Məhkəmə qərarları › İş №3(5-103)-443/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-443/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-443/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, ona tətbiq olunan cərimə məbləği və cərimə balının ləğv olunması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, ona tətbiq olunan cərimə məbləği və cərimə balının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2026-ci il tarixdə barəsində Bakı şəhər X7 İdarəsinin TP ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 manat cərimə edilib. O, qeyd edir ki, qərarda göstərilən həqiqəti əks etdirmir. O, xx.xx.2025-ci il tarixdə Heydər Əliyev prospektinin yaxınlığında parklanmda ərazisindən yola daxil olarkan, YPX inspektoru onu saxlayaraq qaydanı pozduğunu və birtərəfli hərəkət yolunda əks istiqamətdə hərəkət etdiyini söyləyib. Halbu ki, o hec bir nişanın və ya nişanlanma xəttinin tələbini pozmamışdır. Onun yola daxil olduğu hissədə heç bir qadağan edici yaxud da birtərəfli hərəkət yoluna daxil olmaq barəsində xəbərədar edici yol nişanı yox idi. Qanuna əsasən, kəsilən birtərəfli yola daxil olan bütün yan keçidlər qarşısında birtərəfli hərəkət yolunda hərərkət istiqamətini göstərən xəbərdar edici nişan olmalıdır. Parklanma ərazisinə digər tərəfdən giriş olduğunu nəzərə alaraq yola daxil olan sürücülərin bunu bilmək imkanı yoxdur. Buna görədə yolun bu hissəsində hərəkətin təşkili düzgün nizamlanmadığından, nişanların olmaması səbəbindən sürüçülər bilmədən və istəmədən qaydanı pozmuş olur. Bu qayda pozuntusu nişanların olmaması səbəbindən baş verdiyindən, onun heç bir günahı olmadığını nəzərə alaraq, onun cəriməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, həmçinin ona tətbiq olunan cərimə məbləğinin və cərimə balının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP7599814 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 18:10-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 173 ünvanında SKODA FABİA minik markalı 99RJ597 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir; iş materiallarına əlavə edilmiş 6 ədəd fotomaterialdan görünür ki, parklanma ərazisinin yola daxil olan hissindən heç bir qadağan edici yaxud da birtərəfli hərəkət yoluna daxil olmaq barəsində xəbərədar edici yol nişanı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə – yüz əlli manat məbləğində cərimə edilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli İXP7599814 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2025-ci il tarixdə saat 18:10-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 173 ünvanında SKODA FABİA minik markalı 99RJ597 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. X3 qeyd edir ki, o, xx.xx.2025-ci l tarixdə Heydər Əliyev prospektinin yaxınlığındakı parklanma ərazisindən yola daxil olarkan YPX inspektoru onu saxlayaraq qaydanı pozduğunu və birtərəfli hərəkət yolunda əks istiqamətdə hərəkət etdiyini söyləyib. Halbuki, o heç bir nişanın və ya nişanlanma xəttinin tələbini pozmamışdır. Onun yola daxil olduğu hissədə heç bir qadağan edici yaxud da bir tərəfli hərəkət yoluna daxil olmaq barəsində xəbərədar edici yol nişanı yox idi. Qanuna əsasən, kəsilən birtərəfli yola daxil olan bütün yan keçidlər qarşısında birtərəfli hərəkət yolunda hərərkət istiqamətini göstərən xəbərdar edici nişan olmalıdır. Parklanma ərazisinə digər tərəfdən giriş olduğunu nəzərə alaraq yola daxil olan sürücülərin bunu bilmək imkanı yoxdur. Buna görə də yolun bu hissəsində hərəkətin təşkili düzgün nizamlanmadığından, nişanların olmaması səbəbindən sürücülər bilmədən və istəmədən qaydanı pozmuş olur. Bu qayda pozuntusu nişanların olmaması səbəbindən baş vermişdir. Belə olduğu halda, X2 İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə əsaslı şübhələr olduğundan məhkəmə hesab edir ki, şəxsin təqsirli olduğuna dair şübhələr onun xeyrinə həll edilməli və təqsiri sübuta yetirilmədiyindən, X2 barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslıdır və buna görə də xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar