Məhkəmə qərarları › İş №3(5-103)-725/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(5-103)-725/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-103)-725/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X1 iştirakları ilə, X3 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə X2 inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 33627475 nömrəli, xx.xx.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 33627475 nömrəli, xx.xx.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X4 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini 40 manat məbləğində cərimə edilmişdir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 33627475 nömrəli, xx.xx.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayəti 05 fevral 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Qərarından şikayət verilən orqan və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X3 Azərbaycan Respublikası 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 33627475 nömrəli, xx.xx.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, EQ 33627475 nömrəli, xx.xx.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət vermiş şəxs X6 məhkəməyə müraciət etmək üçün öz səlahiyyətlərini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş, qərardan da göründüyü kimi elektron qərar X2 adına tərtib edilmişdir. Ona görə də şəxsin ərizə üzrə verilmiş şikayətə baxıla bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118, 122, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə EQ 33627475 nömrəli, xx.xx.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar