Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1149/2026 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞnin sahə inspektoru X3, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Zəfər” vəkil bürosunun vəkili, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Zərərçəkmiş şəxs döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Belə ki, o, 15 dekabr 2025-ci il tarixdə saat 07:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 77, 75 saylı mənzildə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüş, nəticədə sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat vermişdir ki, özünü təqsirli bilmir. 2013-cü ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşlar, 2 övladları vardır, övladlarının biri autizim xəstəsidir, hazırda Aysel ilə münasibətləri pozulmuşdur. xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə olarkən uşaq səs-küy saldığından ona acıqlanmış, bu zaman Aysel onunla mübahisə etməyə başlamış və onu itələmişdir. O, da cavab olaraq Ayseli itələmişdir. Xahiş edir ki, barəsində başlanmış inzibati icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs 2013-cü ilin may ayından Şəxsla rəsmi ailə qurmuşdur, 2 övladları vardır, övladının biri xəstədir. Zaur heç bir səbəb olmadan mütəmadi olaraq onunla mübahisə yaradır, döyüb xəsarət yetirir, onun əmək haqqı kartını özündə saxlayır. O, əri Zaurdan əmək haqqı kartını tələb etdikdə isə Zaur onu söyüb-təhqir edir, bıçaqla, ölümlə hədələyir, ona təzyiqlər göstərir. Döyülmələri nəticəsində onun bədən xəsarətləri olsa da o, şikayət etməmiş, lakin əvvəllər döyülməsinin kamera görüntüləri vardır. Həmçinin o, döyülüb xəsarət alarkən “Mediclub” klinikasında həkim müayinəsindən keçmişdir. xx.xx.2025-ci il tarixdə baş verən hadisə zamanı da xəsarət alsa da MTE-dan keçməmişdir, hadisə zamanı Zaurun övladına da bir neçə sillə vurduğunu göstərmişdir. Hazırda şikayətçidir. Qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti sahə inspektoruna göndərilmişdir. X1 DİN-in 102 xidmətinə vermiş olduğu məlumat və Bakı şəhəri, Yasamal rayonu M.C.Məmmədzadə küçəsi ev 77 mənzil 75-də yaşayan Zərərçəkmiş şəxs müraciəti Yasamal RPİ-nin 28-ci PŞ-nə daxil olmuş və «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qediyyatı» kitabında “2607” sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2025-ci il tarixdən icraatıma qəbul edilmişdir. X2 DİN-in 102 xidmətinə zəng vuraraq, qızı Ayselin əri Zaur tərəfindən döyülməsi barədə məlumat vermişdir. Araşdırma zamanı əməliyyat-axtarış tədbirlərinin təşkil edilməsi, hadisə barədə məlumatı olan şəxslərin, şahidlərin, görüntülərin müəyyən edilib təhqiqata təmin edilməsi barədə 28-ci PŞ-nə əməliyyat tapşırığı verilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təhqiqat zamanı Zərərçəkmiş şəxs xəsarət alıb-almaması, almışdırsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəiə-tibbi ekspertiza təyin edilmişdir. Araşdırma zamanı Şəxs “İltizam” yazaraq Zərərçəkmiş şəxs ilə bir daha heç bir qanuna zidd hərəkət etməyəcəyini, edərsə qanun qarşısında məsuliyyət daşıyacağını dərk etdiyini bildirmişdir. MTE və PA Birliyi PHŞ Yasamal rayon şöbəsindən alınmış 1078 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-yetirilmə müddəti xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilərdi, qərarda qeyd olunan müddətə və şəraitə uyğun gəlirlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ailə-məişət münaqişəsi zəminində tərəflər arasında yaranmış mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və polis əməkdaşının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs özü etiraf etməsə də zərərçəkmiş şəxsi döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəməyə zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş video və fotoşəkillərdən görünür ki, Şəxs əvvəllər də həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə bu halı inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini və gələcəkdə baş verə biləcək daha ağır nəticələrin qarşısının alınması məqsədilə belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 29 yanvar 2026-cı il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunun 7.3-cü maddəsinə vəkil tutulduqda və ya onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edildikdə bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 yanvar 2026-cı il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs inzibati qaydada həbs olunması barədə Azərbaycan Respublikasının Baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(5-104)-1149/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1149/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver