Məhkəmə qərarları › İş №3(5-104)-1314/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1314/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1314/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X2 daxil olmuş İXP ******* nömrəli, 17 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin istifadəsində olan “LEXUS LX500D” markalı, 90AS579 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci ildə İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X4i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X4i Şöbəsi tərəfindən “LEXUS LX500D” markalı, 90AS579 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Şəxs MMC-dən xahiş olunmuşdur; İnzibati xəta haqqında 17 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs MMC-nin istifadəsində olan “LEXUS LX500D” markalı, 90AS579 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci ildə İXM-nin 327.1-1ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “LEXUS LX500D” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır; SX076006207AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X4i Şöbəsinin sorğu məktubu xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3(5-104)- 1314/2026 saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən axtarış zamanı məlum olmuşdur ki, X4 idarəsi tərəfindən xx.xx.2025-ci il tarixində AZ1122 saylı poçt şöbəsi vasitəsilə Şəxs MMC-yə ünvanlanmış SX076006207AZ ştrix kodlu sifarişli xəbərnaməlı məktub, xx.xx.2025-ci il tarixində ünvan üzrə xidmət göstərən AZ1065 saylı poçt şöbəsinə daxil olmuş və xx.xx.2025-ci il tarixində Şəxs MMCnin nümayəndəsi İsmayılova soyadlı şəxsə F-8 çatdırma vərəqinə imza etdirilməklə təhvil verilmişdir. Qeyd olunan göndərişin xəbərnaməsi xx.xx.2025-ci il AZ1122 saylı poçt şöbəsi tərəfindən X4 idarəsinin nümayəndəsi Abbasov Nurlana təhvil verilmişdir. Şəxs MMC tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış 17 fevral 2026-cı il tarixli etirazdan görünür ki, Yasamal rayon məhkəməsinin icraatında Yasamal rayon DYPŞ polis mayoru X1 tərəfindən Şəxs MMC barəsində xx.xx.2026-cı il tarixdə tərtib olunmuş İXP ******* №-li inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş vardır. Protokolla bağlı etiraz bildirərək aşağıdakıları məhkəmənin diqqətinə çatdırırlar. 1. İlk növbədə qeyd etmək lazımdır ki, sürücü barədə sorğunun Şəxs MMC-yə çatdırılması barədə sənəd Yasamal rayon DYPŞ tərəfindən iş materiallarına əlavə edilməmişdir. Xəbərnamənin üz tərəfinin şəkili zərfin hara göndərildiyini və çatdırılıbçatdırılmadığını müəyyən etməyə imkan vermir. 2. Bundan başqa, protokol tərtib olunarkən onu tərtib etmiş şəxs tərəfindən İXM-nin 100-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməmişdir. Belə ki, protokol düzgün tərtib olunmamış, barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, hüquq və vəzifələri izah edilməmiş, protokolun surəti verilməmiş yaxud bu halları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu da İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə protokolun geri qaytarılması üçün əsasdır. 3. Həmçinin, Yasamal rayon DYPŞ-nın tərtib etdiyi protokola görə iddia edilir ki, MMC-yə sorğu göndərilmiş və o, sorğuya vaxtında cavab verməmişdir. Lakin iş materiallarına baxdıqda görünür ki, Yasamal DYPŞ özü inzibati xəta haqqında icraatla bağlı bütün müddətləri pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Protokoldan görünür ki, sürücü barədə sorğunun göndərilməsinə əsas olmuş İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Lakin Yasamal rayon DYPŞ sorğunu dərhal yox, guya xx.xx.2025-ci il tarixdə - 1 ay 19 gün sonra göndərmişdir. Bundan sonra sorğu göndərilib və ona İXM-nin 123.3-cü maddəsinə uyğun olaraq 5 gün ərzində cavab verilməyibsə və DYPŞ-da sorğunun çatdırılması barədə sənəd var idisə, İXM-nin 101-ci maddəsinə uyğun olaraq, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra və ya ən geci 2 gün müddətində inzibati xəta haqqında protokol tərtib edilməli idi. Bu protokol isə xx.xx.2026-cı il tarixdə tərtib olunmuş, bununla da qanunla müəyyən edilmiş protokoun tərtib olunma müddəti pozulmuşdur. 4. Hazırda yol hərəkəti qaydalarının pozulmasına görə inzibati xətalar üzrə informasiya sistemində xx.xx.2025-ci il tarixdə törədilmiş LEXUS markalı 90AS579 DQN-lı avtomobilə aid inzibati xəta haqqında protokol və ya aktiv cərimə qərarı mövcud deyil. Konstitusion prinsipdən irəli gələn İXM-nin 8-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası prinsipi) əsasən: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin qeyd olunan tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsiz olduğunu sübut etməyə borclu deyil, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin baş verməsi, inzibati xəta tərkibinin olması və təqsirli olmağını sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərindədir. Sorğunun vaxtında verilməsi, məhz həmin MMCyə çatdırılması və ona cavab verilməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə hesab edirlər ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından, həmin qərar İXM-nın 53.1.1 və 53.1.2-ci maddələrinə uyğun olaraq ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin həmin maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda da eyni qayda tətbiq edilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən hesab edirlər ki, mövcud protokolun düzgün tərtib olunmaması, onun tərtib olunması və inzabati xəta haqqında icraatın aparılması müddətlərinin pozulması, nəhayət inzibati xəta tərkibinin və hadisəsinin sübut olunmaması səbəbindən İXM-nin 53.1.1, 53.1.2, 114.2-ci maddələrinə müvafiq olaraq, hazırkı iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq, 3(5-104)-1314/2026 №-li inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs təqsirləndirildiyi hər bir maddə üzrə sübutlara ayrılıqda qiymət verilməsini zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, iş materialları ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X4i Şöbəsinin sorğu məktubunun xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edildiyi görünür. Ancaq məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3(5-104)-1314/2026 saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, X4 idarəsi tərəfindən xx.xx.2025-ci il tarixində AZ1122 saylı poçt şöbəsi vasitəsilə Şəxs MMC-yə ünvanlanmış SX076006207AZ ştrix kodlu sifarişli xəbərnaməlı məktub, xx.xx.2025-ci il tarixində ünvan üzrə xidmət göstərən AZ1065 saylı poçt şöbəsinə daxil olmuş və xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin nümayəndəsi İsmayılova soyadlı şəxsə F-8 çatdırma vərəqinə imza etdirilməklə təhvil verilmişdir. Buradan da görünür ki, iş materiallarında olan xəbərnamədə göstərilən hallarla "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış məktub arasında əhəmiyyətli ziddiyyət vardır. Belə ki, iş materiallarında olan xəbərnamədə sorğu məktubunun xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edilməklə (şəxsin soyadı və adı göstərilmədən) qəbul edildiyi görünsə də, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış məktubda isə sorğu məktubunun xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin nümayəndəsi İsmayılova soyadlı şəxsə F-8 çatdırma vərəqinə imza etdirilməklə təhvil verildiyi göstərilmişdir. Həmçinin Şəxs MMC-nin “İsmayılova” soyadlı işçisinin olub-olmadığı da məlum deyildir. Göründüyü kimi, Şəxs MMC DYP tərəfindən ünvanlanmış sorğudan rəsmi qaydada məlumatlandırılmamışdır. Nəticə etibarilə, iş materiallarının təhlili göstərir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin inzibati xəta haqqında rəsmi qaydada məlumatlandırılması iş üzrə tam şəkildə istisna olunur. Bu hal da inzibati xəta tərkibinin yaranmasını hüquqi baxımdan mümkünsüz edir və barəsində protokol tərtib edilmiş quruma qarşı inzibati məsuliyyətin tətbiqini əsassız və qanunsuz edir.. Bundan başqa Şəxs MMC-nin İXM-in 339.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilməlidir ki, İXM-in 339.1-ci maddəsi nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə inzibati qaydada məsuliyyət nəzərdə tutur. Göründüyü kimi, İXM-in 339.1-ci maddəsi alternativ əlamətli inzibati xətadır. Belə ki, alternativ əlamətli inzibati xəta tərkibini o xətalar yaradır ki, orada başa çatmış inzibati xətanın tərkibinin olması üçün İXM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli inzibati xəta tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə xətanın başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq inzibati xətanın törədilməsi kimi qiymətləndirilir. İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan alternativ əlamətlərdən biri də sahibi tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onun təkrar dövlət qeydiyyatından keçirilməməsidir. Şəxs MMC-nin isə inzibati xəta haqqında protokolda məhz hansı əsasla inzibati məsuliyyətə cəlb edilməsi göstərilməmiş, həmin maddəyə hüquqi qiymət verilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Şəxs MMC-nin balansında olan 90AS579 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxsə icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında verilməsi iş materiallarından görünmür, səlahiyyətli orqan bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən həmin nəqliyyat vasitəsinin digər əşya hüquqlarına dair müqavilə əsasında da başqa şəxsə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında və ya bununla bağlı verilmiş etibarnamə əsasında idarə edilməsi qanuna uyğundur və bu cür sənədlər əşya hüququna dair müqavilə deyil, bir tərəfli əqd hesab olunur (Mülki Məcəllə 324, 325, 362.5). Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş xətalar törədilmədiyindən əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar