köməyi ilə saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səhər saat 07:00-dan sonra həmin avtomobili protokolda qeyd olunan yolda idarə etməsi və ya saxlaması həmin ərazidə xidmət edən bütün əməkdaşlarına cəzalandırılmasına səbəb ola bilərdi. Təqdim olunmuş videogörüntülərdən də aydın görünür ki, polis əməkdaşlarının dəfələrlə saxla əmrinə şəxs tabe olmamış və hərəkətinə davam etmişdir. İş materiallarında olan BBPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru, polis mayoru X3 və YPXİ-nin polis baş serjantı X1 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə ünvanlanmış 09 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə xidmətdə olan zaman H.Əliyev prospektində hərəkətdə olan Kamaz markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük masını qadağan olunmuş vaxtda saat 07:30-da hərəkət etdiyinə görə və yükdaşıma qaydalarını pozduğuna görə saxlanılma işarəsi verildi. Lakin sürücü verilən saxlanılma işarəsinə bilərəkdən tabe olmayıb nəqliyyat vasitəsini Ramana istiqamətində sürərək dəfələrlə verilən saxlanılma işarəsinə məhəl qoymayıb yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradaraq qarşı hərəkət zolağına çıxıb hərəkətini davam etdirmişdir. Bundan sonra ətraf ərazidə xidmət aparan digər ekipajların köməyi ilə həmin nəqliyyat vasitəsi saxlanıldı. Sürücü nəqliyyat vasitəsindən düşüb qaçmağa cəhd edərkən saxlanılaraq patrul maşınına əyləşdirildi. Bundan sonra sürücü narkotik vasitənin təsiri altında olduğu şübhəsi yarandığına görə tibbi müayinə mərkəzinə aparıldı və burada sürücü Şəxs narkotik vasitənin təsiri altında olduğu 1/33 nömrəli tibbi müayinə aktı ilə müəyyən olundu. Bundan sonra həmin sürücü 31-ci Polis Şöbəsinə gətirildi. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2026-cı il tarixli, 1/33 nömrəli aktdan görünür ki, Şəxs narkotik sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114-115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar