Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-5/2026 22.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 25 dekabr 2025-ci il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixli **********3074 sorğu nömrəli bəyannaməsi ilə MAZ KS- 55727-1 markalı, 2011-ci il buraxlışlı, Y3M6303A3B0001996 şassi nömrəli yük nəqliyyat vasitəsi 01 il müddətinə xüsusi gömrük proseduru altında rəsmıləşdırılərək 19.01 2025-ci il tarixinə kimi Gürcüstandan idxal edilmişdir. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin müddəti xx.xx.2025-cı ıl tarixdə başa çatmışdır, 19 01 2025-ci il tarixdə başa çatmasına baxmayaraq Şəxs tərəfindən nəqliyyat vasitəsi həmin tarixə qədər geri qaytarılmamış, həmçinın müddətin uzadılması üçun müraciət edilməmişdir. Nəqliyyat vasitəsi üçün müvəqqəti idxai müddətinin uzadılması üçün xx.xx.2025-ci il tarixdə 10 ay 28 gün müddətə gecikdirilməklə “X2" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən ərizə ilə müraciət edilmişdir. Şəxs tərəfindən **********3074 sorğu nömrəli gomruk bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitələrinin müvəqqəti idxal müddəti xx.xx.2025-cı il tarixdə bitmişdir. xx.xx.2024-cü ıl tarixli **********3074 sorğu nömrəli gomruk bəyannaməsinin 42-cı qrafasında qeyd olunmuşdur kı malın ınvoys dəyəri 120000,00 dollar (1 dollar-1.7), yəni 204000 AZN təşkil edir. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gomruk ərazisindən Kənara aparılması və ya bu əraziyə qaytar,İması inzibatı Xətalaiar Məcəlləsinin 499-cu maddəsi ilə məsuliyyətə səbəb olur. İş materiallarına əlavə edilmiş DGK “VAİS”-dən çıxarışdan müəyyən olunur kı, "X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********3074 sorğu nömrəiı gömrük bəyannaməsi əsasında müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitəsi uçun xx.xx.2025-ci il tarixdə üç aydan bir ilədək müddətə gecikdirilməklə ərizə ilə müraciət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirak edərək, bildirmişdir ki, protokolun tərtib edilməsi və məhkəməyə göndərilməsi zamanı Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur və protokolun hüquqi qüvvəsi etibarsız hesab edilməlidir. Belə ki, protokol tərtib edilərkən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi iştirak etməmiş, nümayəndə xx.xx.2025-ci il tarixli məktubla dəvət olunmuş, lakin məktub yalnız xx.xx.2026-cı il tarixdə "X2" MMC-yə daxil olmuşdur ki, bu da nümayəndənin protokolun tərtibində iştirak imkanını faktiki olaraq aradan qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, protokol tərtib edilərkən barəsində icraat aparılan hüquqi şəxsin qanuni nümayəndəsinin iştirakı təmin edilməli, ona hüquq və vəzifələri izah edilməli və izahat vermək imkanı yaradılmalıdır. Lakin protokol tərtib edilərkən nümayəndənin iştirakı təmin edilməmiş, izahat alınmamış və protokolla tanışlıq imkanı yaradılmamışdır ki, bu da hüquqi şəxsin müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Eyni zamanda, protokolun mövzusu və hansı hərəkətlərə görə tərtib edildiyi barədə Şəxs MMC heç bir məlumat verilmədiyindən, protokol həm prosesual, həm də əsaslı pozuntu ilə tərtib edilmiş hesab olunmalıdır. Qanunvericiliyə əsasən, İXM-nin 499.1.4-cü maddəsi üzrə protokol tərtib edilərkən yalnız səlahiyyətli vəzifəli şəxslər tərəfindən protokolun hazırlanması, protokolla barəsində icraat aparılan şəxsin tanış edilməsi, izahatın alınması, protokolun mövzusunun və əsaslarının açıq göstərilməsi və protokolun rəsmi surətdə sənədləşdirilməsi təmin edilməlidir. Hal-hazırkı vəziyyətdə bu prosedurların heç biri təmin edilməmişdir. Məhkəmə və apellyasiya praktikasına əsasən, nümayəndənin iştirakı təmin edilmədən, izahat alınmadan, protokolun mövzusu barədə hüquqi şəxsin məlumatlandırılmaması, protokolun məhkəmə sistemində mövcud olmaması və məktubun gec daxil olması hallarında protokol etibarsız sübut hesab olunur və belə protokola əsasən inzibati cərimənin tətbiqi qanuni hesab edilə bilməz. Yuxarıda qeyd olunan halları nəzərə alaraq xahiş etmişdir ki, 25 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolun qanunsuz və etibarsız hesab edilsin, Şəxs MMC barəsində aparılan inzibati icraata xitam verilməsi və şirkətin inzibati məsuliyyətdən azad olunması qərarını verilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********3074 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2011-ci il, Y3M6303A3B0001996 şassi nömrəli, 1 ədəd “MAZ KS-55727-1” yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin yük nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq Şəxs MMC tərəfindən yük nəqliyyat vasitəsi geri qaytarılmamış və ya digər gömrük prosedurları altında rəsmiləşdirilməmişdir; xx.xx.2024-cü il tarixli **********3074 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, sözügedən gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirilmiş “dəmir yolu əlaqə şəbəkəsinin quraşdırılması və sökülməsi üçün avtokran (dizel mühərrikli)” yüklərinin ümumi invoys dəyəri 120000 dollar, gömrük dəyəri 204000 manat təşkil edir; Gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciətdən görünür ki, Şəxs MMC tərəfindən **********3074 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair (avtokran) görülən işlərin davam etdirilməsi, yəni müddətin xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək uzadılması Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən xahiş edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti MAZ KS-55727-1 markalı, 2011-ci il buraxlışlı, Y3M6303A3B0001996 şassi nömrəli yük nəqliyyat vasitəsini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksiz Mallar üzrə Baş Gömrük İdarəsində **********3074 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə 1 il müddətinə - xx.xx.2025-ci il tarixədək “müvəqqəti idxal xüsusi” gömrük prosedurunda rəsmiləşdirmiş və 19.01 2025-ci il tarixinə kimi Gürcüstandan idxal edilmişdir. Lakin nəqliyyat vasitəsinin müvəqqəti idxal müddətinin xx.xx.2025-ci il tarixdə başa çatmasına baxmayaraq hüquqi şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvəqqəti idxal müddəti başa çatanadək həmin nəqliyyat vasitəsinin idxal edilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmiş, yalnız gecikmə faktı yarandıqdan 10 ay 28 gün sonra - xx.xx.2025-ci il tarixdə həmin nəqliyyat vasitəsi üçün müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 25 dekabr 2025-ci il tarixli 14000-03425/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 499.1.4. üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti MAZ KS-55727-1 markalı, 2011-ci il buraxlışlı, Y3M6303A3B0001996 şassi nömrəli yük nəqliyyat vasitəsini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksiz Mallar üzrə Baş Gömrük İdarəsində **********3074 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə 1 il müddətinə - xx.xx.2025-ci il tarixədək “müvəqqəti idxal” gömrük prosedurunda rəsmiləşdirmiş və Gürcüstandan idxal edilmişdir. Lakin malların müvəqqəti ixrac müddətinin xx.xx.2025-ci il tarixdə başa çatmasına baxmayaraq hüquqi şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvəqqəti idxal müddəti başa çatanadək həmin nəqliyyat vasitəsinin idxal edilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmiş, yalnız gecikmə faktı yarandıqdan 10 ay 28 gün sonra - xx.xx.2025-ci il tarixdə həmin nəqliyyat vasitəsi üçün müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət edilmişdir. Beləliklə, məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin malların müvəqqəti idxal müddəti başa çatanadək həmin malların idxal edilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülmədiyini və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-103)-5/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-5/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver