Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-1298/2026 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X2 inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X3 şikayətlə məhkəməyə müraciət edərək, Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə İXP ******* saylı, xx.xx.2026 saylı protokolun ləğv edilməsi barəsində qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, şikayətdən görünür ki, şikayətçi hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət etmişdir və protokolun ləğv edilməsini xahiş edir. Barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş hər hansı bir qərar şikayətə əlavə edilməmişdir. Həmçinin şəxsin şikayət verdiyi protokol hüquqi şəxsin İXM 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Bununla da sadalanan normalara əsasən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra baxılması üçün məhkəməyə göndərilir və həmin hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. Azərbaycan Respublikası İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bununla da protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid deyildir. Həmçinin şikayətdə qoyulmuş tələbə, yəni protokoldan şikayətə şikayət qaydasında baxmaq üçün İXM-də digər bir orqan da nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X1 Rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə İXP ******* saylı, xx.xx.2025 saylı protokoldan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-1298/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-1298/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver