Məhkəmə qərarları › İş №3(5-104)-1313/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1313/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1313/2026 03.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, “HGNS Kaunsilor” vəkil bürosunun vəkili Nümayəndə2 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 29 yanvar 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 408000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 29 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 408000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 30 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, “HGNS Kaunsilor” vəkil bürosunun vəkili Nümayəndə2 inzibati məsuliyyətin mövcud olmadığını, tərəflər arasında müqavilə bağlandığını, ancaq malların ölkə ərazisinə gəlmədiyini, pulun isə bir hissəsinin qaytarıldığını, şirkətin maddi imkanı olmadığı üçün tam qaytarılmadığını, borclulardan pullar alındıqdan sonra ödəniləcəyini, təxminən 50.000-55.000 manat məbləğin qaytarıldığını, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Suallara cavab olaraq isə 2 il ərzində göstərilən malların göndərilməsi və ya pulun qaytarılması ilə bağlı hər hansı məhkəməyə, digər hüquq mühafizə orqanlarına müraciət etmədiklərini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 dekabr 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 408000.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 29 dekabr 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 07 yanvar 2026-cı il tarixli, 6-3/01/01-351/2026 nömrəli məktubdan görünür ki, Şəxs "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 408000.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında 29 yanvar 2026-cı il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən 408000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 29 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 408000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 30 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. X2 Sanayi Dış Ticaret Şirketinin direktoru Özcan Ülküseven tərəfindən Şəxs MMC-yə ünvanlanmış 24 fevral 2026-cı il tarixli məktubdan görünür ki, məktubun mətni “Türkiyə Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı Merkez Mah., Ayazma Cad., Papirus Plaza № 37/145, Kağıthane, İstanbul, Türkiyə (VÖEN № 396 161 0766) olan və Direktoru cənab Özcan Ülküseven tərəfindən təmsil edilən “X3 Sanayi Diş Limitet” (bundan soma “Şirkət”) ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada təsis edilmiş, hüquqi ünvanı Balababa Məcidov küç. 81, Blok 2, mənzil 8, Bakı, Azərbaycan (VÖEN № **********) olan və Direktoru cənab Fuad Zeynalli tərəfindən təmsil edilən BTC Group LLC (bundan sonra “Alıcı”) arasında 03 avqust 2023-cü il tarixli 82230313-2B1 nömrəli Satış və Alqı-Satqı Müqaviləsinə (bundan sonra “Müqavilə”) istinad edərək aşağıdakıları bildiririk. Müqaviləyə əsasən, Alıcı həmin Müqavilə ilə nəzərdə tutulmuş malların alınması üçün Şirkətə 463,000 ABŞ dolları (dörd yüz altmış üç min ABŞ dolları) məbləğində avans ödəniş etmişdir. Hazırda Müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklərimizin məbləği 408.000 ABŞ dolları (dörd yüz səkkiz min ABŞ dolları) təşkil edir. Bununla aşağıdakıları rəsmi şəkildə etiraf və təsdiq edirik:1. Şirkət yuxarıda qeyd olunan ödənişi Müqaviləyə uyğun olaraq Alıcıdan tam həcmdə qəbul etmişdir; 2. Şirkət 408,000 ABŞ dolları (Dörd yüz səkkiz min ABŞ dolları) məbləğinə uyğun malları (bundan soma “Çatdırılmamış Mallar”) Müqavilədə ilə nəzərdə tutulmuş müddətdə təhvil verməmişdir; 3. Çatdırılmamış Malların təhvil verilməməsi Şirkətin maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi nəticəsində baş vermiş, bu isə Şirkətin əməliyyat və kommersiya fəaliyyətinə ciddi təsir göstərmişdir. Bu məktubun imzalandığı tarixə Şirkət maliyyə baxımından aşağıdakıları icra etmək imkanına malik deyil:- Çatdırılmamış Malları təhvil vermək; və/və ya - həmin mallara görə alınmış pul vəsaitləri geri qaytarmaq. Şirkət malların təhvil verilməməsi ilə əlaqədar yerinə yetirilməmiş müqavilə öhdəliklərini etiraf edir və təsdiq edir ki, ödənilməmiş məbləğ Şirkətin Alıcı qarşısında mövcud borcunu təşkil edir. Yuxarıda göstərilənlərə baxmayaraq, Şirkət ödənilməmiş borcun qaytarılması üçün bütün ağlabatan səyləri göstərdiyini və bundan sonra da göstərəcəyini bildirir. Xüsusilə, Şirkət üçüncü şəxslər - borclu şirkətlər tərəfindən ona olan debitor borclarınm tutulması istiqamətində tədbirlər görür və həmin borclardan əldə ediləcək vəsaitlərin Alıcı qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə yönəldilməsini nəzərdə tutur. Şirkət bu məsələnin vicdanlı şəkildə həllində maraqlıdır və borcun ödənilməsi ilə bağlı hər hansı mühüm irəliləyiş barədə Alıcını məlumatlandıracaqdır. Bu məktub könüllü şəkildə tərtib edilmişdir və imzalandığı tarixə Şirkətin həqiqi və düzgün mövqeyini əks etdirir” məzmunda olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış 03 mart 2026-cı il tarixli etirazdan görünür ki, hazırda icraatda olan 3(5-104)-1313/2026 nömrəli inzibati xəta haqqında iş üzrə Şəxs MMC tərəfindən təqdim edilmiş sənəd həmin şirkətin İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirini istisna etmir. Belə ki, İXM-in qeyd edilən maddəsinin, habelə X4 Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən avans ödəniş müqabilində malların ölkəyə idxalının, bu mümkün olmadıqda isə vəsaitin geri qaytarılmasının təmin edilməsi ödənişi aparan şəxsin vəzifəsidir. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında protokol üzrə cərimə qərarının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2021-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında iş üzrə tərəfin izahatı, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən 29 dekabr 2023-cü il tarixdə 408000.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmişdir. İnzibati xəta 30 dekabr 2025-ci il tarixdə baş vermiş hesab olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş sənəddə qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin halları təsdiq edəcək heç bir mötəbər və mümkün sübut təqdim edilə bilmədiyi üçün göstərilən hal Şəxs MMC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. 24 fevral 2026-cı il tarixli sənədlə qarşı tərəf olan “X2 Saniyi Dış Ticarət LTD Şirkəti”nin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən malların göndərilmədiyi bildirilsə də, məhkəmə bu izahatı məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, 408.000 ABŞ dolları kimi külli miqdarda vəsaitin iki il ərzində faktiki olaraq təminatsız qalmasına baxmayaraq, hüquqi şəxs tərəfindən xarici tərəf müqabilinə qarşı iddia qaldırılması, müqavilə öhdəliklərinin məcburi icrası üçün məhkəməyə və ya digər səlahiyyətli orqanlara müraciət edilməsi, yaxud pulun geri qaytarılması istiqamətində real və hüquqi tədbirlərin görülməsi barədə məhkəmə qərarı təqdim edilməmiş və belə sübutların olmadığı müəyyən olunmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, qeyd olunan sənəd inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, yəni 24 fevral 2026-cı il tarixdə tərtib edilmişdir. Bu hal sənədin obyektiv sübut kimi deyil, inzibati məsuliyyətdən yayınmaq məqsədilə sonradan formalaşdırılmış izahat xarakteri daşıması ehtimalını gücləndirir. Əks təqdirdə, iki il ərzində öhdəliyin icra olunmaması ilə bağlı rəsmi yazışmaların, tələblərin, məhkəmə müraciətlərinin və ya digər hüquqi tədbirlərin mövcudluğu gözlənilən olardı. Beləliklə, məhkəmə hesab edir ki, xarici tərəfin maliyyə çətinlikləri barədə təqdim edilmiş sənəd hüquqi şəxsin üzərinə düşən valyuta nəzarəti və hesabatlılıq öhdəliklərini aradan qaldırmır və iki il müddətində qanuni tədbirlərin görülməməsi Şəxs MMC-nin qəsdini təsdiq edir. Bu səbəbdən təqdim edilmiş izahatlar işin həqiqi halları ilə uyğunluq təşkil etmir və inzibati məsuliyyəti istisna edən əsas kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (408000.00 ABŞ dolları) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-ci maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 408000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 81600.00 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar