Məhkəmə qərarları › İş №3(5-104)-1359/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1359/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1359/2026 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən «ORBİS GROUP” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 27 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs MMC tərəfindən işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2-114496/2025 nömrəli icrası məcbur olan göstərişin Şəxs MMC tərəfindən icra edilməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-17-5/2- 114496/2025 nömrəli icrası məcburi göstəriş xarakterli məktubun Şəxs MMC tərəfindən icra olunmayaraq “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı müəssisədə 27 yanvar 2026-cı il tarixdə işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli göstərişinə əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı Şəxs MMC tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qüvvədə olan əmək müqavilələrinin 10 (on) iş günü ərzində elektron sənəd formasına keçirilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin elektron kabinetinə yerləşdirilmiş məktubun sürətindən görünür ki, sorğu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə çatdırılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2- 114496/2025 nömrəli icrası məcburi göstəriş xarakterli məktubun Şəxs MMC tərəfindən icra olunmayaraq “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı müəssisədə 27 yanvar 2026-cı il tarixdə işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edildiyi üçün Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, X4 Xidməti tərəfindən Şəxs MMC-yə işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir. Həmin göstəriş qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada təqdim edilmiş və icra olunması üçün kifayət qədər müddət müəyyən edilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, 27 yanvar 2026-cı il tarixidək müəssisədə işçilərin əmək müqavilələri elektron informasiya sistemində rəsmiləşdirilməmiş və elektron sənəd formasına keçirilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və əmək münasibətlərinin elektron informasiya sistemində qeydiyyatı ilə bağlı normativ tələblərə əsasən işəgötürən əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatını təmin etməyə borcludur. Bu tələbin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinin, o cümlədən əmək müqavilələrinin müəyyən edilmiş qaydada elektron sistemdə rəsmiləşdirilməməsi inzibati xəta hesab olunur və hüquqi şəxslər üçün cərimə nəzərdə tutulur. Məhkəmə hesab edir ki, DƏMX-in göstərişi qanuni və məcburi xarakter daşıyır, Şəxs MMC tərəfindən həmin göstəriş icra edilməmişdir, pozuntu obyektiv məlumatlarla – elektron sistem üzrə rəsmi çıxarışla təsdiq olunur, müəssisə tərəfindən pozuntunun aradan qaldırılmasını istisna edən və ya məsuliyyəti aradan qaldıran hər hansı əsaslı sübut təqdim edilməmişdir. Bununla da Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Məhkəmə həmçinin nəzərə alır ki, əmək münasibətlərinin elektron sistemdə qeydiyyatı əmək hüquqlarının qorunmasına, işçilərin sosial təminatının təmin edilməsinə və dövlət nəzarətinin həyata keçirilməsinə xidmət edir. Bu sahədə qanunvericiliyin pozulması ictimai münasibətlərə zərər vurur və formal xarakter daşımasına baxmayaraq hüquqi məsuliyyət yaradır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmiş, yüngülləşdirici hallar isə təqdim olunmamışdır. Bu səbəbdən maddənin sanksiyası çərçivəsində hüquqi şəxs barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə təyin edilməsi məhkəmə tərəfindən ədalətli və qanunauyğun hesab olunur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar