Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1297/2026 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci polis şöbəsinin sahə inspektoru X6, Zərərçəkmiş şəxs: X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 2001-ci il təvəllüdlü, Lerik rayonu, Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Lerik rayonu, Çayrud ərazi dairəsi, Çayrud kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə “Tap.az” onlayn satış platformasında S150 markalı motosikleti satmaq adı ilə X1 200 manat bank kartına pul göndərməsini istəmiş, həmin şəxs pulu göndərdikdən sonra onun mobil nömrələrinə cavab verməyərək, zərərçəkən X3 200 manat məbləğində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci polis şöbəsinin sahə inspektoru X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs özü də şikayətçidir, pulunun geri qaytarılmasını istəyir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, 200 azn pul müqabilində mosikleti cərimə meydançasından çıxaracaqdı, lakin bu mümkün olmadı. Pulu 2 ay əvvəl almışdır. Şəxsi ehtiyacları üçün bu pulu xərcləmişdir, Məhəmmədin özünə qaytara bilməmişdir. Hazırda pulu ödəməyə imkanı yoxdur, yalnız 15 gün müddətə pulu qaytara bilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır, hazırda ondan şikayətçidir. 2 ay əvvəl ona pul vermişdir, Süleyman Talıbov söz vermişdir ki motosikleti satacaq ona. Artıq 2 ay keçib puldan 1 manat da olsun qaytarmamışdır. O, öz pulunu tələb edir. Bütün günü kuryer işləyir, ailəsini dolandırır, cəmi 19 yaşı var, xəstə valideynləri var himayəsində. Gün ərzində cəmi 4 saat yatır, qalan vaxtı pul qazanmaq üçün işləyir. Neçə gündür təqsirləndirilən şəxsə ziyan ödəmək üçün şərait yaradılıb. Pulu ödəmək istmir. Onun haqqına girir. Ona görə də şəxsin tənbeh olunmasını xahiş edir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PŞ-nin baş təhqiqatçısı Ramiz Quliyevin xx.xx.2026-cı il tarixli qərarına əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini dərk etməmiş, vurulmuş maddi ziyanı könüllü şəkildə ödəməmiş, zərərçəkənlə əlaqədən qəsdən yayınmış və əməlin nəticələrinin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin davranışı onun barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiqinin tərbiyəvi məqsədə çatmayacağını göstərir. Bu səbəbdən, inzibati xətaların qarşısının alınması, təqsirləndirilən şəxsin islah edilməsi və yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədilə inzibati həbs tədbirinin tətbiqi zəruri hesab olunur. İş materiallarındakı xx.xx.2026-cı il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 02:00 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 02 fevral 2026-cı il tarixdən saat 02:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-1297/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1297/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver