Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-1159/2026 30.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1, X6 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X7 Şöbəsi tərəfindən tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətçi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət edərək protokolun ləğv edilməsini xahiş etmişdir. Barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş qərar isə şikayətə əlavə edilməmişdir. Həmçinin qərarın surətinin alınması üçün şikayətçinin özünün səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etməsi, lakin qərarın surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut da əlavə edilməmişdir. Şikayətçi özü qərarın surətinin alınması üçün həmin səlahiyyətli orqana müraciət etməli, qərarın surətini aldıqdan sonra, məhkəməyə həmin qərardan şikayət verə bilər. Əgər səlahiyyətli orqan qərarın surətinin şikayətçiyə verilməsindən imtina edərsə, şikayətçi yuxarı səlahiyyətli orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bundan başqa o da qeyd edilməlidir ki, qərarın mövcudluğu məsələsinə dair məhkəmədə tam hüquqi aydınlıq yaranmamışdır. İnzibati xəta haqqında tərtib edilmiş protokol əsasında səlahiyyətli orqan tərəfindən araşdırma aparılır, hadisənin baş vermə faktı qiymətləndirilir və nəticədə hüquqi qiymət verilərək müvafiq qərar qəbul olunur. Beləliklə protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid olmadığı üçün şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın, həmçinin şikayətçiyə qərarın surətini alaraq məhkəməyə müraciət etməsi izah edilsin. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-1159/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-1159/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver