Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-103)-830/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, X2 Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli protokol ilə X4 Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilişdir. Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli protokolundan X2 şikayəti 09 fevral 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. X1 məhkəməyə müraciət edərkən şikayətçinin bildirdiyi qərar məhkəməyə təqdim edilməyib. Belə olan halda həmin qərarın mövcud olub-olmadığı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu ii tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materiallarından müəyyən olunur ki, X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət etsə də, MN № ******* saylı, 12 yanvar 2026-cı il tarixli protokol əsasında qəbul edilmiş qərar şikayətə əlavə edilməmişdir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Buna görə də hesab edirəm ki, X2 Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli protokolundan şikayətinə baxılması qeyri-mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118, 122, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli protokolundan şikayəti X3 geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(5-103)-830/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(5-103)-830/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver