Məhkəmə qərarları › İş №3(5-103)-54/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-54/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-54/2026 19.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə inspektoru polis mayoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbasqulu qızının və onun vəkili Vəkil iştirakları ilə, Şəxs Abbasqulu qızı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Abbasqulu qızı xx.xx.2025-ci il tarixdə anası Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Şəxs Abbasqulu qızı Azərbaycan Respublikası İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Suraxanı RPİnin 31-ci Polis Şöbəsinin sahə inspektoru polis mayoru X2 tərəfindən 14 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 14 yanvar 2026-cı il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə inspektoru polis mayoru X2 protokola uyğun izahat verərək bildirdi ki, təhqiqatçının rədd materialı onun icraatına daxil olub, o da İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Bu ailəni 10 ildən çoxdur ki, tanıyır, belə ailə görməmişdir, dəhşətli yaşayış yaşayırlar. Şəxsin atası yaxşı insan olmuş, o vəfat etdikdən sonra qaz, su daim açıq qalmış, bu ailədən çoxlu şikayətlər gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbasqulu qızı izahat verərək bildirdi ki, özünü təqsirli bilmir və barışmaq istəmir. Zərərçəkmiş şəxsin izahatında psixi durumu ilə bağlı müəyyən şeylər yazılıb, lakin məhkəməyə 2 dəfə müraciət olunub, 2013-cü və 2015-ci illərdə, lakin əsassız müraciət olduğundan məhkəmə rədd edib. Məhkəmədən göndərilib bütün müayinədən keçib. Rəsmi prokurorluq tərəfindən onlara xəbərdarlıq edilib. Qarşılıqlı dava qeyd olunur. O, səhhəti ilə əlaqəli 15 gündən bir biobsiyə gedir, 4-5 ay əvvəl sağ süd vəzində onkoloji vəz aşkarlanıb. Kəskin anemiyası, zobu, artmiyası var. Hətta, keçən dəfə yolda huşunu itirmişdir. Onkoloji yox, törəmədir, hər 20 gündən bir USM edir. Zərərçəkmiş şəxsə heç barmağını vurmamış, ekpert rəyi ilə tanışdır, baxanda görünür ki, kim edib, kim isə müdafiə edib. O, təqsirli deyil, ehtimal edir ki, döyən adam yaxındadır, bəlkə də, o, digər əlini sinəsinə tutmuş, digər əli boş olmuş, bəlkə zərbədən qorunmaq üçün qabağa əlini verəndə dəymişdir, selikli qişa elədir ki, ən həssas yerdir, barmaq dəyəndə də nəsə ola bilərdi. Belə olsa belə bu hərəkət müdafiə xarakterlidir. Ancaq hadisə olanda o, təhqiqatçı gəlməsi üçün aşağı blokun qarşısına düşmüş, həmin vaxt Zərərçəkmiş şəxs böyük oğlu evə qaçaraq gəlmiş və yuxarı çıxmışdır. O, Zərərçəkmiş şəxs heç vurmamışdır, bəlkə də Zərərçəkmiş şəxs böyük oğluna özünü vurdurub ki, xəsarət izləri görsənsin. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbasqulu qızının vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü günahkar hesab etmir, İXM-nin tələblərinə əsasən protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 3 övladı var, ikinci qrup əlildir. Şəxs klinik-psixoloqdur. Onun İradəyə barmağı belə dəyməyib. Bağırsağı ilə əlaqədar onkoloji xəstədir. İradə onun nə bacısını, nə qardaşını evə qoyur. Həmin gün saat 12:00 olardı ki, o zibilləri yığıb ataraq geri evə qayıdanda qapının yanında olan moyka şkafını İradənin yerə yıxdığını görmüşdür. O, içəri mətbəxə keçərək yemək hazırlayıb qazın üstünə qoymuş, İradə gəldikdə qazın üstündən yeməyi götürüb moykaya qoymuş və otağa keçmişdir. İradə o getdikdən sonra banka ilə qazanı vurub aşırdıb, o da niyə belə etdiyini soruşanda banka ilə onun ağzının üstündən vurmuşdur. İradə özü 102 xəttinə zəng edib. İradə onu zəhərləmək istəyib, ancaq heç vaxt şikayət etməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elməddin Əsgərov ifadə verərək bildirdi ki, o, digər hadisə ilə əlaqəli əməliyyat qrupunda olmuş, qaynar xəttlə müraciət gəlmiş və Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşmış, o sonradan getmişdir. Həmin vaxt İradə xanım qapıda onları qarşılamış, evə gedib Şirin xanımı da götürərək şöbəyə getmişlər. Hər iki şəxsin izahatı alınmış, ekspertiza keçirilmişdir. Hər iki şəxsin üzərində bədən qızartılar var idi, ancaq ümumən yaxşı idi. Zərərçəkmiş şəxs qollarında və boyun nahiyəsində qızartılar olmuşdur. Dodağında olan qızartılar isə ekspertiza zamanı müəyyən edilmişdir, ilk baxışda bilinməmişdir. Qanaxma olmasını isə görməmişdir. Evə daxil olanda o, ətrafda sındırılmış qab-qacaq, ətrafı dağıdılmış görməmişdir. Şirin xanımı götürməyə gedəndə yerdə dəhlizdə taxta görmüş, ancaq taxtanın Şəxs otağının qarşısında olub olmadığını bilməmişdir. Şirin xanım da şəxsiyyətini müəyyən edən sənəd ilə bölməyə dəvət edilmişdir. Blokun qarşısına çatdıqda İradə xanım Şirin xanımın polis əməkdaşlarına tabesizlik etdiyini bildirdi. O, konkret olaraq İradə xanımın Şirin xanıma xəsarət yetirməsinə şahid olmayıb. Həmçinin, evdə hər hansı digər şəxsi görmədiyini də bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və nümayəndəsinin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs Abbasqulu qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 dekabr 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs Abbasqulu qızının müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş Şəxs Abbasqulu qızının və Zərərçəkmiş şəxs Əsəd qızının barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyati üzrə Suraxanı RPİnin 31-ci PŞ-nə göndərilməsi, Şəxs Abbasqulu qızının və Zərərçəkmiş şəxs Əsəd qızının arasında yaranmış mübahisəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərinin qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınması və qovluq açılaraq tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyati üzrə Suraxanı RPİ-nin 31-ci PŞ-nə göndərilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi, material saxlanılması üçün Suraxanı RPİ-nin 31-ci PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 930 №-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər üst dodaq nahiyəsinin ön səthində qançır və bu fonda üst dodağın selikli qişasında qansızmalar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən şüşə banka ilə yetirilə bilərdi, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs Abbasqulu qızı xx.xx.2025-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək və Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə ilə müraciət edərək sözügedən ünvanda anası Şirin adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, bununla əlaqədar qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, Suraxanı rayonu, Əmircan qəsəbəsində Şəxs Abbasqulu qızının anası Zərərçəkmiş şəxs Əsəd qızı ilə arasında şəxsi münasibətləri zəminində mübahisə yaranmış və bu mübahisə zamanı Şəxs anası Zərərçəkmiş şəxs Əsəd qızını hadisə zamanı döymədiyini və Zərərçəkmiş şəxs Əsəd qızı, Şəxs döymədiyini desədə hər kəsin üzərində bədən xəsarəti vardır. Həmin şəxslərin əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, həmin şəxslərin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Suraxanı RPİ-nin 31-ci PŞ-nə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Beləliklə, Şəxs Abbasqulu qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs Abbasqulu qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs Abbasqulu qızının şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Abbasqulu qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar