Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-39/2026 09.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1989-cu il tarixdə, Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki şəhəri, X4 küçəsi, ev 116 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində 09 yanvar 2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir (İXM 206). Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin polis sahə rəisi, polis kapitanı X2 bildirdi ki, Şəxs narkotik vasitədən istifadə etmiş, bu barədə müvafiq ekspert rəyi verilmişdir. Şəxs tərəfindən narkotik vasitədən istifadə etməsi faktı eyni zamanda onun özü tərəfindən də etiraf edilmişdir. Odur ki, məhkəmədən şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, işin halları inzibati xəta haqqında iş üzrə icraat materiallarında öz əksini tapmışdır. Demək olar ki, fasilələrlə, 10 gündə, 20 gündə və ya ayda bir dəfə metamfetamin istifadə etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmadığını, barəsində hazırki günədək inzibati tənbehin tətbiq olunmadığını və bir daha istifadə etməyəcəyinə məhkəmə iclasında söz verməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs İXM-in 206-cı mаddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı Amil Cəfərovun raportundan görünür ki, Suraxanı RPİ-nin 32-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Hüseyn Əmoyevin raportu Suraxanı RPİ-nin 32-ci PŞ-nə daxil olmuş və «Cinayətlər haqqında ərizələr və məlumatların uçotu» kitabında 23 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2026-cı il tarixdən icraata qəbul edilmişdir. Məlum olmuşdur ki. 07 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 32ci PŞ-nə daxil olmuş məlumat əsasında həyata keçirilmiş tədbirləri nəticəsində narkotik vasitələrin əldə olunmasında və daşınmasında şübhəli bilinən Şəxs Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, 2704 avto dəstə qarajının qarşısında həmin tarixdə saat 20:25 radələrində saxlanılmış və 20:40 radələrində Suraxanı RPİ-nin 32-ci PŞ-nə gəlirilmişdir. Araşdırma zamanı vətəndaş Şəxs məxsus ağ rəngli krsital şəkilli maddə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoşularaq qablaşdırılmışdır. PŞ-nin 106 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış zərf iştirakçılar və saxlanılan şəxs Şəxs tərəfindən imzalanaraq tərkibinin məhkəmə-kimyəvi ekspertizası vasitəsilə müəyyən edilməsi məqsədilə AR ƏN MHM-nə göndərilmişdir. Yoxlama materialına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 6/72 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş zəridə təmiz çəkisi 0.818 qram ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1-Nar koloji tibbi yoxlamanın xx.xx.2026-cı il tarixdə Suraxanı RPİ-nin 32-ci PŞ-nə daxil olmuş xx.xx.2026-cı il tarixli 114 nörməli rəyindən görünür ki. Şəxs «Psixostimulyatorların» istifadə halları olub, Aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Araşdırma zamanı təhqiqata təqdim edilmiş "Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2026-cı il tarixli 114 nömrəli rəyindən görünür ki, vətəndaş Şəxs sidiyindən MET( + ) aşkar edilmişdir. Faktla bağlı təhqiqat araşdırması aparılmış və material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 114 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. Belə olan halda məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmuşdur. Belə ki, həmin maddəyə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müəyyən edərkən onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun barəsində həbs əvəzinə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini daha məqsədəuyğun hesab edir. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı mаddəsi ilə təqsirli bilinib, bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №3(5-103)-39/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-39/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver