Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-721/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X2 iştirakı ilə, X2 Suraxanı rayon DYPŞ-nin polis baş serjantı X3 inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, BYD ** KQ *** dövlət qeydiyyat nişanlı minik avtamobilimə xx.xx.2026-cı il İXP ******* saylı yazılmış qanunsuz qərarı ləğv edib, iş üzrə icraata xitam verilməsini, qanunsuz cərimənin silinməsi haqda Məhkəmə qərarı qəbul edilməsini və polis nəfərinə yaraşmayan hərəkətlər etdiyi üçün Polis Baş X1 cəzalandırılması xahiş edilmişdir. Məhkəmədə şikayətçi X7 şikayətini müdafiə etdi və izahatında göstərdi ki, o, xx.xx.1999cu il təvəllüdlü X7, Qusar rayonunda hərbiçi ailəsində anadan olmuşdur. Sonradan müəyyən səbəblərdən Şirvan şəhərinə köçmüşlər. 2005-ci ildə Şirvan şəhər 20 saylı tam orta məktəbinə getmişdir. 2016-cı ildə orta məktəbi bitirmişdir, həmin ildə İdman Akademiyasına daxil olmuşdur. 2021-ci ildə Ali təhsilini başa vurmuşdur. İşlə əlaqədar olaraq çox yerlərə müraciət etmişdir, iş tapa bilməmişdir. Təxmini 2025-ci ilin sentyabr ayında BYD ** KQ *** dövlət qeydiyyat nişanlı minik avtomobili kreditlə götürmüş, aylıq olaraq min (1000) azn ödəyir. Taksi fəaliyyəti ilə məşğul olur. 27.01. 2026-cı il tarixdə Suraxanı rayonu, Cavid Cabbarzadə küçəsi, 243 Bülbülə qəsəbəsi istiqamətində hərəkət edərkən Suraxanı rayonu DYPŞ polis Baş X1, avtomobilini saxlayaraq ona dedi ki, siz İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsənə əsasən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq inzibati xəta törədilmişdir. Lakin polis əməkdaşına o, bildirdi ki, o, heç bir qayda pozmamış, qanuna uyğun hərəkət edir. Əgər pozmuşdursa, bütün Bakı şəhəri kamera və radarlarla təmin olunub, xahiş etdi ki, ona çəkilmiş şəkili və ya video görüntünü göstərsin lakin Polis serjantı tutduğu vəzifədən istifadə edərək nə şəkil, nə də video göstərmədi. Əlavə olaraq ona kobud şəkildə dedi ki, “get kimə istəyirsən de və yaxud da şikayət et”. Onun atası zabit olub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb, qazi olub, 2-ci qrup əlildir, hal-hazırda evdə xəstə yatır. Onun evində heç kəs işləmir bir anasıdır, oda atam xəstə olduğu üçün atasına baxır. O, aylıq 1000 manat kredit ödəməklə yanaşı həmdə ailənin bütün maddi xərcləri onun boynuna düşür. Odur ki, BYD ** KQ *** dövlət qeydiyyat nişanlı minik avtamobilimə xx.xx.2026-cı il İXP ******* saylı yazılmış qanunsuz qərarı ləğv edib, iş üzrə icraata xitam verilməsini, qanunsuz cərimənin silinməsi haqda Məhkəmə qərarı qəbul edilməsini və polis nəfərinə yaraşmayan hərəkətlər etdiyi üçün Polis Baş X1 cəzalandırılması xahiş edilmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayətin qismən təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Suraxanı rayon DYPŞ-nin polis baş serjantı X3 inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X5 barəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi Suraxanı rayon DYPŞ-nin polis baş serjantı X3 inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, Suraxanı rayon DYPŞ-nin polis baş serjantı X3 inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. Həmin uyğunsuzluqların və X7 tərəfindən inzibati xətanın törədilibtörədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə foto yaxud video materialları əlavə edilməklə həmin inzibati materialın Suraxanı rayon DYPŞ-da əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X5 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Suraxanı rayon DYPŞ-nin X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Suraxanı rayon DYPŞ-ya göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Suraxanı rayon DYPŞ-nin X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Suraxanı rayon DYPŞ-ya göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(5-103)-721/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-721/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver