Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-103)-488/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 32541680 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 32541680 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.7-ci maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 32541680 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayəti 02 fevral 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında X3 Asif oğlu izahatında şikayətin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 32541680 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(5-103)- 307/2026 saylı, 11 fevral 2026-cı il tarixli qərarı ilə X2 EQ 32541680 nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına mahiyyəi üzrə baxılmış və yekun qərar qəbul edilmişdir. Ona görə də artıq yekunlaşmış məhkəmə aktı mövcud olduğundan həmin ərizə üzrə verilmiş şikayətə baxıla bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118, 122, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.7-ci maddələri ilə EQ 32541680 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(5-103)-488/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(5-103)-488/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver