Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1180/2026 18.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” PHŞ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli 22 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Çərifzadə küçəsi, ev 67, mənzil 39 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı sertifikatsız tibbi praktiki fəaliyyət (qastroenteroloji işi üzrə) aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” PHŞ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, ailə həkimi kimi fəaliyyət göstərir. Ailə həkiminin həkim pediatr və həkim terapevtlərdən təyin edilir. Ailə həkiminin vəzifəsi pasiyentləri qəbul etmək, istənilən xəstəlik üzrə müayinə və müalicə etmək, əgər zərurət yaranarsa ixtisaslı həkimə göndəriş yazmaqdan ibarətdir. O, uzun illərdir ailə həkimi kimi fəaliyyət göstərir və indiyədək onun barəsində heç bir inzibati xəta pozuntusa dair protokol tərtib edilməmişdir. Əlavə olaraq məhkəməyə yazılı izahat təqdim etmişdir. İzahat onunla əsaslandırılmışdır ki, AR İXM-in 215.4-cü maddəsi ilə başlanılmış iş üzrə aşağıdakı xüsusi əhəmiyyətli hüquqi məqamları məhkəmənin diqqətinə təqdim edir: Səhiyyə Nazirinin 3-28/3-1-418/2024 nömrəli Əmri ilə tanınan alternativ hüquq Səhiyyə Nazirinin 7 avqust 2024-cü il tarixli əmri ilə təsdiq edilmiş "1 nömrəli Əlavə"nin 2-ci bəndində açıq-aşkar qeyd olunur ki, ailə həkimi vəzifəsində işləyən şəxslər sertifikasiyadan: Tutduqları vəzifəyə uyğun olaraq, YAXUD ali (baza) tibb təhsili diplomunda göstərilən ixtisasa (Pediatriya) uyğun olaraq keçməlidirlər. Normativ aktda istifadə olunan "YAXUD" bağlayıcısı hüquqi alternativlik yaradır. Mənim pediatriya ixtisası üzrə qüvvədə olan sertifikatımın olması həmin Əmrin tələbinin tam icrasıdır. Protokol tərtib edən orqan bu normativ aktın mahiyyətini təhrif edərək, alternativ hüququm olduğu halda məndən kumulyativ (hər iki) tələbin icrasını gözləyir ki, bu da qanunsuz təmənnadır. Planlı yoxlamanın moratorium dövründə hüquqi statusu: Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması (moratorium) haqqında qanunvericilik yoxlamaların "planlı" şəkildə, sadəcə formal əsaslarla aparılmasını qadağan edir. • Hazırkı yoxlama heç bir real şikayət, ictimai təhlükə və ya təxirəsalınmaz zərurət olmadan "planlı" adı altında keçirilmişdir. • İnzibati orqan moratoriumun istisnalarından sui-istifadə edərək, yoxlamanın adım "planlı" qoymaqla sahibkarın hüquqi müdafiə rejimini pozmuşdur. İnzibati xəta tərkibinin (Təqsirin) olmaması İXM-in 215.4-cü maddəsinin tətbiqi üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan qanun pozuntusuna yol verməsi sübut olunmalıdır. Halbuki: • Mən 2013-cü ildən etibarən Səhiyyə Nazirliyinin elektron reyestrində, e-Səhiyyə, Reseptim.az portalinda, ƏMAS və Vergi sistemlərində "Ailə həkimi" kimi qeydiyyatdayam. • Dövlət orqanları 13 ildən artıqdır ki, mənim bu fəaliyyətimi tanımış, rəsmi hesabatlarımı qəbul etmiş və fəaliyyətimə dair "etibarlı gözlənti" (legitimate expectation) yaratmışdır. •Lisenziya əlavəsindəki texniki uyğunsuzluqlar (vəzifə adlarının texniki göstərilməməsi) mənim iradəmdən asılı olmayan texniki-inzibati prosesdir və şəxsin təqsiri kimi qiymətləndirilə bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXMnin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan AR Səhiyyə Nazirliyi X1 PHŞ tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2026-cı il tarixli 3-28-1/3-2-12/2026 nömrəli qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2026 – xx.xx.2026-cı il tarixləri arasında planlı (növbəti) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 publik hüquqi şəxsin əməkdaşlarının iştirakları ilə tərtib olunmuş 22 yanvar 2026-cı il tarixli T-019 saylı planlı (növbəti) yoxlama aktından görünür ki, həmin tarixdə saat 12:00-da Şəxs MMC-də planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama aparılarkən yoxlamanın birinci sualı üzrə cari olaraq həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmamışdır, tibbiqeydiyyat sənədləri yoxlamaya təqdim edilməmişdir. Lisenziyada ixtisas növləri verilən “terapevtik”, qastroenteroloji”, nevropatoloji”, “ginekoloji”, işlər üzrə təqdim edilən davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilmişdir. Klinik, klinki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmayıb. Qanalma sahəsi keçid yolunda (işıqlanma zəif) təşkil edilmişdir. Müəssisədə tibbi-fəaliyyət üçün nəzərdə tutulan avadanlıqların siyahısı yoxlamaya təqdim edilməmişdir. Yoxlamanın ikinci sualı üzrə həkim-pediatr (vəzifə üzrə “Direktor”, “ailə həkimi”) X3 tərəfindən ixtisasına uyğun olmayan “qastroenteroloji” işi üzrə tibbi xidmətin göstərilməsi aşkar edilmişdir. Qeyd edilən akt yoxlamanı aparan səlahiyyətli orqanın nümayəndələri və müəssisənin rəhbəri D.A.Qüdrətov tərəfindən imzalanmışdır. İş materiallarında olan “praktik tibb və ya əczaçılıq dəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” AH seriyalı 048552 nömrəli xx.xx.2022-ci il tarixli sertifikasiya şəhadətnaməsindən görünür ki, X3 həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Pediatriya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AR Səhiyyə Nazirliyi X1 PHŞ tərəfindən Şəxs MMC-də xx.xx.2026 – xx.xx.2026-cı il tarixləri arasında planlı (növbəti) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2026-cı il tarixdə Şəxs MMC-də planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama aparılarkən yoxlamanın birinci sualı üzrə cari olaraq həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmamışdır, tibbiqeydiyyat sənədləri yoxlamaya təqdim edilməmişdir. Lisenziyada ixtisas növləri verilən “terapevtik”, qastroenteroloji”, nevropatoloji”, “ginekoloji”, işlər üzrə təqdim edilən davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilmişdir. Klinik, klinki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmayıb. Qanalma sahəsi keçid yolunda (işıqlanma zəif) təşkil edilmişdir. Müəssisədə tibbi-fəaliyyət üçün nəzərdə tutulan avadanlıqların siyahısı yoxlamaya təqdim edilməmişdir. Yoxlamanın ikinci sualı üzrə həkim-pediatr (vəzifə üzrə “direktor”, “ailə həkimi”) X3 tərəfindən ixtisasına uyğun olmayan “qastroenteroloji” işi üzrə tibbi xidmətin göstərilməsi aşkar edilmişdir. “Praktik tibb və ya əczaçılıq dəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” AH seriyalı 048552 nömrəli xx.xx.2022-ci il tarixli sertifikasiya şəhadətnaməsindən müəyyən edilmişdir ki, X3 həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Pediatriya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Buna baxmayaraq D.A.Qüdrətovun öz ixtisası üzrə deyil, qastroenteroloji işi üzrə sertifikatsız tibbi praktiki fəaliyyət göstərməsi aşkar edilmişdir. D.A.Qüdrətov isə öz izahatında “Pediatriya” ixtisası sertifikasiyadan keçməsinə baxmayaraq “Ailə həkimi” kimi fəaliyyət göstərməsini və buna əsasən də istənilən pasiyenti müayinə etmək və aşkar edilən istənilən xəstəliyə müalicə təyin etmək səlahiyyətinə malik olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi inzibati xətanın yaranmasına səbəb olur. İş materiallarında olan sənədlərdən görünür ki, X3 həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Pediatriya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Eyni zamanda iş materiallarında olan tibb müəssisəində aparılmış yoxlama sənədlərindən müəyyən olunur ki, “Pediatriya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş şəxs qastroenteroloji fəaliyyətlə məşgul olması aşkar edilmişdir, xəstəni müayinə edərək ona dərman vasitələri yazmaqla müalicə təyin etmişdir. Məhkəmə qeyd edir ki, tibbi praktikada əsas prinsip ondan ibarətdir ki, hər bir həkim yalnız öz ixtisası üzrə tibbi fəaliyyət göstərməli və onun daxilində müayinə və müalicəni həyata keçirməlidir. Məhkəmə bu qənaətdədir ki, əgər pediatr həkim hər hansı bir şəxsə qastroenteroloji diaqnoz qoyub ona həmin xəstəliyin müalicəsi ilə əlaqədar müvafiq dərmanlarla müalicə təyin edirsə, bu artıq peşə ixtisasına uyğun fəaliyyət hesab edilə bilməz və həmin həkim ona dovlət tərəfindən verilmiş “Pediatriya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazənin sərhədlərindən kənarlaşır. Məhkəmə barəsində protokol tərtib edlmiş hüquqi şəxsin nümayəndəsinin “ailə həkimi” statusunun olması səbəbindən istənilən sahədə o, cümlədən qastroenteroloji fəaliyyətlə məşğul ola bilmə səlahiyyətlərinin olmasına dair arqumentlərinə mansibətdə məhkəmə qeyd edirik, birincisi heç bir normativ hüquqi aktda belə bir hal təsbit olunmamşdır. İkincisi pediatr ixtisası olan bir həkimin eyni zamanda vəzifə kimi adının “ailə həkmi” kimi qeyd edilməsi ona öz ixtisasından kənar yəni digər bir tibbi ixtisas həkmi kimi fəaliyyət göstərən həkimin funksiyalarını yerinə yetirməsi ağlabatan, məntiqli və hüqa uyğun sayıla bilməz. Digər tərəfdən pediatrın böyük adama qastroenteoroji diaqnoz qoyun onu müalicə etməsi tibbi ixtisas dərəcələrinə, qaydalarına uyğun sayıla bilməz və nəticə ehtibarı ilə insan səhhətinə mənfi təsir və ya zərərlə də nəticələnə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(5-104)-1180/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1180/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver