Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1353/2026 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis baş-leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 3 ünvanında yaşayan X3 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” XZM-nə və Yasamal RPİ-nin 26-cı PŞ-nə müraciət edərək xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Salyan Brevvery” adlı pubda olan zaman həmin puba gələn tanışı Əli adlı şəxs zəng etmək üçün mobil telefonu ondan istəmişdir. O, “İphone X” markalı telefonu Əli adlı şəxsə verdikdən sonra təxminən 30 dəqiqə sonra qaytararaq pubdan uzaqlaşmışdır. X3 müəyyən etmişdir ki, Əli adlı şəxs onun mobil tədbiqinə daxil olaraq anasına məxsus “Leo” kartdan 69. manat 36 qəpik pulu oğurladığını aşkar etmişdir. Araşdırma zamanı həmin şəxsin xx.xx.2004-cü il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis baş-leytenantı X4 tərəfindən 3 fevral 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis baş-leytenantı X4 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəmiş, onunla barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Şəxs tərəfindən onlara vurulmuş zərər tamamilə ödənilmişdir və ondan şikayət və tələbləri yoxdur, barışmışdırlar. Buna görə də onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Şəxs ona vurulmuş zərəri tamamilə ödəmişdir, onun ilə barışmışdır, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tanışı X1 “İphone X” markalı telefonunda olan “Leo” kartından 69 manat 36 qəpik pulu oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, X3 ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114,128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 39-cu maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(5-104)-1353/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1353/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver