Məhkəmə qərarları › İş №3(5-104)-1292/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1292/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1292/2026 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-309/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 27716,85 manat (iyirmi yeddi min yeddi yüz on altı manat səkkən beş qəpik) əsas, 4989,04 manat (dörd min doqquz yüz səksən doqquz manat dörd qəpik) ƏDV məbləği olmaqla, cəmi 32705,89 manat (otuz iki min yeddi yiz beş manat səksən doqquz qəpik) borc, 2000 (iki min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,76 manat (doxsan səkkiz manat yetmiş altı qəpik) pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməlidir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs borclu "xxxx" MMC-nin həmin qərarının icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 309/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 27716,85 manat (iyirmi yeddi min yeddi yüz on altı manat səkpən beş qəpik) əsas, 4989,04 manat (dörd min doqquz yüz səksən doqquz manat dörd qəpik) ƏDV məbləği olmaqla, cəmi 32705,89 manat (otuz iki min yeddi yiz beş manat səksən doqquz qəpik) borc, 2000 (iki min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,76 manat (doxsan səkkiz manat yetmiş altı qəpik) pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməlidir. Şəxs borclu "xxxx" MMC-nin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Dəfələrlə bu barədə "xxxx" MMC-yə məktub göndərilsə də, qətnamənin icrası hələ də təmin edilməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-309/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 27716,85 manat (iyirmi yeddi min yeddi yüz on altı manat səkpən beş qəpik) əsas, 4989,04 manat (dörd min doqquz yüz səksən doqquz manat dörd qəpik) ƏDV məbləği olmaqla, cəmi 32705,89 manat (otuz iki min yeddi yiz beş manat səksən doqquz qəpik) borc, 2000 (iki min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,76 manat (doxsan səkkiz manat yetmiş altı qəpik) pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, həmçinin izahat verərək icra sənədi barəsində xəbərdar olduğunu bildirmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, borclu hüquqi şəxsin rəhbəri Şəxs icra sənədində göstərilən öhdəliklərin icrasına məsul vəzifəli şəxs olmasına baxmayaraq, məhkəmə aktını könüllü qaydada icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra hərəkətlərindən faktiki olaraq yayınmış, qərarın icra edilməməsinə dair hər hansı üzrlü səbəb göstərməmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası hüquqi dövlətin əsas prinsiplərindən biridir və məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinin mahiyyətini və dövlət hakimiyyətinin nüfuzunu sarsıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə aktının və ya digər icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İş üzrə sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədinin mövcudluğu və məzmunu barədə məlumatlı olmuşdur, ona icra üçün qanunla müəyyən edilmiş müddət verilmişdir, icra məmuru tərəfindən qanuni tələblər irəli sürülmüşdür, buna baxmayaraq, o, şüurlu və qəsdən hərəkətsizlik nümayiş etdirmişdir. Belə davranış hüquqi şəxsin rəhbəri kimi onun üzərinə düşən vəzifələrin kobud şəkildə pozulması və qanuni tələblərin bilərəkdən yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətsizliyi təsadüfi və ya səhlənkarlıq nəticəsində deyil, məhkəmə qərarının icrasından yayınmağa yönəlmiş şüurlu davranışdır. Bu isə inzibati xətanın həm obyektiv, həm də subyektiv tərkib əlamətlərinin tam sübuta yetirildiyini göstərir. Məhkəmə inzibati tənbeh təyin edərkən xətanın davamlı xarakter daşımasını, icra olunmayan məbləğin əhəmiyyətli həcmdə olmasını, hüquqi şəxsin rəhbərinin məsuliyyət dərəcəsinin yüksək olmasını, məhkəmə qərarının icrasından açıq şəkildə yayınma faktını nəzərə almışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs barəsində 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi törədilmiş inzibati xətaya uyğun, ədalətli və zəruri olmaqla yanaşı, həm də preventiv xarakter daşıyır və gələcəkdə məhkəmə aktlarının icrasından yayınma hallarının qarşısının alınmasına xidmət edir. Məhkəmə bir daha vurğulayır ki, məhkəmə qərarlarının icrası müzakirə mövzusu deyil, icrası məcburi olan hüquqi öhdəlikdir və həmin öhdəliyin bilərəkdən yerinə yetirilməməsi hüquqi məsuliyyət doğurur. Bununla da "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi həmin inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda istinad edilən sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar