Məhkəmə qərarları › İş №3(5-103)-395/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-395/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-395/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X4 və nümayəndəsi X5, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X6, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, 21,09.2023-cü il tarixli icra sənədini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyev inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icraata daxil olduqdan sonra icraata başlamış, tərəflərə bu barədə qərar və bildiriş verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq icra sənədində göstərilən tələb təmin edilməmişdir. Hazırki mövcud vəziyyətdə X4 bank hesablarına həbs qoyulmuş, bundan başqa ünvan 4nin üzərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsi Sabunçu rayonun ərazisində olduğu üçün aidiyyatı üzrə oraya göndərilmiş, icra şöbəsinin əməkdaşları həmin torpağa baxış keçirdən zaman torpağda hündür mərtəbəli binanın tikildiyini görmüşlər, buna görə də realizə edə bilməmişlər. Həmin torpaqda hündür mərtəbəli bina olmasa idi, torpaq tələbə yönləndirilə bilərdi. Belə olduğu təqdirdə artıq borlunun qərəzli olduğu aydın olur və indiyə kimi də həmin şəxs tərəfindən borcun ödənilməsi üçün heç bir məbləğ ödənilməmişdir. Elektron sistem vasitəsilə də borclunun əmlaklarına dair sorğu verildikdə, məhz həmin torpaq üzərindəki bina aşkar etmək olmur. Həmin bina məlum məsələdir ki, başqa-başqa adamlara mənzil olaraq satılmışdır. Yəni hazırki vəziyyətdə borclu bir növ bu vəziyyətdən istifadə edir və qərəzli olaraq borcdan yayınır. Beləliklə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən o, hüquqi şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs nümayəndəsi X11 izahatında bildirdi ki, hazırki icra vərəqəsi üzrə heç bir qərəzli hərəkətlər mövcüd deyildir. Hazırda Kommersiya Məhkəməsi tərəfindən X4 ölkədən çıxışa məhdudiyyət qoyulmuşdur. Maliyyə təsərüffatları işlək vəziyyətində deyildir. Ona görə də borc ödənilə bilmir, həmin hal aradan qalxdığı zaman bütün borc ödəniləcəkdir. Eyni zamanda torpaq üzərinə qoyulmuş həbsə görə də onlar həmin sahə ilə bağlı heç bir qeydiyyat apara bilmirlər, məlum məsələdir ki, həbsdə olan ərazi daşınmaz əmlakda heç bir qeydiyyat aparıla bilməz. Həmin torpaq sahəsində olan tikili qətnamə qəbul edilməzdən əvvəl mövcud olmuşdur. Bundan başqa qiymətləndirilmə aparılarkən də heç ümumiyyətlə onlara xəbər verilməmiş, onların xəbəri olmadan həmin torpağa baxış keçirilmişdir. Mübahisə predmeti olan həmin bina artıq 6-7 ildir ki, vardır. Bu barədə məlumatı tələbkar da bilir, ümumiyyətlə tələbkarla borclunun uzun müddətdir ki, bir-birləri ilə münasibətləri vardır, buna görə də bu hal onlara da məlumdur. Son olaraq o, məhkəmədən inzibati xəta tərkibi kimi qeyd edilən qərəzli davranışın olmadığınıvə tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs direktoru X12 Şəxs nümayəndəsi X1 təsdiq etdiyini bildirdi. Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirdi ki, 220 min manatı, 70 min manatı və 2 minik avtomobilini o, özü Qocayev Rafiqə vermişdir. Ona görə bu pulu vermişdir ki, Şəxs ilə iş birliyi qursunlar və tikilən binada 25% hissə ona məxsus olsun. Bundan başqa, onun oğlu əsassız olaraq saxlanılmış, 2 aydan 5 ayadək həbsdə saxlanılması uzadılmışdır. Bununla bağlı aidyyatı qurumlara müraciət etmiş, heç kim bu işlə məşğul olmamışdır. Sonda o, verilmiş pulun qaytarılmasını tələb etdiyini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X13 bildirdi ki, qətnamə qəbul edilib, icra tədbirləri həyata keçirilməyə başlayıb, məlum olduğu kimi, bank hesablarına və əmlakına həbslər qoyulmuşdur. İcra məmuru müəyyən icra tədbirləri aparmış, qiymətləndirmə təyin etmiş, həmin qiymətləndirmə təyin edilən ərəfədə isə icra məmuru tərəfindən inzibati qaydada protokol tərtib edilərək baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmişdir.Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə işə xitam verilmiş, həmin iclasda indi də nümayəndə kimi çıxış edən X11 Şəxs adından izahat vermiş və izahatında Şəxs ev alqısatqısı ilə məşğul olmadığını, Şəxs mülkiyyətində 600-700 min manat olan daşınmaz əmlaka məhkəmə tərəfindən həbs qoyulduğunu bildirmişdir. Halbuki həmin əmlak mövcud deyildi, mövcud olmayan əmlaka dair izahat vermiş və bir növ məhkəməni yanıltmışdır. Bundan başqa icra məmuru həmin torpağı qiymətləndirməsi üçün mütəxəssis cəlb etmiş, baxış zamanı müəyyən edilmişdir ki, yaşayış yeri sökülmüş və yerində bina tikilmişdir. Bu məlumat əldə edildikdən sonra həmin şirkətin direktoruna icra məmuru tərəfindən məlumat verilmiş və xəbərdarlıq edilmişdir. Ümumiyyətlə 220000 manat məbləğində pulu Elşad ona görə vermişdir ki, onunla birlikdə təsisçi olacaq idi. Hazırki vəziyyətdə icra məmuru tərəfindən də mövcud əmlaka dair heç bir hərəkət edilə bilmir, çünki faktiki olaraq həmin torpaqda bina vardır. 3 ildir ki, həmin məbləğ tələb olunur, bununla bağlı da Elşadın anası çoxsaylı dövlət qurumlarına müraciət etmiş, hələ də müraciət etməkdədir. Hazırki protokolla bağlı da borclunun qərəzliliyi də məhz keçmiş məhkəmədə göstərilən izahatla, yəni mövcud olmayan əmlaka istinad edilməklə və hazırki vəziyyətdə həmin əmlakın verilməsinə qiymətləndirilməsinə, könüllü gələrək torpağı hansı hissəsini bölünə bilməsinə dair heç bir könüllü icra hərəkətlərinin etməməsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş icra işində olan: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən 220000 (iki yüz iyirmi min) manat borc tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, ödənilmiş 533 manat məbləğində dövlət rüsumunun 483,06 manat məbləği cavabdeh Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qalan 49,94 manat məbləğin iddiaçı Zərərçəkmiş şəxs aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir; İcraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar müvafiq bildirişlə xx.xx.2024-cü il tarixdə Şəxs nümayəndəsi X7 təqdim olunmuşdur; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-261/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır; Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxsnə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, ev 5 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 3Q saylı sahənin üzərinə həbs qoyulması qərara alınmışdır; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4053/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, iddiaçı Şəxs MMC-nin cavabdeh Suraxanı rayon icra şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır; "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasi ilə borclu Şəxs MMC-nin adına tərtib edilmiş inkasso sərəncamı icraya qəbul edilmişdir. "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC şirkətinə məxsus hesablara yönləndirilmiş 235916,87 AZN məbləği inkasso sərəncamları hesablarda aktivdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Sabunçu rayon İcra Şöbəsinə verilmiş xx.xx.2025-ci il tarixli məktuba qeyd edilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 2734.0 kv.m təşkil edir. Ərazidə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş yaşayış evləri sökülmüş, çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Suraxanı rayon İcra Şöbəsinə verilmiş xx.xx.2025-ci il tarixli məktuba qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tərəflərindən icra olunaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9814/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X4 ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-5752/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Məhkəmə iclasında Şəxs rəhbəri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1870/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs rəhbəri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1 -ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1 -ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1- ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 3) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 4) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Qanunun : 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. İnzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Məhkəmə hesab edir ki, daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından tələbin ödənilməməsinin «Sabah Tikinti” Mənzil- Tikinti Kooperativinin hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, borcun ödənilməsindən qərəzli olaraq yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-5752/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə iclasında icra işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, icra məmuru tərəfindən, borclunun bank hesablarında pulunun olub-olmaması ilə bağlı hərəkətlər edilmiş və hesablarında hər hansı bir pul vəsaiti olmadığından qətnamənin icrası mümkünsüz olmuşdur. Bundan sonra da, borclunun adına daşınar əşyanın olub-olmaması üçün tədbirlər görülmüş və sonuncunun adına hər hansı bir daşınar əşya olmadığından qətnamənin icrası mümkünsüz olmuşdur. Daha sonra icra məmurunun təqdimatı əsasında borclu Şəxsnə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, ev 5 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 3Q saylı sahənin üzərinə həbs qoyulmuşdur. İnzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını, tələbkarın nümayəndəsinin ərizəsini, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın "Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin rəhbəri tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və iş üzrə icraata xitam verilmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1870/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, inzibati xəta haqqında protokolda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Məhkəməyə daxil olmuş protokol və ona əlavə edilmiş icra işi materiallarından göründüyü kimi, tələb Şəxs rəhbəri X8 deyil, birbaşa Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinədir. Buna görə də, «Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin rəhbərinin hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, borcun ödənilməsindən qərəzli olaraq yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilməməsi və İnzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın «Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin rəhbəri tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qərarların qəbul edilməsindən indiyə kimi olan müddət ərzində heç bir hüquqi vəziyyət barədə mövcud dəyişikliklər baş verməmiş, icra məmuru məhkəmə iclasında şifahi olaraq torpağın üzərində yerləşən çox mərtəbəli binanın olduğu səbəbindən icra hərəkətlərinin həyata keçirdə bilməməsini və borclunun bununla bağlı- “binanın gizlətməsi” hərəkətlərinin qərəzli olduğunu bildirsə də, məhkəmə araşdırılması zamanı icra məmurunun gətirdiyi dəlillərin formal olduğu müəyyən edimişdir. Müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borclunun mülkiyyətində olan torpaq sahəsinə həbs qoyulmuş, borclunun artıq həmin əmlaka dair hər hansı səlahiyyətlərini məhdudlaşdırmış, özü isə hər hansı icra hərəkətləri və yaxud icra tədbirləri həyata keçirməmiş, torpağın qiymətləndirilməsi üçün ekspertiza təyin etməmiş, həbs qoyulmuş torpağın satılmasına dair hər hansı hərrac keçirtməmiş, torpağın realizə edilməsi üçün müvafiq sorğular göndərməmiş, təkliflər etməmiş və ya tədbir görməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, protokol tərtib edilənə qədər ümumiyyətlə bir il ərzində icra məmuru tərəfindən hər hansı hərəkət edilməmiş, tədbir görülməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar